PDF Oxu

Müsahibə

  • 1 901

Əsas məsələ "Madrid" pinsipləri çərçivəsində münaqişənin həllidir" Arzu Nağıyev: "Minsk Qrupu da deklorativ bəyanatlardan başqa heç bir addım atmır"

image

Müsahibimiz politoloq Arzu Nağıyevdir

- Arzu müəllim, Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsir olunan müşavirədə Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın status-kvonun saxlanmağa cəhd etdiyini və beynəlxalq təşkilatların da buna göz yumduğunu bəyan etdi. Sizcə, beynəlxalq təşkilatların ikili yanaşması nə vaxta qədər davam edə bilər?

- Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məhz ATƏT-in Minsk Qrupuna həvalə edilib. Təəssüf ki, Minsk Qrupu da deklorativ bəyanatlardan başqa heç bir addım atmır. Burada əsas məsələ "Madrid prinsipləri" çərçivəsində münaqişənin həllidir. Burada isə ərazi bütövlüyü əsas şərt kimi qəbul edilməlidir. Ermənistan rəhbərliyi də bunu qəbul etmir və hətta Dağlıq Qarabağın öz ərazisi olduğu iddiası ilə qondarma və təxribat xarakterli bəyanatlar yayır. Bunun da əsas səbəbi status-kvonu saxlamaq, vaxtı uzatmaq, havadarlarının verəcəkləri bəyanatları gözləməkdir. Beynəlxalq təşkilatlar da ATƏT-in Minsk Qrupunda təmsil olunan Rusiya və Fransa da birbaşa erməniləri dəstəkləyir. Buna görə də münaqişənin həlli uzanır...

- Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə müəyyən problemlər yaratdığını demək olarmı?

- Təbii ki, Rusiya-Türkiyə gərginliyi münaqişənin həllinə ciddi təsir edən amillərdən biridir. Bundan istifadə edən ermənilər KTMT-nin üzvü olmalarını ortaya qoyurlar. Eyni zamanda, NATO və Rusiya sərhədinin məhz Ermənistan ərazisindən keçməsini bəhanə edərək "102 saylı briqada" İrabuni aerodromundakı Rusiyaya məxsus hərbi kontingentin və texnikanın artmasını istəyir və belə təkliflərlə çıxışlar edirlər və təəssüf ki, buna nail olurlar. Bu isə regionda bir daha gərginliyin artmasına gətirib çıxarır və münaqişəsinin həllinə müəyyən problemlər yaradır.

- Necə düşünürsünüz, Sarkisyan rejiminin çökməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə hansısa bir yeni imkanlar yarada bilərmi?

- Sarkisyan rejiminin çökməsi özünü konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı keçirilən referendumda da özünü büruzə verdi və əsas məsələ törədilən cinayətlərdə cavabdehliyin azalması,iqtisadi tənəzzülün bir hissəsindən qaçmaq və s. kimi yadda qaldı. Məlumdur ki, Sarkisyan və onu komandası səhra komandirlərindən təşkil edilən cinayətkar dəstədir və Dağlıq Qarabağ münaqişəsi üzərindən hakimiyyətə yiyələnibdir. Məhz buna görə də onlar maksimal dərəcədə hakimiyyətdə qalmağa çalışacaqlar və təbii ki, buna onların havadarları da imkan yaradır. Bu gün artıq Ermənistanla bərabər Dağlıq Qarabağın erməni icması da Sarkisyan rejimindən narazıdır. Bu baxımdan münaqişənin həllində müəyyən imkanlar yarana bilər.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib