PDF Oxu

Müsahibə

  • 2 070

"O zaman Əli Kərimli çox mülayim və sakit idi, özünü quzu kimi sakit aparırdı"

image

Tahir Kərimli: "Arif Hacılı ilə Əli Kərimli bir-birlərini o qədər alçaldıblar ki, bundan sonra onların hər hansı birliyi alına bilməz"

Müsahibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir

- Tahir bəy, son vaxtlar AXCP-Müsavat yaxınlaşmasına səylər göstərilir. Hətta Əli Kərimli ilə Arif Hacılının yaxın günlərdə görüşəcəyi bildirilir. Sizcə, rəqiblərin bir araya gəlməsi mümkündürmü?

- Müsavat və AXCP hədsiz dərəcədə zəiflədiklərinin fərqindədirlər. Yəni sosial bazalarını itiriblər, cəmiyyətə mesaj verə bilmirlər, yalnız sosial şəbəklərdə fəallıqları qalıb. Bir sözlə, düşdükləri zəif durumdan çıxmaqdan ötrü bu cür görüşlərin olmasını istəyirlər. Ancaq məsələ burasındadır ki, A.Hacılı ilə Ə.Kərimli bir-birlərini o qədər alçaldıblar ki, bundan sonra onların hər hansı birliyi alına bilməz. Deyək ki, AXCP ilə Müsavat birləşdilər, ancaq özlərinin bir-birlərinə düşmən olan şəxslərin birləşməyi onların özlərinə və cəmiyyətə nə verəcək? Yəni bu şəxslər kimi aldadırlar? Özlərini aldadırlar, cəmiyyəti aldadırlar, yoxsa partiyalarını aldadırlar? Bir sözlə, onların yaxınlaşmaları fayda verməyəcək. Onlar iqtidara o qədər düşmən münasibətdə olmasalar da bir-birlərinə qarşı düşmən münasibətdədirlər. Ona görə də, bu cür görüşlərin olması faydasızdır.

- Ə.Kərimli iddia edir ki, yeganə müxalifət partiyası AXCP-dir və lideri də Ə.Kərimlidir. Sizcə, Ə.Kərimli müxalifətçilik kriteriyalarını hansı mülahizələr əsasında müəyyənləşdirir?

- Vaxtilə hamının gözünün qabağındadır ki, Ə.Kərimli ümumi müxalifətçilik prinsiplərinə zidd olaraq gəlib 10 il parlamentdə oturdu. O zaman Ə.Kərimli çox mülayim və sakit idi, özünü quzu kimi aparırdı. Ona görə də, hazırkı məqamda onların müxalifətçilikdən danışmaqları yalnız gülüş doğurur. Amma onların bu cür müxalifətçilik etmələri faydasız bir şeydir. Yəni dəxli yoxdur ki, onun lideri kim və kimdən sifariş alır. Demək olar ki, artıq cəmiyyətdə müxalifətçilik hərəkatı hiss olunmur.

- Son vaxtlar müxalifətin fəaliyyətinə xarici qüvvələr tənqidi mövqe nümayiş etdirirlər. Sizcə, müxalifətin gözdən düşməsinin səbəbi nədir?

- Çünki xarici qüvvələr müxalifətdən çox şey gözləyirdilər. Məsələn, cəmiyyətdə müxalifətin təsiri olsun. Ancaq müxalifət özlərinin daxili problemlərinə, qeyri-səmimiliklərinə, birləşə bilməmələrinə, bir-birlərini ittiham etmələrinə görə gücdən düşərək, Təbii ki, belə zəiflik səbəbindən də müxalifətin fəaliyyətinə xarici qüvvələr tənqidi mövqe nümayiş etdirirlər, onlarla əlaqələrini kəsməyə çalışırlar. Müxalifət maddi və mənəvi dəstək aldığı həmin xarici qüvvələrin heç bir istəyini yerinə yetirə bilməyib. Belə olan halda da, xarici qüvvələrdə əllərindən heç bir iş gəlməyən müxalifəti maliyyələşdirməkdən imtina edir və onlardan aralı durur.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib