PDF Oxu

Müsahibə

  • 2 179

Əli Kərimli və Arif Hacılı məsuliyyətə cəlb oluna bilərlər

image

Tahir Kərimli: "AXCP və Müsavat rəhbərlərinin saxta vəsiqə satmaları insanlığa və siyasi etikaya da ziddir"

Müsahibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir

- Tahir bəy, artıq təsdiq olunub ki, AXCP və Müsavat rəhbərliyi müxalifətçilərə xarici ölkələrə getmələri üçün arayışlar, vəsiqələr satırlar. Bu "Siyasi partiyalar haqqında qanun"un tələbələrinə zidd deyilmi?

- AXCP və Müsavat rəhbərliyinin xarici ölkələrə vəsiqələr və arayışlar satmaları biabırçı faktlardır. Demək olar ki, onlar tərəfindən bu cür rüsvayçı hərəkətlər hər zaman olub və indiyə qədər də davam edir. AXCP və Müsavat rəhbərliyinin bu cür hərəkətləri siyasi biznesdən başqa bir şey deyil. Yəni onlar bununla guya Azərbaycan tərəfindən kimlərinsə incidildiyi və təqib olunduğu görüntüsünü yaratmağa çalışırlar. Bu isə uğursuz cəhdlərdən başqa bir şey deyil. Çünki demokratik dünya Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğunu, eləcə də dövlətimiz hüquqi və demokratik dövlət quqruculuğuna sədaqətli olduğunu gözəl bilir. Əlbəttə, AXCP və Müsavat rəhbərlərinin saxta vəsiqə satması "Siyasi partiyalar haqqında qanun"un tələblərinə, eləcə də insanlığa və siyasi etikaya da ziddir.

- Artıq müəyyən faktlarla sübut edilən bu cür halların qarşısının alınması üçün hüquq-mühafizə orqanları hansısa tədbirlər görə bilərmi?

- Bəli, bu cür halların qarşısının alınması üçün hüquq mühafizə orqanları tədbirlər görə və araşdırmalar apara bilərlər. Respublikanın Miqrasiya İdarəsini, müvafiq səfirliklərin nümayəndələri belə şeylərlə maraqlanmalı və əldən olunan məlumatlar əsasında tədbirlər görməldirlər.

- AXCP sədri Ə.Kərimlinin 3 min avroya vəsiqə satmasını təsdiq edən müəyyən sənədlər yayıldı. Amma AXCP rəhbərliyi bununla bağlı bir kəlmə də olsun münasibət bildirmədi. Bu, nədən irəli gəlir?

- AXCP sədri Ə.Kərimlinin xarici ölkələrə arayışlar, vəsiqələr satması ilə bağlı susaraq, heç bir münasibət bildirməməsi haqlı olaraq hər bir kəsdə şübhələr yaradır. Ancaq hər bir halda əgər ittiham varsa, Ə.Kərimli bu məsələ ilə bağlı açıqlama vermirsə, onda onun işçiləri bu barədə açıqlama verməlidirlər. Əgər onlar bunu təksib etmirlərsə, özləri haqqında şübhəni daha da gücləndirirlər.

- Faktlara əsasən, demək olarmı ki, Müsavat və AXCP öz fəaliyyətlərini ancaq Azərbaycan qanunlarına zidd qururlar?

- Hər zaman Müsavat və AXCP Azərbaycan qanunlarına zidd fəaliyyət yolunu tutublar. Məhz bu əməllərinə görə, xalqın gözündən daha da düşüblər. Müxalifət düşərgəsini təmsil edən şəxslər həyatda və siyasi mübarizədə uduzduqlarına, eləcə də rəhbərlik etdikləri strukturların dağılıb süquta uğradığına görə məyus və ruh düşkünlüyünə düşüblər. Bu baxımdan, bilmirlər ki, necə və hansı formada vəziyyətdən çıxsınlar. İnanılası deyil ki, düşdükləri böhanlı vəziyyətdən çıxa bilsinlər.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib