PDF Oxu

Müsahibə

  • 2 279

İcra başçısı: “Yaponiya ilə dostluq əlaqələri quran yeganə bölgə İsmayıllı olub”

image

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun SƏS TV-yə eksklüziv müsahibəsi:

- Mirdaməd müəllim, bildiyiniz kimi bu il Azərbaycanın İsmayıllı rayonu "Gənclər paytaxtı" elan olunub. İlk olaraq bu barədə fikirlərinizi öyrənmək istərdik.

- Heç şübhəsiz ki, "Gənclər paytaxtı" olmaq böyük məsuliyyət deməkdir. Rayonumuzun "Gənclər paytaxtı" olmasını həm gözləyirdik, həm də arzulayırdıq. Çünki bu, görə biləcəyimiz işləri bizə bir daha asanlaşdıra bilər. Bu gün Azərbaycan gəncliyinin paytaxtı olmaq, ölkə rəhbərliyinə ideoloji sahədə böyük dəstək deməkdir. Təbii ki, İsmayıllı da həmişə Azərbaycan Prezidentinə sadiq qalan bölgələrdən biridir. Bununla belə İsmayıllı gəncləri hər zaman dövlətçiliyə sadiq olublar. Sözün həqiqi mənasında İsmayıllının "Gənclər paytaxtı" seçilməsi gözlənilən idi və belə də olmalıdır. Son iki ildə qazanılan uğurlar, nəticələr göstərdi ki, İsmayıllı rayonu bu sahədə çox işlər görə bilər.

Rayonumuzda Gənc Mərkəzinin, Meydanının yaradılması və Gənclər Sarayının, tikilməsi, eləcə də yeni-yeni idman qurğu stadionlarının inşa edilməsi, kəndlərimzidə böyük işlərin aparılması və s. yeni layihələrimizdən biridir və çox vacib şərtdir. Allahın köməkliyi ilə bunların hər biri həyata keçəcək. Təbii ki, sonda biz bunun bəhrəsini görəcəyik. Bununla belə, İsmayıllıda ən böyük Velosiped zavodunun tikintisi və Kənd təsərrüfatı məhsullarının onlayn satışı üçün "Yaşıl market"in yaradılması diqqət mərkəzimizdədir. Bu, İsmayıllı gənclərinə ölkə rəhbərliyi tərəfindən verilən böyük töhfədir.

- İsmayıllı rayonu ilə xarici dövlətlər arasında hansı beynəlxalq tərəfdaşlıq əlaqələri mövcuddur?

- Qafqazda ilk dəfə Yaponiya ilə dostluq əlaqələri quran yeganə bölgə İsmayıllı rayonu olub. Bu həm Azərbaycana göstərilən böyük dəstəkdir, həm də rayonumuza göstərilən böyük bir etimaddır. Bildiyiniz kimi belə bir müqavilələri imzalayarkən buna dövlətin münasibəti və dəstəyi olmalıdır. Biz bu dəstəyi həmişə cənab Prezidenti İlham Əliyevin simasında hiss etdik. Ona görə də biz Yaponiyanın "İTO" şəhəri ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə böyük müqavilə imzalamışıq. Bu müqavilə tək şagird, tələbə, mədəniyyət işləri mübadiləsi deyil, eyni zamanda birgə istehsal birliklərinin yaradılması ilə də əlaqədardır. Təbii ki, biz bu sahədə çox işlər görəcəyik. Artıq Topşi ərazisində 5 hektardan çox dinclik sahəsi yaradılıb ki, bu da yapon dostlarımızın, mütəxəssislərimizin xoşuna gəlib. Onlar Azərbaycanda salınacaq yapon bağları ağaclarının məhz İsmayıllıda yetişdirilməsini planlaşdırıblar. Təbii ki, bu sahədə artıq işlər gedir.

- Bizə məlumdur ki, İsmayıllı rayonunun iqtisadiyyatının 80 faizini Kənd təsərrüfatı məhsulları təşkil edir. Bəs taxıl istehsalının tam mənada 100 min tona çatdırılması istiqamətində hansı işlər görülür?

- Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu ili "Kənd təsərrüfatı" ili elan edib. Ancaq insanların ərzaq məshullarına tələbatı hər il artır. Beləcə hər il də Kənd təsərrüfatı məhsullarının istehsalı daha aktuallıq kəsb edir. Bu baxımdan da İsmayıllı rayonu istisna deyil. Bölgəmiz ona görə daha vacib Kənd təsərrüfatı rayonudur ki, onun ərazisi böyükdür. Hətta ərazisinə görə Respublikamızda üçüncü yerdədir. İsmayıllı rayonunun ərazisi 2070 (iki min yetmiş) kvadrat kilometr təşkil edir. Hətta buna istənilən xarici ölkədə qibtə apara bilər. Biz Sinqapur kimi ölkədən dörd dəfə böyük bir əraziyə sahibik. Bu baxımdan da düşünürəm ki, biz İsmayıllıda aqrar istehsal emalı müəssisələrini də yaratmağa borcluyuq.

İsmayıllı rayonu 2014-cü ildə 82 min 600 ton taxıl istehsal edib. Bu, əvvəlki illərə nisbətən 14 min ton çox idi. Baxmayaraq ki, rayon 2014-cü il həm quraqlıq, həm də dolu sarıdan ziyan çəkmişdi. Təbii ki, bu təbiətin bir qanunudur. Amma sevindirici hal o oldu ki, həmin ziyan İsmayıllıya az dəydi. Heç şübhəsiz ki, bizim potensial imkanlarımız böyükdür. Bəli, bu gün Azərbaycan özü-özünü 60 faiz taxılla təmin edir. Bunu artırmaq üçün də hər bir rayon öz məhsul istehsalını, eləcə də gələcəkdə ərzaq təhlükəsizliyini təmin etmək üçün taxıl istehsalını da artırmalıdır. Bizim də məqsədimiz yaxın gələckdə 100 min tondan artıq taxıl istehsal etməkdir. Təbii ki, bu da ölkədə böyük sahələrin inkişafına səbəb olacaq. Rayonumuz tək taxılı ilə deyil, eləcə də digər Kənd təsərrüfat məhsulları - bostan, tərəvəz, meyvəçiliklə məşğuldur. Bütün bunlar imkan verir ki, İsmayıllı bölgədə daha aparıcı mövqe tuta bilsin.

- Çıxışınızda qeyd etdiniz ki, İsmayıllıda ən böyük Velosiped zavodu inşa olunacaq. Bəs həmin zavodun fəaliyyət istiqamətləri necə olacaq?

- Bu, Azərbaycanda tikilən ilk sənaye sahəsidir. Deyərdim ki, atılan bu addım böyük bir təşəbbüsdür. Həmin təşəbbüsü dəstəklədiyinə görə, cənab Prezidentimizə təşəkkür edirəm. Çünki sözügedən layihə ancaq ölkə başçısının xeyir-duası ilə başa gələ bilərdi. Bəli, bu böyük bir zavoddur. Burada 90 nəfərdən çox adam işləyəcək. Zavodda tək uşaqlar, böyüklər üçün velosipedlər yox, eləcə də əlil arabaları istehsal olunacaq və s. Təbii ki, bu məhsullar Respublikamızı təmin etdikdən sonra gələcəkdə xarici ölkələrə satışı üçün də əlaverişli imkan yaradacaq. Onsuzda Azərbaycan dünya səviyyəsində öz standartları ilə tanınan ölkələrdən biridir.

- Rayonun təhsil və idman sahəsində hansı uğurlar qazanılıb və göstəricilər necədir?

- Ümumiyyətlə İsmayıllı təhsili həmişə öndə olub. Məsələn, ötən il rayonda 267 nəfər şağird Ali məktəbə daxil olub. Onlardan 20 nəfəri 600-dən çox bal toplayıb. Hətta həmin tələbələrin içərisində olan 4 nəfər Prezident təqaüdçüsüdür. İsmayıllı təhsilində həmişə qabaqcıl alimlər, ziyalılar çox olub. Bu hətta rayonumuzda adət halına çevrilib. Bura Lahıc, Basqal, İvanovka, Təzə kənd, Talıstan və Qubaxəlili kəndlərini və s. nümunə göstərə bilərik.

Heç şübhəsiz ki, idman sahəsində də nailiyyətlərimiz çoxdur. Artıq İsmayıllı rayon Olimpiya Kompleksi mövcuddur. Bununla belə yeni stadionlar da tikilib. Fərəhləndirici hal odur ki, 2 nəfər qız idmançımız ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarında cüdo üzrə Azərbaycanı təmsil edəcəklər. Onlar bizim məktəblilərdir. Onlara fürsətdən istifadə edərək uğurlar arzulayıram. Hələ bu son deyil. Təbii ki, seçmə turlarda yenə də bizim idmançılar iştirak edəcəklər. 2014-cü ildə 18 idmançımız xarici dövlətlərdə qızıl və gümüş medala layiq görülüblər. Heç şübhəsiz ki, bu da İsmayıllıya və Azərbaycan idmanına fərəh gətirir.

- Bizdə olan məlumata görə, İsmayıllıda "İrəli" İctimai Birliyinin şöbəsi açıla bilər. Həmin şöbənin üstün cəhətləri nədən ibarət olacaq?

- Ümumiyyətlə, "İrəli" İB gəncləri mobil etməkdə çox böyük təcrübyə malikdir. Azərbaycanda bu gənclər təşkilatının hörməti və nüfuzu da böyükdür. Mən də uzun müddət gənc yaşlarımda gənclər təşkilatında Komsomolda işlədiyimə görə onlarla işləmək mənə çox doğmadır. Mənim Azərbaycanın Gənclər və İdman Nazirliyinə çox böyük hörmətim var. Çünki onlar böyük əzmlə çalışırlar. Bu gün pluralizm mövcduddur. Yəni hər hansı bir gənc öz istəyinə uyğun olaraq istədiyi təşkilatda ola bilər. Bizim isə əsas məqsədimiz gənclərin ideya, siyasi birliyini yaratmaq və onlara rayonda böyük yaradıcılıq imkanları aşılamaqdır".

sia.az

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib