Arzu Nağıyev: "Artıq ATƏT-in Minsk Qrupunun deklorativ çıxışlarının vaxtı bitib"
Müsahibimiz politoloq Arzu Nağıyevdir
- Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinentinin müşavirəsində ölkəmizin xarici siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olundu. Görülən işlər və qarşıda duran vəzifələrin müəyyənləşdirməsi baxımından, müşavirənin əhəmiyytini necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, Prezident İlham Əliyev müşavirədə Azərbaycandakı iqtisadi və siyasi duruma düzgün qiymət verdi. Təhlildən belə nəticə çıxarmaq olar ki, bu gün iqtisadiyyatda əsas prioritet istiqamət insanların rifahı və təhlükəsizlik məsələsidir. Bu baxımdan, hərbi sənaye kompleksi, kənd təsərrüfatı və meliorasiya məsələrinə diqqət yetirən Prezident bu sahələrin inkişafının vacib olduğunu qeyd etdi. Bir sözlə, qeyri-netf sektorunun inkişafı və bu istiqamətdə aparılan işlər əsas məsələlərdən hesab olunur. Buna görə də, qarşıya qoyulan vəzifələr - Azərbaycanın müdafiəsi, təhlükəsizliyi və rifahının artırılması üçün vacib sayılmalıdır.
- Prezident müşavirədə çıxışında iqtisadi uğurlardan və əldə olunan nailiyyətlərdən danışdı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyini ortaya qoydu. Bu qətiyyətli mövqe və fikir nəyi özündə ehtiva edir?
- Məlumdur ki, Prezident İlham Əliyev ən yüksək beynəlxalq tribunalardan tutmuş, adi vətəndaşlarla görüşündə də prioritet istiqamət kimi, Dağlıq Qarabağ münaqişəsinin həllini bir nömrəli vəzifə kimi qeyd edir. Bu hesabat yığıncağında da Cənab Prezident bu məsələni bir saylı vacib məsələ kimi təqdim etdi. Məlumdur ki, bu gün Azərbaycan artıq bu münaqişənin həllində diqtə edən tərəf kimi iştirak edir. Azərbaycanın suverenliyi bütün beynəlxalq sənədlərdə öz əksini tapıb. Bundan başqa, işğalçı erməni hərbi qüvvələri bizim əraziləri qeyd-şərtsiz tərk etməlidirlər, rayonlarımiz boşaldılmalı,ərazidə sülh bərqərər olmalıdır. Çünki bundan sonra böyük iqtisadi layihələrin həlli gündəmdə duran məsələdir. Məhz bu, Azərbaycanın və onun Prezidentinin prinsipial mövqeyidir.
- Prezident İlham Əliyev çıxışında münaqişənin mərhələli həllinin massa üzərində müzakirə edildiyini bildirdi. Bu, nöqteyi-nəzərdən, demək olarmı ki, artıq Dağlıq Qarabağ münaqişəsinin həlli yaxındadır?
- Qeyd edildiyi kimi, ortada Madrid prinsipləri, Kazan protokolu və bu kimi sənədlər var. Yəni artıq ATƏT-in Minsk Qrupunun deklorativ çıxışlarının vaxtı bitib. Konkret addımların vaxtıdır və bunu bütün beynəlxakq qurumlardan gözləyirik. Əks-təqdirdə, Azərbaycanın münaqişəni həll etmək üçün qədərincə imkanı var. Biz sülh tərəfdarıyıq. Eyni zamanda, bu sülhə nail omaq üçün güc hesabına təcavüzkarı danışıqlar masasına əyləşdirmək imkanımız da var. Bu da uzun çəkməməlidir. Çünki 20 ildən artıq davam edən danışıqlar erməniyə təsir etmirsə, bir qədər də gözləmək vaxt itirməkdən başqa bir şey deyildir.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib