Elşad Mirbəşiroğlu: "Sarkisyan hakimiyyəti kriminallaşmış hakimiyyətdir "
Müsahibimiz politoloq Elşad Mirbəşiroğludur
- Elşad müəllim, son günlər cəbhə xəttində erməni təxribatı intensiv xarakter daşıyır. Bu, Sarkisyan rejiminin daxili gərginliyi cəbhəyə yönəltmək üçün atılan bir təxribatı ola bilərmi?
- Ermənistan təcrübəsi göstərir ki, Sarkisyan hakimiyyəti dəfələrlə daxili auditoriyaya hesablanmış hərbi addımlar atıb və bundan sonra da atacaqdır. Yəni ölkədə narazılıqlar pik həddinə çatanda, adətən Ermənistanın hazırkı kriminal hakimiyyəti Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi vəziyyəti gərginləşdirmək taktikasına əl atırlar. Bu baxımdan, son vaxtlar Ermənistan tərəfindən cəbhə bölgəsində atəşkəs rejiminin daha intensiv şəkildə pozulması daxili auditoriyaya hesablanıb.
- Ermənistan ordusu kütləvi şəkildə itkilərə məruz qalır. Sarkisyan bu itkilərdən nəticə çıxara bilərmi?
- Təbii ki, bu itkilər Sarkisyan hakimiyyətini uçuruma doğru aparacaqdır. Ümumiyyətlə, Ermənistan hakimiyyəti çox gözəl dərk edir ki, Azərbaycan Ordusunun qarşısında Ermənistanın ordusu duruş gətirmək gücündə deyil. Cəbhə bölgəsində son vaxtlar baş verənlər bunu göstərir ki, Azərbaycan Ordusu çox böyük çevikliklə qısa bir zamanda Ermənistan ordusunu darmadağın etmək gücündədir.
- Ermənistanda hazırkı vəziyyətdə Sarkisyana etiraz olaraq kütləvi aksiyalar keçirilir. Bu etirazlar Sarkisyanın hakimiyyətdən uzaqlaşması ilə nəticələnə bilərmi?
- Bu gün Sarksiyan hakimiyyəti kifayət qədər kriminallaşmış bir hakimiyyətdir. Demək olar ki, bu rejim erməni xalqının axırına çıxıb. Erməni əhalisi öz canını qurtarmaq üçün tamamilə öz ölkələrini tərk edirlər. Ümumiyyətlə, rəsmi Moskvanın Ermənistana nəzarəti o qədər güclüdür ki, burada Rusiyanın iradəsindən kənar hər hansı bir hakimiyyət dəyişikliyi real görünmür.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib