Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım KazımovunSİA-ya müsahibəsi:
- Sentyabrın 8-də Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib. Müşavirəni şərh edərdiniz.
- Əvvəla, qeyd edim ki, Cənab İlham Əliyevin keçirdiyi hər bir müşavirə böyük əhəmiyyət kəsb edir. Sentyabrın 8-də keçirilən müşavirədə ölkə başçısı həm siyasi, həm də iqtisadi cəhətdən çox mühüm, tarixi əhəmiyyətli tezislər ortaya qoydu, bütün sahələr üzrə yeni istiqamətlər müəyyənləşdirildi. Müşavirə zamanı Prezident İlham Əliyev dünyada gedən siyasi, iqtisadi proseslərə toxundu, yaşanan maliyyə böhranı ilə bağlı vacib detalları açıqladı. Cənab Prezident Azərbyacanı "sabitlik adası" adlandırdı. Çünki dünya dövlətləri ciddi maliyyə böhranı ilə üzləşiblər, müxtəlif ölkələrdə sosial partlayışlar baş verir, iqtisadiyyatları tənəzzülə uğrayır. Azərbaycan isə daima şahraq xətt üzrə inkişaf edir. Ölkəmizdə siyasi sabitlik mövcuddur və bundan sonra da belə olacaq. Bütün bu amilləri nəzərə alaraq hesab edirəm ki, Cənab Prezidentin keçirdiyi bu müşavirə tarixi əhəmiyyətə malikdir.
- Dünyada neftin ucuzlaşması müxtəlif ölkələrdə ciddi problemlər yaradıb. Sentyabrın 8-də keçirilən müşavirə zamanı Cənab Prezident qeyd etdi ki, dünyada neftin qiyməti iki dəfədən çox düşsə də, Azərbaycan yenə də inkişaf edir...
- Bəli, həqiqətən də belədir. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır. Ancaq Azərbaycan xalqı bundan əziyyət çəkmir. Çünki ölkəmizdə sosial proqramlar, infrastruktur layihələri icra edilir və vətəndaşların sosial təminatı ən yüksək səviyyədə təmin olunub. "Neftin qiyməti nə qədər düşsə də, Azərbaycan iqtisadiyyatını heç bir təhlükə gözləmir. Çünki ölkəmizin iqtisadiyyatı təkcə neftdən, büdcəmiz isə neft gəlirlərindən asılı deyil. Ölkəmizdə Ümumi Daxili Məhsul təxminən 6 faiz artıb. Qeyri-neft iqtisadiyyatı üzrə isə bu rəqəm 9 faizdən çoxdur. Yoxsulluğun səviyyəsi artıq sıfıra yaxınlaşır. Müşavirədə Cənab Prezident qeyd etdi ki, hökumət yeni situasiyada işləyəcək. Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir. Sahibkarlığın inkişafı üçün əlbəttə ki, addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcək. Cənab Prezident müşavirədə maliyyə vəziyyətimizin sabitliyindən də danışdı. Bildirdi ki, kifayət qədər valyuta ehtiyatlarımız var. Biz yenə də düşünülmüş siyasət apararaq valyuta ehtiyatlarımızı ildən-ilə artırırıq. Bütün bu uğurların əsasında böyük idaəriçilik qabiliyyəti dayanır. Təsəvvür edin ki, neftin qiymətinin aşağı düşməsi ilə ölkələrdə səfalət hökm sürür, siyasi sabitlik pozulub, iqtisadiyyat dağılır. Ancaq Azərbaycan xalqı zərrə qədər də olsun əziyyət çəkmir, nə də çəkməyəcək.
- Müşavirə zamanı ölkə başçısı milli satqınlardan danışaraq vurğuladı ki, bu tip qüvvələr gördüyümüz işlərə kölgə salmağa çalışırlar. Sizcə, anti- Azərbayacan qüvvələr məqsədlərinə nail ola bilməyəcəklərini bilə-bilə nə üçün özlərinin təxribatçı addımlarından əl çəkmirlər?
- Cənab Prezident belə qüvvələrlə bağlı bildirdi ki, imkan vermirik və verməyəcəyik ki, "beşinci kolon", milli satqınlar, xainlər burada meydan oxusunlar. Azərbaycanın gücünü qısqanan qüvvələr həm daxilimizdə, həm də xaricdə var. Məsələ bundadır ki, daxilimizdəki milli satqınları da həmin o xarici qüvvələr müəyyən pulların, qrantların müqabilində oyuncağa çeviriblər. Onlardan Azərbaycan dövlətçiliyinin əleyhinə istifadə edirlər. Bu uzun illərdir ki, belədir. İstər Avroviziya, istərsə də Olimpiya Oyunları zamanı Azərbaycana qarşı o qədər təzyiqlər edildi ki, bunun tam qərəz olduğu açıq-aşkar görünürdü. Bu siyasət bu gün də davam edir. Çünki dünyada ciddi maliyyə böhranı yaşanır, ölkələr safələt içərisindədir, elə Avropanın özündə biabırçı hadisələr baş verir. Azərbaycan isə öz inkişafındadır. Bunu görürlər və özlərini saxlaya bilməyib müxtəlif QHT-lər, "hüquq müdafiə" təşkilatları vasitəsilə hücuma keçirlər. Azərbaycan ordusu regionun ən qüvvətli ordusudur. Bunu bütün dünya bilir. Bu amil ən çox Qərbi və ermənilərin digər havadarlarını qıcıqlandırır. Ancaq nə xarici qüvvələr, nə də milli satqınlarımız Azərbaycanın haqq işinə kölgə sala bilməyəcəklər. Adını müxalifət qoyub, əslində isə Azərbaycan dövlətinə qarşı düşmənçilik siyasəti aparan milli satqınlarımız bilməlidirlər ki, onların da istifadə müddəti var. Nə vaxtsa istifadə olunub atılacaqlar. Bu günə kimi Qərbin müəyyən dairələri hüquqları ayaqlar altında atılmış 1 milyondan artıq məcburi köçkünlərimiz haqqında bir cümlə belə danışmayıblar. Ancaq bu gün daxili işlərimizə müdaxilə edərək, xarici ölkələrə casusluq edən Leyla Yunus və Xədicə İsmayılı müdafiə edirlər. Çünki bu şəxslər həmin dairələrin pullarını alıb, milli maraqlarımızı satırlar. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bu xəyanəti görür və vaxt olacaq xalqımız bu cür xainləri birdəfəlik silib atacaq.
sia.az
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib