PDF Oxu

Müsahibə

  • 2 161

Əli Kərimli susur, Nemət Pənahlı isə söyməkdə davam edir

image

Mütəllim Rəhimli: "Əli Kərimlinin rəhbərlik etdiyi AXCP Əbülfəz Elçibəyin qoyduğu ideyalardan və apardığı mübarizədən kifayət qədər yayınıb"

"Nemət Pənahlı ilə Əli Kərimlinin qonşu olmaları eyni fikiri və ideyanı bölüşmələri demək deyil"

Müsahibimiz Ədalət partiyasının aparat rəhbəri Mütəllim Rəhimlidir

- Mütəllim bəy, N.Pənahlı açıq şəkildə AXCP-nin mərhum lideri Ə.Elçibəyi tənqid və təhqir edir. Amma özlərini Elçibəyçi kimi təqdim etməyə çalışan Ə.Kərimli, onun ətrafında olanlar və digərləri susqunluq nümayiş etdirilər. Bu, təəccüb doğuran məqam deyilmi?

- Uzun müddət müəyyən ideyalar uğurunda mübarizə aparmış insanların bir-birini təhqir etməsi heç də başadüşlən deyil. Həm Ə.Elçibəy, həm də N.Pənahlı Azərbaycanda milli oyanış hərəkatınının önündə olan insanlar olublar. İndi isə N.Pənahlının Ə.Elçibəy haqqında təhqiredici fikirlərə yol verməsi bu hərəkatda iştirak edən insanlar tərəfindən pis qarşılanır. Ümumiyyətlə, eks prezident olan Ə.Elçibəy haqqında bu cür fikirlərin səsləndirilməsi düzgün deyil. Yəni eks-prezidentin kim olmasından asılı olmayaraq, ona qarşı hörmət göstərilməlidir. Digər tərəfdən isə, artıq Ə.Elçibəy rəhmətə gedib və rəhmətə gedən şəxs haqqında da etika çərçivəsində danışılmalıdır. Ə.Elçibəyin partiyasının varisi hesab olunan AXCP-nin onu müdafiə etməməsi düzgün deyil. Ümumiyyətlə, hər bir təhqir özünün layiqli cavabını almalıdır.

- N.Pənahlı ilə Ə.Kərimli eyni binada, blokda yaşayırlar. Yəni qonşudurlar. Demək olarmı ki, Ə.Kərimlinin susmasının əsas səbəbi qonşuluq prinsiplərindən çəkinməsi ilə bağlıdır?

- Əslində, bu prinsip sayılmamalıdır. Yəni siyasi proseslərdə qonşuluq və qohumluq prinsipləri əsas deyil. Burada əsas ideyalar və məqsədlərdir. Məsələyə bu aspekdən qiymət verilməlidir. Digər tərəfdən isə N.Pənahlı ilə Ə.Kərimlinin qonşu olmaları eyni fikiri və ideyanı bölüşmələri demək deyil. Sadəcə olaraq, bu onu göstərir ki, Ə.Kərimlinin rəhbərlik etdiyi AXCP Ə.Elçibəyin qoyduğu ideyalardan və apardığı mübarizədən kifayət qədər yayınıb. Ona görə də, Ə.Kərimli Ə.Elçibəyi müdafiə etmək istəmir.

- Ümumiyyətlə, cəbhəçilərin böyük əksəriyyəti istər indiki, istərsə də keçmiş cəbhəçilər hər zaman Elçibəydən bir təbliğat vasitəsi kimi istifadə ediblər. Sizcə, bu kimi fikirləri boğazdan yuxarı təbliğat vasitəsi adlandırmaq olarmı?

- Ümumiyyətlə, AXCP adı altında fəaliyyət göstərən siyasi qurumlar ictimai rəyi ələ almaq və yönləntmək üçün istifadə edirlər. Onlar da bilirlər ki, cəmiyyətdə Əbülfəz Elçibəyə simpatiyası olan şəxslər var. Yəni onun mənəvi təmizliyinə və əxlaqı görüşlərinə hörmətlə yanaşanlar var. Amma məsələ bundadır ki, bundan uzun müddət istifadə etməklə Ə.Elçibəyin bu ideylarına sadiq olduqlarını nümayiş etdirmək mümkün deyil. Onlar nə qədər bu barədə danışsalar belə, zaman-zaman onun qoyduğu bu prinsipləri pozublar. Təbliğatla ona yiyələnmək istəyənlər, praktik olaraq, bunun əksini edirlər. Bu nüans cəmiyyətdə kifayət qədər nəzərə alınır. Getdikcə siyasi qüvvələr arasında kimin kim olduğu məsələsi aydınlaşmaqdadır.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib