İqtisadiyyat

  • 1 675

Gələn ildə də sosial təminat məsələləri prioritet olacaq - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

“Təqdim olunan 2022-ci ilin dövlət büdcəsi layihəsi post-lock-daun dövrünün prioritet istiqamətlərinə uyğun olaraq hazırlanmış və müasir çağrışları özündə ehtiva etməklə gələn ildə də islahatların dərinləşməsi üçün fiskal baza formalaşdıracaq. 2022-ci il üçün yeni sosial paketinin təqdim olunması Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci-vitse Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə sosial təminat sisteminin gücləndirilməsi ilə bağlı tədbirlərin gələn il intesiv şəkildə davam etdiriləcəyindən xəbər verir”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.Deputat qeyd edib ki, gələn il bütün sosial göstəricilərdə keyfiyyətcə artımların olacağı proqnozlaşdırılır ki, bu da 2022-ci ildə də sosial müdafiə sisteminin daha da güclənəcəyi deməkdir: “Bu gün müstəqillik illərininin milli valyuta ifadəsində ən böyük büdcəsini müzakirə edirik. Belə ki, gələn il Azərbaycanda dövlət büdcəsindən 30 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da sosial müdafiənin gücləndirilməsi və iqtisadi islahatların maliyyə təminatının genişləndirilməsi baxımdan əhəmiyyətli məqamdır. 2022-ci ildə eyni zamanda ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 45 faizdən çox olacaq. Büdcə xərclərinin 46.4 faizinin sosial istiqamətə yönəldilməsi gələn ildə də sosial təminat məsələlərinin prioritet olacağından bir daha xəbər verir. Bu gələn il yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılacağı deməkdir.Gələn il büdcəsində mühim məqamlardan biri də Azərbaycanda sosial xərclərin ÜDM-də payının artmasıdır. Belə ki, ölkəmizdə gələn il bu göstərici 16 faizdən çox olacaq. Bu isə hətta bir sıra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə daha yüksək göstəricidir. Məsələn, sosial xərclərin ÜDM-də payı Niderlanda 16.0 %, İrlandiyada 13.4 %, Koreyada 12.6 %, Çilidə 12.2 %, Türkiyədə12.0 %, Meksikada 7.5 fazidir. Qeyd edim ki, OECD ölkələri üçün orta göstərici 20 faizdir. Azərbaycan bu göstərici üzrə OECD ortalamasına yaxınlaşmaqdadır. Adambaşına düşən büdcə xərci gələn il cari məzənnə ilə 1757 dollar olacaq və göstəriciyə görə Azərbaycan əksər MDB ölkələrini geridə qoyacaq.Gələn il işğaldan azad olunan ərazilərimizin bərpası üçün 2.2 milyard manat vəsaitin ayrılmas proqnozlaşdırılır. Bu isə o deməkdir ki, 2021 və 2022-ci illərdə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün 4.4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu cari məzənnə ilə 2 milyard 588 milyon dollar vəsaitin ayrılması deməkdir”.V.Bayramov vurğulayıb ki, təqdirə layiq haldır ki, Azərbaycan işğaldan azad olunan ərazilərimizi hər hansı xarici borclanmaya getmədən, yalnız daxili mənbələr hesabına bərpa edir və yenidən qurur: “Bütün qeyd etdiyimiz müsbət istiqamətlər ilə yanaşı aşağıdakı məqamların da nəzərə alınması məqsədə uyğun olardı: 1. Xərclərin ölçülən bilən və səmərəllik qiymətləndirmə meyarlarınınişlənib hazırlanması və büdcə paketi ilə birlikdə təqdim olunması məqsədə uyğun olardı;2. Nəticə əsaslı büdcədə əhatə olunan 3 sektor üzrə bütün proqramlar ilə bağlı məlumatların müfəssəl təqdim olunmasına ehtiyac var. Şəffaflığın daha da genişləndirilməsi üçün xərc maddələr üzrə həyata keçirilən işlərin konrket nəticələrinin performance budget prinspinə uyğun hazırlanıb və təqdim olunması məqsədəuyğun olardı;3. 2022-ci ilin dövlət büdcəsndən bələdiyyələrə 11 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Ölkədə 1771 bələdiyyəninolduğunu nəzərə alsaq orta hesabla hər bələdiyyə illik 6 min manat, aylı1 500 manat alacaq. Bələdiyyələrin kənar maliyyə mənbələrinin məhdud olduğunu nəzərə aldıqda bu məbləğin az olması onların institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir. Bu baxımdan, həmin vəsaitin məbləğinə baxılması məqsədə uyğun olardı;4. Səhiyyə və elm xərclərində artımların nəzərdə tutulmasına baxmayaraq bu xərclərin ÜDM-də payı aşağı olaraq qalmaqdadır. Qeyd edək ki, səhiyyə xərclərinin ÜDM-də payı Rusiyada 5.6 %, Türkiyədə 4.3 faizdir. Ölkəmizdə bu rəqəm 2.1 faizdir. Gələn il elm xərclərinin ÜDM-də xüsusi çəkisi cəmi 0.2 faiz proqnozlaşdırılır. 2021-ci il müqayisədə 10.6 faiz artsa da belə elmxərcləri makro-iqtisadi göstəricilərdə marjinal paya malikdir. Qeydedək ki, elm xərclərinin ÜDM-də payı Rusiyada 1.0, Türkiyədə 1.1faiz, dünya üzrə ortalama 2.2 faizdir. Bu isə o deməkdir ki, sözügedən iki xərcin ÜDM-də çəkisinin artırılması və beynəlxalq ortalama standartlarına çatdırılması üçün maliyyələşmənin genişləndirilməsi məqsədə uyğun olardı;5. Gələn il üçün proqnozlaşdırılan 3 milyard 63 milyon manatlıq büdcə kəsirinin infliyasiya yaradıcı effektləri minimumlaşdırılmasıilə bağlı digər fiskal alətlərdən istifadə olunması məqsədə uyğun olardı. Növbəti ildə yeni sosial paketin icrasını da nəzərə alsaq bu məsələ 2022-ci ildə aktuallığını qoruyub saxlayacaq;6. 2017-ci ildən etibarən manatın məzənnəsinin stabil qalması pozitivhaldır. Amma Mərkəzi Bank tərəfindən ötən müddətdə manatın alıcılıq qabiliyyətinin necə dəyişdiyi qiymətləndirilibmi və büdcə proqnozlaşdırılmasına nəzərə alınırmı?7. Bankların 15 milyard 538 milyon manatlıq kredit portfelinin 12 milyard 104 milyon manatı Bakı şəhərinin payına düşür. Bu ümimikredit portfelinin 78 faizi deməkdir. Bu o deməkdir ki, hər 100 manatlıq kreditin cəmi 22 faizi Bakıdan kənarda yerləşən rayon və şəhərlərimizin payına düşür. Mərkəzi Bank bu disbalansın aradan qaldırılması üçün hansı stimullaşdırıcı tədbirlər həyata keçirmək nəiyyətindədir?8. Füzuli rayonunda keçmiş təmas xəttində yerləşən və 1994-cü ildə Milli Liderimizin rəhbərliyi ilə işğaldan azad olunan kəndlərində yaşayış olsa da torpaq islahatları aparılmamışdır. Artıq həmin kəndlər təmas xətti sayılmır və həmin kəndlərdə torpaq islahatının aparılması nəzərdə tutulmur”.

Müəllif: Aysel Məmmədova

Digər xəbərlər