PDF Oxu

Müsahibə

  • 2 502

Azərbaycan gəncləri parlament seçkilərinə böyük inamla gedir

image

Azərbaycanda keçiriləcək parlament seçkilərinə az müddət qalıb. Təbliğa-təşviqat dövrü bitmək üzrədir. Ölkə əhalisinin böyük bir hissəsini təşkil edən gənclərin seçki prosesində nə dərəcədə iştirakı maraq doğurur. Bununla bağlı gənc paytaxt sakinlərimizə "Seçkilərdə iştirak edəcəksinizmi?", "Kimə səs verəcəyinizi müəyyənləşdirmisinizmi?" sualları ilə müraciət edərək onların fikirlərini öyrənməyə çalışdıq.

"Seçimimiz Ulu Öndərin qurucusu olduğu YAP-ın namizədləridir"

YAP Gənclər Birliyinin sədr müavini, ofis rəhbəri Əli Pənahov:

-Seçki təbliğatı başa çatmaqdadır. Enerji dolu təbliğat dövrünün şahidi oluruq. Hər seçkidən-seçkiyə insanların öz namizədlərilə görüşmək üçün daha çox can atdıqlarının şahidi oluruq. Çox sevindirici haldır ki, gənclərimiz seçkilərdə öz çılğınlıqlarilə seçilir və dəstəklədikləri namizədlərlə daha yaxından ünsiyyət qurmaqda, onlara suallarını verməkdə canfəşanlıq göstərirlər. Əhali arasında yüksək seçki əhval-ruhiyyəsi müşahidə olunur. İnsanlar dəstəklədikləri namizədin parlamentdə təmsil olunmasında maraqlıdırlar. Biz YAP Gənclər Birliyi olaraq seçkilərdə birbaşa olaraq partiyamızın namizədlərinin yüksək səviyyədə təbliğat-təşviqatı üçün əlimizdən gələni edirik. Böyük maraqla qarşılanan bir çox təbliğat modellərimiz mövcuddur. Ən əsasisə təbliğatımızı sosial şəbəkələr üzərindən qururuq. Çünki müasir dünyada ən təsirli təbliğat vasitəsi məhz budur. Bundan əlavə gənclərimiz namizədlərimizin dairələr üzrə keçirdikləri görüşlərdə də aktiv şəkildə iştirak edirlər.

YAP Gənclər Birliyinin təşkilati işlər üzrə koordinatoru Elmar Məmmədov:

YAP Gənclər Birliyi partiyamızın namizədlərinin təbliğat-təşviqat işini istər sosial şəbəkələr üzərindən, istərsə də onların seçicilərilə birbaşa görüşləri zamanı yüksək səviyyədə təşkil edirlər. Sosial şəbəkələr üzərindən təşkil olunan virtual səsvermə kampaniyalarında gənclərimizin aktivliyinin nəticəsidir ki, partiyamızın namizədləri ön sırada dayanırlar. Biz YAP Gənclər Birliyi olaraq seçkilərdə fəal iştirakla bağlı 6 maarifləndirici videoçarx hazırlamışıq. Təbliğat-təşviqat dövrünün sonuna qədər biz gənclər olaraq partiyamızın ətrafında sıx birləşərək öz fəaliyyətimizi daha uğurla davam etdirəcəyik. Hər bir vətəndaşımızı ölkəmizin daha da inkişafı naminə YAP namizədlərinə səs verməyə çağırıram.

YAP Gənclər Birliyinin layihələr üzrə koordinatoru Fərid Nəsibov:

-Bildiyiniz kimi, seçkiyə artıq çox qısa müddət qalıb. YAP Gənclər Birliyi olaraq hər seçkidə olduğu kimi, budəfəki parlament seçkiləri öncəsi də kreativ layihələrimizlə seçilirik. Biz daha çox videoçarxların hazırlanmasına üstünlük verdik. Burada biz partiyamızın şüarı olan "Yeni hədəflərə doğru" devizi altında flaşmobların keçirilməsinə diqqət ayırdıq. Gənclərimizin yüksək səviyyədə aktiv iştirakı, xüsusilə sevindirici haldır. Partiyamızın namizədlərinin özlərinin də bu işdə bizlərə dəstəyi sonda qələbə qazanacağımıza əminliyimizi artırır. Uğurlu layihələrimizlə bundan sonra da seçiləcəyik.

YAP Gənclər Birliyinin regionlarla iş üzrə koordinatoru Əli Qənbərli:

- Ölkəmizin hakim partiyasınınn Gənclər Birliyi olaraq biz istər seçki öncəsi, istərsə də digər vaxtlarda cəmiyyətin müxtəlif sahələrinə aid olan layihələrimizlə Azərbaycan regionlarının ümumi inkişafına töhfə vermişik. Partiyamızın region təşkilatlarının nümayəndələri bu prosesdə yaxından iştirak edir. Region gənclərinin seçkilərlə bağlı təşkilatlanma prosesi yüksək səviyyədədir. Ayrı-ayrı namizədlərimizin təbliğatilə məşğul olan rayon gənclər birliyi nümayəndəliklərimiz bu işi istər fleyerlər, bukletlər paylamaqla, istərsə də seçki qərargahlarına təhkim olunmaqla həyata keçirirlər. Region gəncləri seçki prosesində aktiv şəkildə cəlb olunublar.

YAP Gənclər Birliyi ofisinin koordinatoru Aytən Hüseynova:

-Seçkilərə az müddət qalıb. YAP Gənclər Birliyi olaraq partiyamızın namizədlərinin təbliğat-təşviqatını yüksək səviyyədə davam etdiririk. Hazırladığımız maarifləndirici xarakter daşıyan videoçarxlar, gənclərimizin sosial şəbəkələr üzərindən aktivliyi və bu kimi digər uğurlu təbliğat vasitələrimizlə digər rəqiblərimizi üstələyirik. Azərbaycanda seçki öncəsi şəffaf və ədalətli seçkilər üçün bütün əlverişli şərait yaradılıb və hər bir vətəndaş dəstəklədiyi namizədə rahat bir şəkildə səs verə bilər.

Bakı şəhər sakini Nigar Qasım:

- Azərbaycan gənci xalqının gələcəyini düşünərək seçkilərdə aktiv iştirak etməlidir. Mən də bu seçkidə iştirak edəcəm və seçicisi olduğum dairədən təbliğat-təşviqatını yüksək səviyyədə reallaşdıran YAP-ın namizədinə səs verəcəm.

Cəfər Məmmədov:

-Parlament seçkilərində iştirak edərək bu günə qədər ölkəmizin inkişafında müstəsna rolu olan hakim partiyanın namizədinə səs verəcəm.

Şərif Səmədov:

- Seçkidə iştirak edəcəm və qeydiyyatda olduğum dairə üzrə insanlar arasında böyük inam qazanmış YAP namizədini dəstəkləyəcəm.

Nahid Abdullayev:

- Mən seçkidə iştirak edərək ölkəmizin bir çox nailiyyətlər qazanmasına öz töhfəsini verən YAP namizədinə səs verəcəm.

Lalə Ağayeva:

- Bu dəfə də seçkidə iştirak edəcəm. Ölkəmizin uğurlu inkişafı naminə hakim partiya namizədinə səs verəcəm.

Həsən Hüseynzadə:

- Hüquqi-demokratik ölkənin vətəndaşı kimi mənə verilən seçki hüququmdan istifadə edəcəm. Səsimi isə müstəqilliyimizin daha da güclənməsi və tərəqqimizin davamı naminə YAP-ın namizədinə verməyi düşünürəm.

Tofiq Rəfailoğlu

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib