PDF Oxu

Müsahibə

  • 1 847

Martin Şultz dəyişməz ampluasındadır

image

Çingiz Qənizadə: "Onların hamısı bir mərkəzdən idarə olunur"

Müsahibimiz millət vəkili Çingiz Qənizadədir

- Çingiz müəllim, Avropa Parlamentinin nümayəndəsi Martın Şultz iyunun 10-da "İdman və insan hüquqları" mövzusunda dinləmələr təşkil edib, idmanı siyasiləşdrməyi planlaşdırır. Bu şəxsin və ümumyyətlə onunla eyni mövqedə çıxış edənlərin dövlətimizə qarşı qərəzi nədən irəli gəlir?

- Artıq biz də məlumatlıyıq ki, belə bir uydurma dinləmə olacaqdır. Amma bu dinləmənin hansı səviyyədə, yəni Avropa İttifaqının adından, yoxsa hansısa bir komissiyanın adından olacağını iyunun 10-da məlum olacaqdır. Ümumiyyətlə, dövlətləri özündə birləşdirən bir beynəlxalq təşkilatın binasında hər hansı bir dövlətə qarşı və o dövlətə qarşı ki, Avropa ilə əməkdaşlığa hazırdır, demokratik dəyərlərə üstünlük verir, işğalçı deyil, bloklara qoşulmayıb, yəni belə bir dövlətə qarşı bu cür addımların atılması həmin quruma baş ucalığı gətirə bilməz. Təəccüblüdür ki, bu qurum onlara nəyinki şərait yaradır, hətta dəstək olur, imkan yaradır və özləri də buna qoşulurlar. Bu da çox təəssüfedici bir haldır. Düşünürəm ki, bu anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir. Bildiyiniz kimi, bizim Avropa Oyunlarına ev sahibliyi etmək məsələsi gündəmə gələndən sonra artıq müxtəlif fikirlər səslənməyə başladı. Bu ilin yanvar ayından başlayaraq bir necə dəfə bu cür qurumlarda tədbirlər keçirilib və bəyanatlar qəbul edilib. Təbii ki, bu da yolverilməzdir. İyunun 10-da keçirilməsi nəzərdə tutulan "İdman və insan hüquqları" mövzusunda tədbir Azərbaycanın uğurlarını görmək istəməyən, Azərbaycanın uğurlarına sevinmək istəməyən və ermənipərəst qüvvələrlə əməkdaşlıq edən insanların mövqeyini əks etdirən bir toplantı ola bilər.

- Azərbaycana qarşı bu cür qərəzli yanaşma digər dövlətlərdə də - Almanıyada, Yunanıstanda da müşahidə edilir. Ümumilikdə demək olarmı ki, Azərbaycana qarşı yönələn bu qərəz eyni mərkəzdən idarə olunur?

- Şübhəsiz, bu, belədir. Biz dəfələrlə bildirmişik ki, bunlar hamısı bir mərkəzdən idarə olunurlar. Bunları Azərbaycana qarşı qeyri-obyektiv mövqeləri birləşdirir. Qərəz isə ermənipərəst qüvvələrin təkidi və himayədarlığı ilə bu, baş verir. Azərbaycana qarşı yönələn müzakirələrin aparılması isə, sadəcə olaraq diqqətdən yayınmaq, güya müxtəlif dövlətlərdə və ölkələrdə bu cür müzakirələr keçirilir anlamı yaratmaqdır. Amma tam məsuliyyətmizlə deyə bilərik ki, bu cür anormal dinləmələr bir yerdə və bir mərkəzdə hazırlanmış ideyanın tərkib hissəsidir.

- Yayılan məlumatlarda və paylaşan statusda ifadə olunur ki, dinləmələrin əsas mövzusu Leyla Yunus, Xədicə İsmayıl və digərləri ilə bağlı da müzakirələrin aparılması olacaq. Maraqlıdır, idamla bağlı qurulan müzakirələrin əsas xəttini məlum cinayətləri ilə əlaqədar həbs olunan şəxslər ətrafında müzakirələr təşkil etməsi təccüblü görünmür ki?

- Şübhəsiz, təəccüb doğurur. Çünki Azərbaycana deməyə heç bir iradları və sözləri olmadığına görə məhz bir necə əhəmiyyətsiz faktdan istifadə etməyə çalışırlar. Mən 20 ildən artıqdır ki, hüquq müdafiyəçisiyəm və dünyanın bir çox ölkələrində bu cür beynəlxalq tədbirlərdə iştirak etmişəm. Amma ilk dəfədir ki, "İdman və insan hüquqları" mövzusunda hansısa bir tədbirin keçiriməsinin şahidi oluram. Çünki idman heç vaxt siyasiləşə bilməz. Bir sözlə, idman dostluqdu, əməkdaşlıqdı, sülh deməkdir. Amma təəssüflər olsun ki, idmandan da siyasi məqsədlər üçün istifadə edirlər. İnsan haqları predmentni ortaya qoymaqla, yenə də öz çirkin məqsədlərinə əməl etməyə çalışırlar. Avropa Oyunlarının keçirilməsi ərəfəsində Leyla Yunus və Xədicə İsmayıl kimi şəxslərin adlarını hallandırmaqla, bununla alver etmək və bu tədbirə kölgə salmaq olduqca gülüş doğurur. Bir sözlə, Azərbaycanın iqtisadi-siyasi uğurlarına və inkişafına sevinməyən insanlar məhz bu cür terminlərdən istifadə etməklə, çirkin kampaniyalarını həyata keçirməyə cəhd edirlər. Amma onların bu cəhdləri mənasız cəhdlərdir. Bu, Avropa-Azərbaycan münasibətlərinin pisləşməsinə gətirib çıxaracaqdır. Burada uduzan da Avropa olacaqdır. Çünki Azərbaycan o qədər strateji məkanda yerləşir və o qədər münasib təbii sərvətlərlə zəngindir ki, bu gün Avropa məcburdu ki, bizimlə əməkdaşlıq etsin. Amma biz səmimi və qarşılıqlı əməkdaşlıq tərəfdarıyıq. Hansısa çirkin və anti-Azərbaycan kampaniyasını aparan qüvvələrlə təbii ki, əməkdaşlıq məsələsinə gələcəkdə baxmalı olacayıq.

- Avropa İttifaqının Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin ölkəmizə qarşı iş birliyi ortaya çıxıb. Sizcə, bu ortaq birliyi hansı maraqlar birləşdirir?

- Şəkili bəhanə etməklə səfirin dəyişdirilməsi baş verdi. Yunanıstanın Azərbaycandakı səfirinin öz ölkəsinə Rusiya və Türkiyə prezidentlərinin bu tədbirə qatılmayacaqlar barədə məlumatı dezinformasiyadan başqa bir şey deyil. Bir sözlə, bunların kökündə çox böyük qüvvələr durur ki, bu qüvvələr də Azərbaycanı sevmirlər. Onlar istədikləri variantlardan və istədikləri insanlardan istifadə edirlər və bununla Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Bir sözlə, onların hamısı bir mərkəzdən idarə olunur. Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çox gözəl demişdir ki, əgər onlar özləri gördüyü demokratiya kimi demokratiya istəyirlərsə, bu, bizə lazım deyil". Azərbaycanda demokratiya və insan haqları var. Bu gün bu istiqamətdə Prezident İlham Əliyevin siyasi kursuna uyğun yeni-yeni proqramlar qəbul olunur və bu proqramların həyata keçirilməsinin şahidi oluruq. Əminəm ki, bu kurs dönməz və dəyişməzdir.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib