Musa Qasımlı: "Həmsədrlər öz fəaliyyətləri ilə ölkələrini gözdən salırlar"
Professor, millət vəkili Musa Qasımlının SİA-ya müsahibəsi:
- Musa müəllim, nəyə görə həmsədrlər Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmağa məcbur etmirlər?
- Həmsədlərin fəaliyyəti sırf erməni təəssübkeşliyi üzərində qurulub. Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaradılıb. Deməli bu münaqişədə təcavüzkar və təcavüzə məruz qalan aydın görünür. Ermənistan təcavüzkardır, Azərbaycan isə təcavüzə məruz qalan. Əgər ATƏT-in Minsk qrupu həmsədrləri özlərinin imzaladıqları beynəlxalq qanunlara riayət edirlərsə, deməli təcavüzkarı məcbur etməlidirlər ki, işğal etdiyi əraziləri boşaltsın.
- Həmsədr ölkələr dünya siyasətində nüfuzlarından və güclərindən istifadə etməklə, təcavüzkardan, işğal etdiyi torpaqları boşaltmağa məcbur edə bilərlər. Bu addımı atmağa onlara nə mane olur?
- Həmsədr ölkələr Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmağı tələb etmirlərsə, deməli səbəb var. Səbəblər isə aydındır. İşğalı unutdurmaq Ermənistanı deyil, Azərbaycanı "oldu-bitdi" ilə barışdırmaq istəyirlər. Hesab edirəm ki, həmsədrlər öz fəaliyyətləri ilə ölkələrini gözdən salırlar, beynəlxalq hüququ ayaq altına atırlar. Təcavüzkarı şirnikləndirmək, həvəsləndirmək olmaz.
- Niyə görə, ATƏT-in Minsk qrupu həmsədrləri arasında daha çox Amerikalı həmsədrin fəallığı müşahidə edilir. Amma boş və mənasız bəyanatlarla səbəb nədir?
- ATƏT-in Minsk qrupunun təşkilat tərəfindən verilmiş konkret mandatı var. Təəssüf ki, həmdsədrlər həmin mandata riayət etmirlər. Texniki məsələlərlə-atəşkəsin pozulması və digər xırda məsələlərlə məşğul olurlar. Onların mandatının ana xətti Ermənistanın təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsini nizamlamaqdır. Həmsədrlərin fəaliyyəti əslində yaranmış münaqişənin həllinə deyil, dondurulmasına və uzadılmasına yönəldilib. Bu da ikili standartların, erməni təəssübkeşliyinin və digər təəssübkeşliklərin göstəricisidir.
sia.az
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib