PDF Oxu

İqtisadiyyat

  • 9 773

Vüqar Bayramov: Azərbaycanla Naxçıvan arasında dəhlizin istifadəyə verilməsinin ölkəmiz üçün iqtisadi faydaları olacaq

image

“Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqələrin, xüsusən də yol və nəqliyyat əlaqəsinin bərpa edilməsi çox vacib idi”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

“Nəzərə alsaq ki, Azərbaycan ilə Naxçıvan arasında yalnız hava nəqliyyatı var idi. Dəhlizin istifadəyə verilməsi Azərbaycan üçün iqtisadi baxımdan da çox əhəmiyyətlidir. Praktik olaraq Azərbaycan regionun nəqliyyat qovşaqlarının habına çevrilir. Azərbaycan Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir. Birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şimal-Cənub nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz həm də Azərbaycanda fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir ki, bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvanın iqtisadiyyatına müsbət təsirləri olacaq. Güman olunur ki, bu dəhliz Naxçıvan iqtisadiyyatına töhfə verməklə sahibkarların daha böyük bazarlara çıxışını təmin edəcək. Belə ki, Azərbaycan üçün siyasi, strateji əhəmiyyət daşımaqla yanaşı, iqtisadi faydaları da olacaq”, - deyə V.Bayramov qeyd edib.

yap.org.az

Digər xəbərlər

ABŞ sanksiyalarının təzyiqi altında Rusiya nefti öz mövqeyini itirir

Hindistan neft emalı zavodları Rusiya neftinin payını azalda bilər…

The Financial Times: Çin niyə rekord sürətlə qızıl alır?

Ölkə səkkiz ayda 1000 tondan çox qızıl idxal edib...

Ukrayna neft məhsullarını Macarıstanda saxlayacaq...

Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...

Wildberries və Ozon çoxsaylı məhkəmə iddiaları ilə üzləşib

Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...