PDF Oxu

Müsahibə

  • 1 632

"Cəmil Həsənli buyruq quludur"

image
Tahir Kərimli: "Müxalifət liderlərinin şəxsi ambisiyaları onların bir araya gəlmələrinə imkan vermir"

Müsahibimiz Vəhdət Partiyasının sədri Tahir Kərimlidir

- Tahir bəy, Cəmil Həsənlinin Müsavata qarşı ittihamlarla çıxış etməsinin arxasında Əli Kərimlinin sifarişinin dayandığını demək olarmı?

- Hər zaman müxalifət düşərgəsində təmsil olunan liderlər müxtəlif ittihamlar irəli sürməklə biri-birini sıradan çıxarmağa çalışıblar. Hətta bu mübarizədə ən çirkin vasitə və üsüllardan istifadə etməkdən çəkinmirlər. Cəmil Həsənli də buyruq quludur. Əli Kərimli onun zəifliyindən istifadə edərək, Müsavtadakı rəqiblərini sıradan çıxarmağa çalışır.

- Sizcə, nəyə görə Əli Kərimli ilə İsa Qəmbər, eləcə də Arif Hacılı müxalifətin birləşməsinə qarşı çıxırlar?

- Müxalifət liderlərinin şəxsi ambisiyaları onların bir araya gəlmələrinə imkan vermir. Boyunlarından böyük iddialar müxalif partiyaların dağılaraq parça-parça olmasına gətirib çıxarıb. Konkret olaraq, bu şəsxlər bir-birinə nifrət hissi bəsləyirlər. Onlar siyasətdən getməyincə müxalifətin birləşməsi mümkün olmayacaq.

- Müxalifətin və xarici qüvvələrin qarayaxmalrına baxmayaraq, Azərbaycanda keçirilən Avropa Oyunlarının tam uğurla başa çatdığını demək olarmı?

- Bəli, Azərbaycanda keçirilən I Avropa Oyunları yüksək səviyyədə və uğurla başa çatdı. Təbii ki, bu da Azərbaycan dövlətinin qüdrətinin bariz nümunəsidir. Bununla Azərbaycan bütün dünyaya bir daha öz gücünü, qüdrətini qonaqpərvərliyini nümayiş etdirdi. Müxalifət və onlara maddi, mənəvi dəstək göstərənlər bir daha rüsvayçı vəziyyətlə üz-üzə qaldılar.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib