Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun "SƏS" qəzetinə müsahibəsi
- AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov terrorçu təşkilatı dəstəklədiyini rəsmən açıqladı və terrorçu qruplaşmaları Azərbaycana dəvət etdi. Necə düşünürsünüz, İnqilab Kərimovun mövqeyi həm də AXCP-nin, şəxsən Əli Kərimlinin mövqeyi kimi qiymətləndirilə bilərmi?
- Heç şübhəsiz ki, terrora çağırış etməyin özü böyük bir cinayətdir. Siyasi düşərgənin, özünü müxalifətin əsas simalarından biri kimi təqdim edənlərin terrorçuları öz ölkəsinə dəvət etmələri isə heç bir halda başadüşülən deyil. Əlbəttə, İnqilab Kərimovun terrora çağırış etməsi həm də Əli Kərimlinin mövqeyi kimi dəyərləndirilməlidir. Nə üçün? Birincisi, İnqilab Kərimov vaxtilə Azərbaycanda olanda Əli Kərimliyə nəfəsi qədər yaxın idi. AXCP sədrinin bütün qanunsuz əməlləri bu adamın başı üzərindən həyata keçirilirdi. İkincisi, onu Fransaya göndərən elə Əli Kərimlinin özüdür. Mən tam məsuliyyətlə deyirəm ki, siyasi mühacir adı altında xaricə gedən müxalifətçilər ora öz ölkələrinə qarşı casusluq etmək üçün gedirlər. Onlar bütün ömürlərini "hazıra nazir olmaq" prinsipi ilə yaşayıblar. Azərbaycanda isə işləməyə gücləri çatmır, primitiv, saxta əqidələrindən, qısqanclıq meyillərindən əl çəkə bilmirlər. Onlar xarici dövlətlərdə siyasi mühacir kimi aylıq pul alaraq zəhmətsiz yaşamaq istəyirlər. Üçüncüsü, Əli Kərimli nə üçün bir bəyanat verib demədi ki, əmisi oğlunun mövqeyi onun mövqeyi deyil? Biz bunun əksinin şahidi olduq. Əli Kərimliyə yaxın adamlar, demək olar ki, cəbhəçilərin hamısı sosial şəbəkələrdə İnqilab Kərimovun terrora çağırışına dəstək nümayiş etdirdilər. Bu faktın özü bir daha təsdiqləyir ki, İnqilab Kərimov elə Əli Kərimlinin sözünü deyib. Fransa hökuməti onun bu bəyanatına reaksiya verməli və onu siyasi mühacir statusu almaq hüququndan tamamilə məhrum etməlidir.
"Leyla Yunus AXCP-Müsavat hakimiyyəti dövründə Müdafiə Nazirliyində işləyərkən bir çox hərbi təyinatlı sirlərin, döyüş xəritələrinin ermənilər tərəfinə ötürülməsində böyük xidmətlər göstərib"
- Sizcə, Leyla Yunusun həbsi ətrafında yaradılan şou nə ilə nəticələnəcək? Almaniyanın Ombudsmanı Krostofer Ştrasserin ölkəmiz haqqında çıxışını da bura əlavə etmək olar...
- Leyla Yunus AXCP-Müsavat hakimiyyəti dövründə Müdafiə Nazirliyində işləyərkən bir çox hərbi təyinatlı sirlərin, döyüş xəritələrinin ermənilər tərəfinə ötürülməsində böyük xidmətlər göstərib. Bir müddət sonra onun düşmən mövqeyinə işləməsi, öz ölkəsinə qarşı casusluq fəaliyyəti aparması ortaya çıxdı. Daha sonra isə hüquq müdafiəçisi adı altında yaratdığı təşkilatın kölgəli fəaliyyətinin fəsadlarını görmüş olduq. Leyla Yunus qrantlar, təxribatçı qurumlardan aldığı pullar hesabına xarici ölkələrdə də tez-tez olurdu, onun xaricdə də dəbdəbəli həyatı var idi. Xaricdə bir çox konfranslarda iştirak edirdi. Sual edirəm, o, bircə dəfə də olsun hüququ pozulan hansısa bir vətəndaşın məsələsini qaldırıbmı? Məcburi köçkünlərimizlə bağlı bir dəfə də olsun çıxış edibmi? Bu gün onu müdafiə edən Qərbin bir neçə təşkilatının qarşısında doğma ölkəsi haqqında bir dəfə də olsun müsbət fikirlər söyləyibmi? Biz bunun əksinin şahidi olmuşuq. Leyla Yunus həbs edilməmişdən əvvəl terrorçu qruplaşmanı ölkəmizə dəvət etdi, sonra həbs ediləndən sonra onun qızı bu barədə çağırış etdi və şəhidlərimizin ünvanına yersiz fikirlər söylədi. Bu gün isə onunla elə bir bulaqdan su içən İnqilab Kərimov terrora çağırış edir. Müxalifət rəhbərləri isə susur. Onlar bununla nəyə nail olmaq istəyirlər? O ki qaldı bəzi xarici ölkələrin nümayəndələrinin Leyla Yunus ətrafında sou yaratmalarına. Əvvəla, qeyd edim ki, öz gözündə tiri görməyən Qərb ölkələri başqasının gözündə qıl axtarırlar. Baxın görün, Qərbdə insan hüquqları hansı vəziyyətdədir? Fransada onlarla siyasi dustaq var, ABŞ-da siyasi dustaqların sayı daha çoxdur. ABŞ-da qaradərili insanlara qarşı törədilən vəhşiliklərin, bütün dünya onların öldürülmələrinin şahidi oldu. Bu proses bu gün də davam edir. Fransada müəllimlər, həkimlər demək olar ki, hər gün aksiya keçirirlər. Norveçdə nazirin dövlətdən oğurladığı milyardların müsəlman ölkələrində çirkin niyyətlərin həyata keçirilməsinə sərf olunduğu ortaya çıxdı. Bizdə isə nə siyasi dustaq var, nə milyardlarla pulu terorçu təşkilatlara veririk, nə də ki, irqinə, dininə, dilinə, milli mənsubiyytinə, dərisinin rənginə görə kimisə öldürmürük. Ölkəmizdə əsl demokratiya bərqərar olunub. Leyla Yunus ona görə müdafiə olunur ki, onun casus fəaliyyətinə sərf etdiyi milyonların hədər getməsini istəmirlər. Öz agentlərinin azadlıqda olmasını isatəyirlər. Ancaq Azərbaycan vətəndaşı olan casus elə öz ölkəmizin qanunları ilə də mühakimə olunur. Heç kim bizim işimizə müdaxilə edə bilməz. Keçən il Almaniyada bir casus aşkar olundu. Rusiyaya casusluq edirmiş. Nəticə necə oldu? Almaniya öz casus vətəndaşını həbs etdi, işgənclərə mərz qoydu və ailəsini də ölkədən deportasiya etdi.
"1999-cu ilin fevralında Ümummilli Lider Heydər Əliyev bizə dedi ki, müxalifət hansı işi görə bilər ki, mən görməmişəm..."
- Azərbaycanı tənqid edən ölkələrdən ikisi həm də ATƏT-in Minsk Qrupunun üzvləridir...
ATƏT-in Minsk Qrupu dünyada mövcud olan ən lazımsız qurumlardan biridir. Onların işi-gücü insanları aldatmaq, yeyib-içib getməkdir. Mən həmişə demişəm ki, Minsk Qrupunun Fransa və ABŞ kimi üzvləri varsa, orada heç bir normal fəaliyyətdən söhbət gedə bilməz. 1992-ci ilin martında yaradılan bu qurum indiyə kimi hansı irəliləyişə imza atıb? Heç bir. BMT təhlükəsizlik şurasının qətnamələri icra olunmamış qalır. Ancaq Ermənistana "gözünün üstündə qaşın var" deyən yoxdur. 22 ildir susan, bir milyondan artıq məcburi köçkünün ah-naləsini qulaqardına vuran dövlətlər bu gün bir satqına-Leyla Yunusa görə tədbirlər keçirir, tələblər irəli sürürlər. Fakt budur ki, müxalifət xarici dairələrin əlində bir oyuncağa çevrilib. 1999-cu ilin fevralında Ümummilli Lider Heydər Əliyev bizə dedi ki, müxalifət hansı işi görə bilər ki, mən görməmişəm... Dövlət və millət məsələsi həll olunan halda, müxalifətlə iqtidar bir yerdə olmalıdır. Təəssüflər olsun ki, bizdə sağlam müxalifət yoxdur. O vaxt ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyev ikili standart ifadəsini işlətdi və Qərb dövlətlərinin ikiüzlülüyünü ifşa etdi. Hələ o vaxt o ifadəni heç kim işlətməmişdi.
- Qarşıdan parlament seçkiləri gəlir...
- Biz parlament seçkilərinə var gücümüzlə hazırlaşırıq. Seçkidə iştirak etmək hər bir vətəndaşın borcudur. Kimə səs verəcəyi isə onun vicdani borcudur. İnsanlar haqqa, ədalətə- Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməlidirlər ki, gələcəkləri daha parlaq olsun. İnanıram ki, partiyamızın namizədləri bu dəfə də böyük üstünlüklə qələbə qazanacaqlar. Seçkilərdə ən böyük işimiz YAP-da keçən parlament seçkilərində 71 nəfər seçilmişdisə, bu seçkilərdə onların sayının daha çox olmasıdır. Vu, həm də xalqın gələcək xoşbəxtliyinin rəzidir. Sözsüz ki, seçki ərəfəsində bəzi "demokrat"lar yenə də fəallaşacaqlıar. Görülən bütün işlərə kölgə salmağa başlayacaqlar. Ancaq onların ekstremist fəaliyyətləri bu dəfə də iflasa uğrayacaq.
Samir
D.O.
154-20
"İnqilab Kərimov AXCP sədrinin mövqeyini ifadə edib"

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib