PDF Oxu

Müsahibə

  • 2 225

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çətinləşəcək

image

Arzu Nağıyev: "Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə ziyan vurdu"

Müsahibimiz politoloq Arzu Nağıyevdir

- Rusiyalı politoloq Sergey Markov iddia edir ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Rusiya Türkiyəyə yaxın dost ölkə olan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağa qoşun yeridə bilər, doğurdanmı belə bir təhlükə mövcuddur?

- Düşünürəm ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə ziyan vurdu. Belə ki, hazırda regional güclər arasında geosiyasi savaşın pik səviyyədə olduğu şəraitdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çətinləşəcək. Məlumdur ki, Türkiyə Azərbaycanı beynəlxalq arenalarda daima dəstəkləyir, Rusiya isə Ermənistanı öz tərəfdaşı hesab etməklə bundan Türkiyəyə qarşı istifadə edir. Rusiya, öz növbəsində Ermənistan -Türkiyə sərhədində silahlı qoşunların və texnikanın sayını artırır, 102 saylı Rusiya bazasına NATO-Rusiya sərhədini daha da bərkitmək adı altında yeni silah və sursat, eyni zamanda canlı qüvvə yığır. Bu isə ermənilərin xeyrinədir. Məhz belə bir vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli geosiyasi vəziyyətdən asılı olaraq çətinləşəcək. Dağlıq Qarabağın ərazisində qanunsuz olaraq rus hərbçiləri çoxdan var. Ola bilsin ki, gələcəkdə bunu leqallaşdırmaq üçün müəyyən addım atılsın.

- Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində bir qədər əvvəl göstərdiyi fəallığı bu gün nümayiş etdirmir. Bunun səbəbini Ermənistan prezidenti Serj Sarkisyan rejiminin Putinə hər hansı bir tələbinin və istəyinin rol oynadığını demək olarmı?

- Rusiya, əvvəllər olduğu kimi, bu gün də Dağlıq Qarabağ münaqişəsinin həllində faəllıq göstərməyəcək. Çünki Rusiyanın bir fikri var. Bu da regionda söz sahibi olduğunu göstərməyə çalışmasıdır. Bu yolla Ermənistan münqaişənin həllində status-kvonu saxlamağa çalışır, atəşkəsi pozmaqda və beynəlxalq normalara riayət etməməkdə davam edir. Eyni zamanda, ABŞ-ın təşəbbüsü əlinə almağa çalışması Rusiyanı qıcıqlandırır. Belə bir şəraitdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin baş tutacağı, əvvəlcədən də olduğu kimi sual altındadır. Hətta baş tutsa belə, hazırkı şəraitdə nəzərdə tutulan görüş münaqişənin həlli üçün əhəmiyyətli rol oynamayacaqdır. Məhz Rusiya bu görüşün ABŞ tərəfindən təşkil ediləcəyinə qısqanclıqla yanaşır və bu görüşün baş tutmamasına çalışır. Rusiya bundan əvvəl də münaqişənin həlli istiqamətində müsbət addımlar atmırdı.

- Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski Rusiyanın "Ekspert" jurnalına verdiyi açıqlamasında erməniləri təxribatda günahlandırıb və onları Rusiyanı tərk etməyə çağırıb. Jirinovskinin ermənilərə nifrətinin kökündə hansı amil dayanır?

- Bu görüntü yaratmaqdır. Vladimir Jirinovski Rusiya hakimiyyətinin demək istədiyini, lakin bu və digər səbəblərə görə deyə bilmədiyini çatdıran şəxsdir. Jirinovski üçün bu gün Azərbaycan, sabah Ermənistan haqqında hər hansı aşıqlama vermək problem deyil. Bununla yanaşı, son hadisələrlə bağlı o, "Böyük Ermənistan" söhbətini də yayır. Bu bəyanatlar əsasən ara qarşıdırmaq, diqqəti əsas məsələdən yayındırmaq üçün atılan təxribat xarakterli addımlardır. Düşünürəm ki,onun hər çıxışını ciddi qəbul etmək lazım deyil. Digər tərəfdən məsələyə yanaşsaq, onu da deyə bilərik ki, o, bu sözləri özbaşına demir.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib