PDF Oxu

Müsahibə

  • 2 082

Azərbaycan status-kvonun saxlanmasına imkan verməyəcək

image

Arzu Nağıyev: "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərini müsbət qiymətləndirmək olar"

Müsahibimiz politoloq Arzu Nağıyevdir:

- Arzu müəllim, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranan passivliyin aradan qaldırılmasına nə kimi yardımçı olacaq?

- Bu proseslərə yenidən start verilməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Çünki regionda bu qədər dondurulmuş halda münaqişə ocağı saxlamaq müsbət hal deyil və heç bir dövlət bunu istəmir. Status - kvonun saxlanması istər siyasi, istərsə də iqtisadi layihələrin reallaşmasını əngəlləyir. Həm də əsas rolda ABŞ-ın çıxış etməsi də təşəbbüsü ələ almaq kimi qiymətləndirilməlidir. Bu baxımdan, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərini müsbət qiymətləndirmək olar...

- İddia olunur ki, Dağlıq Qarabağ ətrafı 7 rayonun boşaldılması ilə bağlı artıq ilkin razılaşma var. Həmsədrlərin bu dəfəki səfərində bu məsələ real təsdiqini tapa biləcəkmi?

- Rayonların boşaldılması məsələsi belə tezliklə reallaşa bilməz. Bununla belə Madrid prinsiplərinin əsas şərtlərindən biri və başlıcası olması faktdır. Düşünürəm ki, bu məsələ görüşlərdə mütləq qaldırılacaqdır. Razılşamanın əldə edilməsi məhz bu danışıqlardan sonra həyata keçə bilər.

- Necə düşünürsünüz, Rusiyanın razılığı olmadan və Ermənistana təsiri və təzyiqi olmadan münaqişənin həllində hansısa müsbət dəyişikliklərə nail olmaq mümkündür?

- Əlbəttə Rusiyanın işğalçı ölkə olan Ermənistana təsir mexanizmi güclüdür və danılmazdır. Daha doğrusu Ermənistan Rusiyanın tərəfdaşı olmaqla bərabər regionda forpostu və vassalıdır. Bu baxımdan, Rusiya Ermənistana təsir edə bilər. Digər tərəfdən Rusiyanın özü də ATƏT-in Minsk Qrupunun üzvlərindən biridir və bu da mühüm bir amildir.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib