Elçin Mirzəbəyli: "Azərbaycan mətbuatı parlament seçkilərini obyektiv işıqlandıracaq"
Rufiz Qonaqov: "Parlament seçkilərində Vətəndaş Cəmiyyətinin iştirakı önəmli məsələlədir"
Asif Əsgərov: "Qarşıdan gələn parlament seçkilərində gənclərin aktivliyi özünü göstərəcəkdir"
Ölkəmiz növbəti parlament seçkiləri ərəfəsindədir. Azərbaycan mətbuatı bu seçkilərdə necə iştirak etmək fikirindədir? Yəni seçkilərdə vətəndaş cəmiyyəti inistutları, gənclər təşkilatları, KİV-lər necə iştirak edəcəklər? "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, KİV-lər seçki kampaniyasında iştirak etdiklərini rəsmi formada bildirməlidir: "Yalnız bundan sonra konkret mətbuat orqanları seçki kampaniyalarında hüquqi cəhətdən iştirak etmiş sayılırlar və onların bu və ya digər kampaniyasında ödənişli formada iştirakı qanuni hesab olunur. O ki qaldı medianın bütövlükdə ölkədə gedən siyasi proseslərə münasibəti və parlament seçkiləri ilə bağlı obyektiv informasiyaların işıqlandırılması məsələsinə gəlincə, düşünürəm ki, Azərbaycan mətbuatında pekəşarların sayı kifayət qədərdir. Bir sözlə, Azərbaycan mətbuatı parlament seçkilərini obyektiv işıqlandıracaq. Yəni mətbuat seçkilərə tamamilə hazırdır".
Vətəndaş Cəmiyyəti İnistututları olan QHT-lər ölkəmizdə keçiriləcək parlament seçkiləridə necə iştirak etmək fikirindədirlər? Seçkilərin demokratik bir formada baş tutması üçün QHT-lər hansı addımı atmaq fikirindədirlər? Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov parlament seçkilərində Vətəndaş Cəmiyyətinin iştirakı çox önəmli məsələlərdən biri olduğunu qeyd etdi: "Hər zaman QHT-lər parlament seçkilərində də aktiv şəkildə iştirak edəcəkdir. Ölkəmizdə tam demokratik seçki mühiti və seçki şəraiti var. Seçki şəraitini və demokratik mühiti formalaşdıran əsas məsələlərdən biri də QHT-lərdir. Ümumilkdə Vətəndaş Cəmiyyətinin və media qurumlarının seçkilərdə aktiv iştirakı bütövlükdə ölkədə seçki mühitinin formalaşmasında, demokratik proseslərin güclənməsində, eləcə də ölkəmizin beynəlxalq imicinin daha da möhkəmlənməsində çox önəmli rol oynayır".
Azərbaycan gəncliyi parlament seçkilərində necə iştirak etmək fikirindədir? Yəni seçkilərin azad və demokratik keçirilməsinə töhfələrini vermək üçün gənclik hansı potensialı və gücü ortaya qoymaq fikirindədir? Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərov bildirdi ki, hər zaman Azərbaycan gəncliyi ölkənin siyasi məsələlərində və ölkəmizin ictimai-siyasi həyatında aktiv olub: "Təbii ki, qarşıdan gələn parlament seçkiləridndə gənclərin bu aktivliyi özünü göstərəcəkdir. Ümumiyyətlə, Azərbaycan gəncləri seçkilərdə bir necə formada iştirak etməklə seçkilərin demokratik, azad, ədalətli keçirilməsinə öz töhfəsin verəcəkdir. Ilk növbədə gənclər fəal şəkildə seçki prosesində ən aktiv səs verən təbəqə olaraq, hər zaman olduğu kimi, bu dəfə də özünü göstərəcəkdir. Burada ən əsası isə gənclərin parlament seçkilərində namizəd olaraq iştirak etməsi seçkilərə onların ən böyük təhvfəsi olacaqdır.
Azərbaycan gəncləri müxtəlif siyasi partiyalar vasitəsilə, o cümlədən, müstəqil namizədlər olaraq bu seçkilərə qatılmaq təşəbbüsündədirlər. Artıq son seçkiqabağı proseslər də bir daha onu göstərir ki, gənclər bu proseslərdə fəal iştirak edəcəklər. Azərbaycanda gənclərə bğyük diqqər və qayğı var. Bu diqqət gənclərdə böyük ruh yüksəkliyi, özlərinə inam yaradıb. Xüsusilə də Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədovun Yeni Azərbaycan Partiyasının gəcləri ilə çox işgüzar və maraqlı görüş keçirilməsi bir daha onu göstərir ki, hakim partiyada gənclərin fəaliyyətinə böyük önəm verilir.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib