PDF Oxu

Müsahibə

  • 1 842

Nəriman Əliyev: "Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı kapmaniyanın aparılması təsadüfi deyil"

image

Millət vəkili Nəriman Əliyevin "SƏS" qəzetinə müsahibəsi

- Azərbaycanı qərəzli şəkildə tənqid edən Qərb dövlətlərinin özündə həqiqətənmi ideal vəziyyət hökm sürür?

-Bu gün Qərb dövlətləri öz daxili problemlərini həll etmək əvəzinə digər ölkələrin daxili işlərinə müdaxilə etməklə məşğuldurlar. ABŞ, Fransa, Böyük Britaniya və İsveçdə zaman-zaman baş verən olaylar hamımızın yaddaşındadır. Son bir il ərzində ABŞ-da 1500 nəfər qaradərili insan polislər tərəfindən qətlə yetilirib. Bu gün ABŞ-da yüzlərlə ailə dini, irqi zəmində baş verən toqquşmaların qurbanına çevrilib. Azyaşlı uşaqların zorlanmasından tutmuş, dövlət qurumlarının quldurların hücumlarına məruz qalmalarına qədər neqativ hallar, eləcə də siyasi görüşlərinə qədər qətl hadisələri məhz ABŞ-da baş verir. Bu ölkədə azyaşlı uşaqların narkotikdən istifadə səviyyəsi rekord həddə çatıb. Təkcə Ferquson ştatında işsizliyin səviyyəsi 70%-dır. Siyasi baxışlarına görə ən çox insan məhz ABŞ-da öldürülür. Bu terrorçu meyil ABŞ-da uzun illərin təcrübəsidir. Biz bunun Kennedi, Reyqan dönəmindən şahidiyik. İri sərmayəçilər öncə prezidenti hakimiyyətə gətirir, daha sonra isə öz maraqlarının qorunmadığını gördükdə, dərhal prezidentə qarşı sui-qəsd təşkil edilir. Bu gün də belədir, ABŞ-da müxtəlif vəzifələrdə təmsil olunan şəxlsər ya qapalı həbsxanalarda saxlanılır, ya da ki, avtoqəzalarda dünyasını dəyişirlər. ABŞ bacarırsa, bu problemlərini həll etsin. İslamofobiya ABŞ-da, Qərbdə dəhşətli bir həddə çatıb. İngiltərənin özündə "mədəni" vəhşilik baş alıb gedir. Bu gün İngiltərə və ABŞ xarici ölkələrdə təxribatlar törətmək üçün özlərindəki eybəcərlikləri gizlətməyə çalışırlar. Hər il milyardlarla vəsait müsəlman ölkələrində təxribatlar, dini münaqişələr törətməyə sərf olunur. Fransa daima ermənipərət mövqeyi ilə seçilib. Əslində, ermənipərəst anlayışı yoxdur, anti-türk anlaışı var. Erməni kimdir ki, ona da tərəfdaşlıq edələr. Sadəcə, onları bir oyuncaq kimi əllərində saxlayıb, öz çirkin siyasətlərini həyata keçirirlər. Təsəvvür edin ki, keçən il bir beynəlxalq təşkilatın açıqladığı hesabatda Fransa "dünyanın ən axmaq dövləti" kimi xarakterizə olundu. Bu ölkə terrorrizmin və islamofobiyanın əsaslarının işlənib hazırlandığı ölkədir. Müsəlmanlara qarşı ilk hücum məhz bu ölkədən gəlir.

-Avropa Oyunlarının keçirildiyi bir ərəfədə ölkəmizə qarşı aparılan qara piyar, əslində nəyə hesablanıb?

-Heç kimdə şübhə doğurmur ki, Azəraycana qarşı aparılan bütün oyunlar vahid bir mərkəzdən idarə olunur, qara piyar kampaniyası bir nöqtədən yönləndirilir. Avropa Oyunları ərəfəsində məhz belə bir kapmaniyanın aparılması da təsadüfi deyil. Bunun bir neçə səbəbləri var. Əvvəla, Azərbaycan dünyanın əksər dövlətlərinin belə bacara bilmədiyi bir tədbiri öz üzrəinə götürdü və bu tədbir bu gün ən yüksək səviyyədə həyata keçirilir. Dünya idmançıları ölkəmizdə ən gözəl şəraitdə qarşılanıb yerləşdiriliblər. Azərbaycan təkcə Cənubi Qafqazın deyil, keçmiş SSRİ ölkələri içərisində ən inkişaf etmiş bir dövlət statusunu əldə edib. Azərbaycan bir neçə dövlətin ərazisindən keçən böyük layihələrin əsas iştirakçısıdır. Və vacib olanı da budur ki, Ermənistan Azərbaycanın gücü sayəsində bütün regional layihələrdən kənarda qalıb. Dövlətimiz dünya dövlətləri içərisində böyük siyasi-iqtisadi üstünlük qazanmışdır. Bu gün Avropa sevinməlidir ki, özlərinin gücləri çatmayan bir işin öhdəsindən Azərbaycan gəlir. Azərbaycana qarşı yönələn bütün cəhdlər nəticəsiz qalacaq, heç bir bədxah qüvvə ölkəmizdə öz məkrli niyyətini reallaşdıra bilməyəcək. Çünki Azərbaycan xalqının iradəsinə qarşı çıxmaq, ölkəmizdəki iqtidar-xalq birliyinə xələl yetirmək qeyri-mümkündür. Əksinə, özləri bundan zərər görəcəklər. Avropa Oyunları da bir neçə gündən sonra başa çatacaq. Hər şey ən yüksək səviyyədə təşkil edilib. Bizim idmançılarımız da qızıl medalalr qazanıblar. Fürsətdən istifadə edib onları da təbrik edirəm. Çünki bu, hər birimizin uğurudur.

- Radikal müxalifətin bu ərəfədə atdığı addımlar bir daha sübut elədi ki, onların bütün fəaliyyətləri xalqımızın əleyehinə yönəlib...

-Çox təəssüf ki, xalqımızın içərisində əleyhimizə işləyən, düşmən dəyirmanına su tökən insanlar da var. Ən pisi odur ki, bu düşmən niyyətli insanlar siyasi düşərgədə təmsil olunurlar və iddialar irəli sürürlər. Bütün millətlərdə olduğu kimi, bizlərdə də xarici kəşfiyyata işləyən şəxslər var, onlardan qrantlar alan partiya sədrləri var. Bu insanlar 25 ildir eyni ssenari ilə çıxış edirlər və heç bir xırda uğur qazana bilməyiblər. Belə bir ərəfədə əllərinə fürsət düşüb, özlərini xarici dövlətlərin gözünə soxmaq üçün, qrantların məbləğini artırmaq üçün "fəallaşıblar". Məncə, olmayan bir şey haqqında danışmasaq daha yaxşı olar. Dövlətimiz bu qədər işlər görür, ölkəmizdə yüzlərlə layihələr həyata keçirilir. Bir sözlə, Azərbaycanda tam ciddi işlər aparılır. Belə bir anda qeyri-ciddi qurumlardan və şəxslərdən danışmağa ehtiyac yoxdur.

Samir

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib