Müsahibimiz Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyevadır
- Mehriban xanım, sabahdan artıq parlament seçkilərinə start veriləcək. Bu seçkidə Yeni Azərbaycan Partiyasının iştirak səviyyəsini necə qiymətləndirirsiniz?
- Qeyd edim ki, bu gün cəmiyyətin yeganə aparıcı ictimai-siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı ciddi işlər görülür. Artıq YAP-ın bütün rayon və şəhər təşkilatlarında noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar verilmiş olan tövsiyə və tapşırıqlar üzrə işlər artıq yekunlaşmaq üzrədir. Çünki cəmiyyət YAP-ın bütün fəaliyyətini yaxından izləyir və burada həyata keçirilən hər bir müsbət dəyişiklik birbaşa vətəndşaların iradəsi əsasında formalaşdırılır. Bu amil cəmiyyətin həyatında böyük sıçrayışın olması ilə də sezilir. Cəmiyyətdə nə baş verirsə, hansı dəyişikliklər varsa, onun hər birində YAP üzvləri iştirak edir. Bu gün, ümumilikdə, YAP-ın 650 mindən çox üzvü var və bunların hər biri müxtəlif sahələrdə çalışırlar. Bundan əlpavə YAP ətrafında yüksək intellektə malik insanlar cəmləşiblər. Ümumilikdə isə, cəmiyyətin bütün zümrələrini əhatə edən insanlar YAP-da təmsil olurlar. Onu da əlavə edək ki, YAP Sabunçu rayon təşkilatı da Yeni Azərbaycan Partiyasının yerli strukturları arasında özünəməxsusluğu ilə seçilməkdədir.
- Artıq seçki ilə bağlı bir çox işlər görülüb, zəruri addımlar atılıb. Ümumilikdə isə, bu prosesin həyata keçirilməsi hansı səviyyədədir?
- YAP-ın yerli təşkilatı olaraq işimizin əsas hissəsini əvvəlki seçkilərin təhlilinə, eyni zamanda, qarşıdakı seçkilərə hazırlığa yönəltmişik. Eyni zamanda, xüsusi olaraq bir məsələni də, vurğulamaq lazımdır ki, YAP-ın artıq seçki texnologiyası formalaşıb. Bu texnologiya seçkidən-seçkiyə daha da mükəmməlləşir və yeni prinsiplər burada daha geniş anlamda öz təsbitini tapır. Onu da əlavə edək ki, YAP-ın seçki texnologiyası seçki qanunvericiliyinə uyğun olaraq, demokratik prinsiplərə əsaslanır. Seçki texnologiyası mərhələlərdən ibarət olduğu üçün YAP tərəfindən həyata keçirilən işlər, atılan zəruri addımlarda bu prinsiplər daha aydın şəkildə özünü göstərməkdədir. YAP Mərkəzi Aparatından aldığımız tövsiyələrə, seçki ilə bağlı iş planlarına uyğun olaraq işlərimizi rayon təşkilatında qururuq. Bu baxımdan da, ilk prinsip kimi rayon ərazisində yaşayan YAP üzvlərinin say tərkibi bir daha dəqiqləşdirilir. İkinci bir əsas məsələ isə daima seçicilərlə sıx münasibətin saxlanılması və onlarla işləməkdən ibarədir. Məhz bu prinsiplər əsasında vətəndaşların mövqeyi istək və arzularını asanlıqla müəyyənləşdirmək və zəruri qərarlar çıxarmaq mümkün olur.
- Bu gün Yeni Azərbaycan Partiyasının gənclər siyasətinin əsasını hansı prinsiplər təşkil edir?
- İstər seçki prosesində, isətrsə də digər zəruri məsələlərdə gənclərlə və qadınlarla əməkdaşlıq müqabilində zəruri işləri həyata keçirmək görülən işlərin tərkib hissəsidir. Bu baxımdan da, YAP ətrafında cəm olmuş gənclər öz fəaliyyətlərini düzgün istiqamətdə qura biliblər. Güclü enerjiyə və böyük potensiala malik olan Azərbaycan gəncliyi öz seçimini düzgün istiqamətdə qurmağı bacarıb. Bu baxımdan da, ölkəmizin istənilən sahəsində gənclərin rolunu görmək və onların reallaşdırdığı bir sıra məsələləri müşahidə etmək mümkündür.
- Bu gün müxalifət düşərgəsində yaradılan "blok"lar və "birlik"lər onların seçkidə uğur qazanmaq şanslarını daha da heçə endirir. Siz necə düşünürsünüz, müxalifətin birlik yaratması və seçkidə normal şəkildə iştirakı mümkündürmü?
- Bir faktı unutmaq olmaz ki, bu gün Azərbaycan cəmiyyəti öz inkişafının ən yüksək səviyyəsindədir. Çünki dövlətin həyata keçirdiyi siyasətin nəticəsində hər bir sahədə əldə edilən uğurlar, qazanılan nailiyyətlər birmənalı şəkildə cəmiyyətin inkişafına təsir edir. Amma cəmiyyətimiz inkişaf etdikcə bir sıra yararsız ünsürlər və qövmlərin də aşkara çıxması mümkün olur. Bu mənada, özlərini hər şeydən təcrid etmiş radikal müxalifət partiyalarının fəaliyyətini, onların tutmuş olduqları yanlış yolu nümünə göstərmək kifayətdir. Qeyd etməliyik ki, müxalifət partyaları yalnız seçki ərəfəsində, gündəmə gəlmək üçün, reallığa uyğun olmayan, cəmiyyətin ironiya ilə qarşıladığı müəyyən ideyanı ortaya atırlar. İndiyə qədər müxtəlif seçkilər keçirilib və müxalifət heç vaxt birləşə bilməyib. Çünki onları birləşdirən vahid amal yoxdur. Bunlar ancaq şəxsi ambisiyalarına çatmaq üçün birləşmək istəyirlər ki, bu da mümkün deyil. Bu gün adları müxalifət qoymuş qüvvələr, demək olar ki, buna məcburdurlar. Çünki ssenaridən kənara çıxmağa onların haqqı çatmır. Müxalifətin digər bir başlıca problemi isə sosial bazanın yoxluğu ilə əlaqəlidir.
sia.az
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib