Arzu Nağıyev: "Təbii ki, bu, bir istəkdir və Rusiya o qədər də düşüncəsiz hərəkət etməz"
Müsahibimiz politoloq Arzu Nağıyevdir
- Arzu müəllim, KTMT Ermənistanda hərbi təlimlər keçirdi. Niyə məhz Ermanıstanda?
- Məlumdur ki, Ermənistan KTMT-nin üzvüdür və hazırda bu təşkilata sədrlik edir. Məhz hərbi təlimlərin Ermənistan ərazisində keçirilməsi də plana uyğundur. Lakin bunun məhz zamana görə planlaşdırılması da üzv dövlətərin qoşunlarının koordinasiyası məqsədilə edilir. Daha doğrusu, əsas məqsəd Suriyada gedən müharibə və Rusiyanın koalisiya yaradaraq Bəşər Əsəd rejiminin saxlanmasına yardım etməkdir. Belə ki, 102 saylı hərbi baza Ermənistan ərazisindədir və İrəbuni aeroportunda rus qırıcıları keşik çəkir.
- Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatının bu hərbi təlimləri Ermənistan hakim rejimini Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılmasına həvəsləndirməyəcək?
- Məqsədlərdən biri də məhz odur və güc nümayiş etdirməklə Sarkisyan və onun komandası hakimiyyətdəki müddətlərini uzadırlar. Məhz Dağlıq Qarabağ kartı ilə oynayan Sarkisyan rejimi KTMT-yə üzv olmaqla Rusiyanın onunla olduğunu büruzə vermək istəyir.Yəni nə qədər ki, hərbi təlimlər və bu kimi formada yanaşmalar olacaq Dağlıq Qarabağ münaqişəsində stsus-kvo saxlanacaqdır, bu isə təbii ki, Sarkisyan və onun komandasını razı salır.
- Cəbhədə vəziyyətin gərginləşməsini Sarkisyan rejiminin daxili gərginliyi, içtimai narazılıqları münaqişə bölgəsinə yönəlmək və bununla da vəziyyətdən cıxmağa cəhd etməsi kimi qiymətləndirmək olarmı?
- Bəli, yuxarıda qeyd edildiyi kimi, bu, Sarkisyan rejiminin saxlanmsının əsas yollarından biri və ya başlıcasıdır. Cəbhədə vəziyyətin daha da gərginləşməsi Sarkisyana bir də ona görə xeyirdir ki, artıq sərhədyanı rayonlardakı gərginliklər vasitəsilə rus hərbi birləşmələrini bu oyuna qoşmaqdır. Təbii ki, bu bir istəkdir və Rusiya o qədər də düşüncəsiz hərəkət etməz.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib