PDF Oxu

Müsahibə

  • 2 035

"Yol xəritəsi" yarı yolda qalacaq

image

Tahir Kərimli: "Xarici qüvvələrin müxalifətə olan maraqları tamamilə azalıb"

Müsahibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir

- Tahir bəy, "Milli Şura"nın və Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi qurumun, həmçinin "Strateji - Düşüncə Mərkəzi"nin son vaxtlar müxtəlif antiböhran adı altında koalisiyalar yaratmaları müxalifətin düşdüyü acınacaqlı vəziyyətdən çıxmaq üçün atdığı uğursuz addımlardan hesab etmək olarmı?

- Sosial bazalarını itirmiş partiya liderləri cəhd edirlər ki, nə isə bir məsələ ilə gündəmə gəlsinlər. Əgər onlar bu dərəcədə aktiv və güclüdürlərsə, onda nə üçün sağlam ideya ilə cıxış etmirlər. Demək olar ki, xalq bu kimi qüvvələrin varlıqlarını unudub. Bu qüvvələr yalnız mətbuat vasitəsi ilə varlıqlarını nümayiş etdirirlər. Əgər böhranda olan qüvvə varsa, o da müxalifətin özüdür. Müxalifət böhrandan çıxmaq üçün boş və mənasız ideyalar irəli sürməkdənsə, aralarında olan konfiliktləri aradan qaldırmağa cəhd göstərsinlər.

- İsa Qəmbər "Yol xəritəsi" adlı bir ideya ilə çıxış edib. Bunu layihə olaraq müxalifət düşərgəsinə sırımağa çalışır. Sizcə, İsa Qəmbər bu layihə ilə müxalifət daxilində özünə dəstək qazana biləcəkmi?

- "Yol xəritəsi" müxalifətin yeni yarandığı zamanda belə baş tutmamışdı. Prezident seçkiləri zamanı Müsavatın başqanı İsa Qəmbər idi. Müsavat partiyası da "Milli Şura"da təmsil olunurdu. Yəni onların hamısı bir yerdə Rüstəm İbrahimbəyovun başçılığı ilə "Yol xəritəsi" cızmışdılar. Lakin sonda onlar nə isə edə bilmədilər. İndiki halda daha da zəifləmiş və parçalanmış bir vəziyyətdə olan müxalifət təmsilçiləri hansısa bir gündəmi dəyişmək və müxalifətə yeni bir nəfəs vermək şansları yoxdur.

- Əli Kərimlinin, İsa Qəmbərin və eləcə də Arif Hacılının ardıcıl olaraq ideya və təkliflərlə çıxış etməsinin arxasında hansısa yerli və xarici maraqlı qüvvələrin təsirinin dayandığını demək olarmı?

- Artıq xarici qüvvələrin müxalifətə olan maraqları tamamilə azalıb. Nəyə görə? Çünki müxalifət partiyaları hədsiz dərəcədə zəifləyib. Müxalifət partiyaları hər hansı bir gücə malik deyil. Əvvələr müxalifət təmsilçiləri xarici qüvvələrə tez-tez görüşürdülərsə də, indi ara-sıra müəyyən təmasları olur. Xarici qüvvələr siyasiləmiş QHT-lər vasitəsi ilə müxalifətə mesajlar verir ki, "güclənin, biz də görək sizə nə yardım edə bilərik…" Bəzi xarici qüvvələr inkişaf etmiş Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq istəyir. Amma bu istək heç vaxt real olmur. Çünki bu gün müxalifətin hər hansı bir tərəfdarı yoxdur ki, onların arxasınca gedərək müxalifəti dəstəkləsin.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib