PDF Oxu

Müsahibə

  • 2 292

"O, "Azadlıq" qəzetinin bölgə müxbiri kimi danışırdı"

image

Elşən Musayev: "Steynar Gill "mən də varam" təkəbbürünə sığınaraq "ağıllı" və başından yekə məsləhətlərini verməyə başlayıb"

"Mirzə Xəzər kimi dili və dilçəyi uyğunsuzluq təşkil edən birilərinin fikrini, sözünü ciddiyə almaq olmaz"

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir

- Elşən müəllim, Norveçin Azərbaycandaki keçmiş səfiri Steynar Gilin Rauf Arifoğlunun jurnalist olaraq dövlət mükafatı almasına aqressiv yanaşması və onu tənqid etməsi nədən irəli gəlir?

- Çünki Steynar Gilin məntiqincə jurnalist qərəzli olmqlıdır, haqqı deyil, yalnız müxalif fikri təbliğ etməli, tirajlamalıdır. Mükafatı da alanda ətrafındakı 3-5 nəfər insandan almalıdır. Vəssalam. Dövlət və hakimiyyəti yaxşı təhqir eləsən bu saxta demokratların dostu olacaqsan, edə bilməsən deyil. Bax budur Avropa üçün söz, fikir pluralizmi, insan seçiminə verilən dəyər, demokratiya tablosu... Setaynar Gilün ağzı son 20 ildən bəri həmişə gül vurub, danışanda yalnız və yalnız insan haqlarından, ifadə azadlığından - filandan danışıb. Bəs indi nə baş verdi?

Dəyişən nədir? Rauf Arifoğlu? Yox, o dəyişməyib. O, Azərbaycan hakimiyyətini bəyəndiyini, bizimlə eyni fikirləri bölüşdüyünü deməyib. Sadəcə peşəkar jurnalist xarakterinə xas bir şəkildə siyasətdən gedib. Olan, baş verən budur. Amma görün məsələ haralara qədər gedib çıxıb, haçalanıb. Hətta mövzusuzluq sindromundan əziyyət çəkən Steynar Gil "mən də varam" təkəbbürünə sığınaraq "ağıllı" və başından yekə məsləhətlərini verməyə başlayıb.

- Ümumiyyətlə, Steynar Gilin, "Azadlıq" radiosunun Azərbaycan birosunun keçmiş rəhbəri Mirzə Xəzərin və digərlərinin Azərbaycan müxalifətinin zəifliyini təndiq etməsi və hakimiyyətə qarşı aqressiv mövqe nümayiş etdirməsi nə ilə bağlıdır?

- Steynar Gil elə səfir də olanda Əli Kərimlidən daha fərqli söhbətlər eləmirdi. Hətta bəzən o, "Azadlıq" qəzetinin bölgə müxbiri kimi danışırdı. Bu adam təxribatçının, saxtakarın biridir. Öz diplomatik missiyasını, o missiyanın məsuliyyətini, öhdəliklərini dərk etməyən uğursuz diplomat, üstəgəl perspektivsiz siyasətçidir. Ona görə də nə onun nə də Mirzə Xəzər kimi dili və dilçəyi uyğunsuzluq təşkil edən birilərinin fikrini, sözünü ciddiyə almaq olmaz. Nə danışırlar qoy danışsızlar. Adamlar var ki, bu həyata elə boş - boş danışmaq üçün gəliblər.

- Demək olarmı ki, müxalifətin zəifləməsi, gözdən düşməsi, ictimai-siyasi proseslərdən kənarda qalması daha çox anti-Azərbaycan mövqeli xarici qüvvələri təşvişə salır və narahatçılıq yaradır?

- Nəinki demək olar, hətta mən buna əminəm! Təsəvvür edin, həmin o anti-Azərbaycan mövqeli qüvvələr məmləkətimizdəki radikallara, uğursuzlara, siyasi səbatsızlara uzun illər boyunca bir aləm pul buraxıblar. İndi isə qalıblar ortalıqda, yana-yana. Çünki effekt yoxdu. Ə.Kərimli o pulların yarısını xaricdə ayı 50 min evroya hüquq fakültəsi oxuyan ogluna, digər qismini isə şəxsi dəbdəbəsinə, bahalı evlərə, maşınlara, geyimlərə yönəldib. Ona görə də xaricdəki quldurlar çaşıb qalıblar. Həm nəticədən qane deyillər, həm də məkrli niyyətlərindən əl çəkmək istəmirlər. İcraçı isə yoxdur. Pul, maya həqiqətən batıb. Ona görə təbii təşviş yaranıb. İnandırım sizi ki, həmin xaricdəki qüvvələrin Ə.Kərimlini və onun ətrafındakı qaraguruhçuları ifşa edəcəyi gün uzaqda deyil. Bir gün bütün sirrlərin üstü mütləq açılacaq. Bax o zaman Ə.Kərimli hara qaçacaq, yerin hansı dibinə enəcək, bir tək onu bilmirəm. Ayrıca, adamın pasportu da yoxdur ki, Londondakı, Konqresdəki, erməni diasporasındakı bəzi "aqsaqqal"larının məsləhəti və təlimatı ilə birkərəmlik aradan çıxa bilsin.

- AXCP və Müsavat arasında qarşıdurma fonunda müxalifətin proseslərdən kənardan qalması həm də onu deməyə əsas verirmi ki, xarici qüvvələrdə Azərbaycandakı təmsilçilərini itirməkdədirlər?

- Xarici qüvvələr bunlardan əlini üzüb. Həm də çoxdan. Sadəcə bu vəziyyətlə barışa bilmirlər. O ki qalsın, Müsavat-AXCP münasibətlərinə....düşünürəm ki, hər zaman bütün ziddiyyətlərin ilk həmləsi, "inisiativ"i məhz AXCP tərəfdən gəlib. Azərbaycan müxalifətinin bu günə qalmasının, bu qədər deqrodasiyaya uğramasının tək səbəbkarı Ə.Kərimli və onun iyrənc xislətidir! Bu adam müxalif düşərgədə sərgilədiyi və içində heç cür boğa bilmədiyi "mənəm - mənəmlik" ambisiyasına görə hamını oda atıb, hamını bezdirib, hamını müxalifətçilikdən iyrəndrib. Odur ki, bundan sonra da heç bir perspektivdən söhbət gedə bilməz. Nə ciddi siyasi elektpratdan nə də hansısa xaricinin verəcəyi puldan. Bitib hər şey. Maskalar yırtılıb. Bütün gizlinlər açığa çıxıb.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib