PDF Oxu

Müsahibə

  • 2 103

Radikal dini qrupların dağıdıcı müxalifətlə əlaqələri aşkarlandı

image

Elşən Musayev: "Şeytanın, şarlatanın dublikatının vicdandan, ədalətdən danışması həqiqətən heyrətamizdir!"

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir

- Elşən müəllim, radikal dini qruplaşmaların siyasi partiyalarla əlaqələri üzə çıxıb. Xüsusilə də, Müsavat və AXCP-dən olan funksionerlərin radikal dini quruplaşmalara dəstək verdiyi müşahidə edilir. Demək olarmı ki, bunların arxasında hansısa xarici amillər durur?

- Təbii ki, radikal dini qruplaşmaların zaman-zaman Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi partiyalarla əlaqələri olub və deməliyəm ki, bunu hər hansı bir tərəf heç vaxt inkar da etməyib. Sadəcə, məsələ indi bir az qəlizdi. Yəni mövzunun axarı dəyişib. O mənada qəlizdir ki, həmin dini qruplaşmalar artıq ortalığa konkret ekstremist ruh, "TalibanÜ xislətinə yaxın bir mövqe qoyublar, açıq şəkildə məkrli plan, sifariş icra edirlər, öz addımlarını iyrənc bir məcraya qədər irəlilədiblər. Yaxşı da pulları-paraları var və belə olan halda həmin ekstremistlərin Azərbaycanın uğursuz müxalifətinə ehtiyacının olub-olmamasını müəyyən etmək, həqiqətən bir az çətin məsələdir. Digər tərəfdə isə Əli Kərimli kimi riyakarlar dayanıb. O riyakarlar ki, mövcud hakimiyyətlə haqq-hesab çəkmək üçün şeytanla belə ittifaqa girməyə hazırdırlar. Necə ki, elə giriblər də. Lütfən, özünü AXCP sədri adlandıran adamın son "facebook" statuslarına baxın. Hamısı Tale Bağırzadə, din haqdadır. Maraqlıdır, deyilmi? Dinsiz-imansız birinin, hakimiyyətə gəlmək üçün bütün əyrilikləri, tərbiyəsizliyi, vicdansızlığı göz altına almağı bacaran insanın din və islam haqda danışması gerçəkdən maraqlıdır! Şeytanın, şarlatanın dublikatının vicdandan, ədalətdən danışması həqiqətən heyrətamizdir! Bir vaxtlar xarici səfirliklərin, konsulluqların qapısında, dalanında lövbər salmışdı, sülənirdi. İndi də keçib din pərdəsi altına. Artıstlik edir. Eynən Tale Bagırzadə kimi. Sadəcə, bunlar o küt ağıllarına yeridə bilmirlər ki, Azərbaycan dövləti yerindədir və bu cür bəsit üsul və addımlarla həmin dövləti, dövlətçiliyi sarsıtmaq qeyri-mümkündür.

- Sizcə, radikal dini quruplaşmalarla AXCP və Müsavatı birləşdirən maraqlar nədən ibarətdir?

- Siyasət və bir də xaricdən gələn pulları yemək. Vəssalam! Hamı da bilir ki, həmin pullar hansı istiqamətdən üzübəri yön alır. Dinə isə bu adamların, ümumiyyətlə dəxli yoxdur. Nə həmin dini qruplaşma adlandırdığınızın, nə də lideri Elçibəyi satan Kərimli kimi allahsızların. Sadəcə, yem tapıblar, bölüşdürürlər. Kərimlinin də, deyəsən kasıb vaxtına düşüb, ona görə mövzunun şitini, şorunu, şorabasını tamamən çıxarıb.

- İranda azərbaycanlılar kütləvi etiraz aksiyaları keçirilər. "Milli birlik"dən, "bütöv azərbaycançılıq"dan danışan Azərbaycandakı müxalif qüvvələr isə susurlar. Səbəb İran hakim zümrəni özlərindən narazı salmamaq niyyəti ola bilərmi?

- Bax, əsl məsələ budur. Hardadır Tale Bağırzadə, hardadır Əli Kərimli, ya da digər radikalistlər? Niyə münasibət bildirmirlər? Çünki belə etsələr "sahib"lərinin, "day-day"larının xoşuna gəlməz, pulları kəsilər, şapalaq, sillə yeyərlər. Əlqərəz, riyakardır bunlar! "Bütöv Azərbaycan", "milli birlik" anlayışının mahiyyətini də ömrü boyu anlamayacaq biriləridir. Lap anlasalar da, söz deməyə təpərləri, cəsarətləri çatmaz. Onlar ancaq blef, artistlik, ara qarışdırma işinə baxırlar. Funksiyaları və təyinatları budur.

- İranın fars-molla rejiminin azərbaycanlılardan qisas məqsədi ilə Əli Kərimliyə, Arif Hacılıya və İsa Qəmbərə dini radikallarla iş birliyini dərinləşdirmək göstərişini verə bilərmi?

- Azərbaycan müxalifətində elə simasız adamlar var ki, onlar elə bir iyrənc xarakterə və xislətə sahiblərdir ki, nəinki dini qruplaşmalarla, dövlətlərlə, ümumən qarşılarına çıxanla, hər yetənlə ittifaqa girərlər. Üstəlik, heç bir tərəddüd hissi keçirmədən. Konkret olaraq, Arif Hacılı və İsa Qəmbər haqda nəsə deyə bilmərəm. Amma Əli Kərimli bu məsələdə özünü maraqlı tərəf kimi aparır. Güman ki, hədsiz canfəşanlığının da səbəbi verilən, ötürülən pullar, təlimatlar və konkret tapşırıqlardır.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib