PDF Oxu

Müsahibə

  • 2 126

"Müxalifət təmsilçiləri bəzi xarici ölkələrlə əməkdaşlıq edirlər"

image

Mütəllim Rəhimli: "Şərə və böhtana ortaq olmaq insanlığa yaraşmaz"

Müsahibimiz Ədalət partiyasının aparat rəhbəri Mütəllim Rəhimlidir

- Mütəllim bəy, Almaniyada AXCP və Müsavatın üzvi olan Həbib Mürtəzi, Emin Mirzoyev adlı şəxslər Ermənistanın və qondarma Dağlıq Qarabağ rejiminin bayraqları ilə Azərbaycan əleyhinə aksiya keçiriblər. Bu baxımdan, bu şəxslərə azərbaycanlı demək nə dərəcədə düzdür?

- İlk növbədə, insanlar milliyyətindən asılı olmayaraq, məsələlərə obyektiv yanaşmalı və ədalətli olmalıdırlar. O ki qaldı azərbaycanlıların, bilavasitə erməni mövqeyindən çıxış etməsi bu, ikiqat başadüşülməz bir məsələdir. Hər hansı bir azərbaycanlının ermənipərəst mövqe tutması düzgün deyil. Çünki Ermənistan işğalçı bir ölkədir. Ədalətsiz olaraq ermənilərin mövqeyini bölüşən və onu müdafiə edən hər bir azərbaycanlı satqın və xəyanətkardır. Elə şəxslərə azərbaycanlı demək olmaz. Məsələ burasındadır ki, ermənilər dünyada özləri haqqında mənfi imic formalaşdırmış, yaramaz xislətli xalqdır. Ermənilər şər və böhtan yolun tutublar. Şərə və böhtana ortaq olmaq isə insanlığa yaraşmaz.

- Necə düşünürsünüz, ola bilərmi ki, Ermənistanın bayrağı ilə Azərbaycan əleyhinə aksiya keçirilməsinin təşkilatçıları, məhz AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı olsun?

- Düzdür, müxalifət təmsilçiləri bəzi xarici ölkələrlə əməkdaşlıq edirlər və bu əməkdaşlıqda Azərbaycanın maraqlarının əleyhinə işləyir. Təbii ki, bu cür qüvvələri bu yoldan geri döndərmək lazımdır. Bəzən onları başa salmaq da lazımdır. Bu çətin olsa da, hər halda cəhdlər göstərmək lazımdır. AXCP sədri Əli Kərimlinin və Müsavat başqanı Arif Hacılının isə gücləri yoxdur. Onlar səhv, düşünülməmiş siyasətləri ilə özlərini və rəhbərlik etdikləri partiyaları arzu etmədikləri duruma salıblar.

- Sizcə, nəyə görə müxalifət, xüsusilə də Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və onların yanında olan bəzi şəxslər dövlətmizə və millətmizə qarşı bu dərəcədə aqressiya nümayiş etdirirlər?

- Bu gün müxalifət düşərgəində olan qüvvələrin böyük əksəriyyəti hesab edirlər ki, əgər müxalifətdəsənsə mütləq iqtidarın ağ dediyinə qara deməlisən. Onların özlərini şübhəli aparmaqları da eyni ilə dediklərimizi təsdiq edir. Təbii ki, müxalifətin bu cür yersiz hərəkətləri cəmiyyət tərəfindən yaxşı qarşılanmır. Cəmiyyət artıq kimin kim olduğunu kifayət qədər dərk edir. Ümumiyyətlə, müxalifət təmsilçilərinin dövlətmizə və millətmizə qarşı aqressiya nümayiş etdirməsi düzgün deyil. Bu yolla da onların siyasi proseslərdə uğur qazanmaları mümkünsüzdür.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib