PDF Oxu

Müsahibə

  • 1 831

Müsavatın aksiyası Arif Hacılını bitirəcək

image

Niyaməddin Orduxanlı: "Müsavatın aksiyası birbaşa Əli Kərimlinin mitinq şousuna "adekvat" cavabdır"

Müsahibimiz BAXCP sədrinin müavini Niyaməddin Orduxanlıdır

- Niyaməddin bəy, Müsavat yürüş-mitinq keçirtməyi planlaşdırır. Bu AXCP ilə olan rəqabətin nəticəsidi, yoxsa xarici qüvvələrin verdiyi növbəti sifarişdir?

- Müsavatın aksiyası birbaşa Əli Kərimlinin mitinq şousuna "adekvat" cavabdır. Sankı bunlar bir mitinq festivalı keçirirlər. Əslində, buna mitinq demək olmaz. Çünki Əli Kərimlinin şousuna özünün yaxın qohum-əqrəbası 5-10 nəfər təcrübəsiz şəxslərdən başqa heç kəs gəlmədi. Bir sözlə, bu aksiyanı keçirməklə Əli Kərimli sankı güya müxalifət sıralarında öncə keçdiyini görüntüsünü yaradır. Bundan da Müsavat partiyası qısqanclıq hissi keçirir və qəbul edə bilmir və ona görə də özünün "mitinqlər" seriyasını davam etdirmək istəyir.

- Müsavat təlatümli bir proses yaşamaqdadır. Hətta parçalanmış bir vəziyyətdədir. Bu halda bu partiyanın arzu etdiyi aksiyanı keçirə bilərmi?

- Müsavat parçalanmamış olsa belə mitinq və kütləvi aksiya keçirə bilməz. Çünki İsa Qəmbər bu partiyanı bərbad vəziyyətə qoymuşdu. Bu partiyanın ölkədə gedən ictimai-siyasi proseslərə təsir etmək gücü yox idi. Bunun da səbəbi İsa Qəmbərin səhv siyasət apraması, partiyanın sosial bazasının mövcud olmaması idi. Arif Hacılı saxtakarlıq yolu ilə başqan seçildikdən sonra Müsavat daha ağır mərhələyə qədəm qoydu. Müsavatın keçirməyi nəzərdə tutduğu aksiya Arif Hacılını bitirəcək.

- Arif Hacılı iddia edir ki, bu aksiyaya dəstək verilməsi üçün digər partiyalarla danışıqlar aparılacaq. Necə düşünürsünüz, hansısa müxalif partiya Müsavatın mitinqinə qoşula bilərmi?

- Düşünürəm ki, Arif Hacılının nəzərdə tutduğu digər partiyalar bir papkası, bir də özü olan partiyadan söhbət gedir. Bu gün bəyan edirlər ki, AXP-nin sədri Pənah Hüseyn filan tədbirdə oldu və flan görüş keçirdi. O, partiyada Pənah Hüseynin özündən başqa kimsə varmı? Yəni orda elə Pənah Hüseynin özüdür. Bir sözlə, onlar belə bir partiyaları nəzərdə tutub dırnaqarası görüntü yaradırlar ki, guya bunlar böyük partiyalarla danışıqlar keçirirlər. Amma onların bu gözləntiləri sıfıra bərabərdir.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib