Mütəllim Rəhimli: "Vəziyyətdən çıxış yolu isə yoxdur "
Müsahibimiz Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimlidir
- Mütəllim bəy, ADP sədri Sərdar Cəlaloğlu növbəti dəfə müxalifət liderlərini ittiham edərək, onları "şizofrenik xəstə" adlandırıb. Konkret ad çəkməsə də, bunun çox ciddi ittiham olduğunu demək olarmı?
- Hər hansı bir ölkədə siyasilərin bir-birlərini hədəfə almaları normal bir şeydir. Amma təəssüflər olsun ki, Azərbaycanda bu kimi məslələrdə ifrata varırlar. Özünü müxalifət cəbhəsində hesab edən siyasi partiya funksinerləri, düşərgədaxili acınacaqlı vəziyyətə görə, məhsuliyyəti bir-birlərinin üzərlərinə qoyurlar. Bu isə problemin həllindən daha çox ictimaiyyətin diqqətinə gəlməyə və gündəmdə qalmağa xidmət edir. Bu baxımdan, ADP sədri Sərdar Cəlaloğlunun mövqeyi başa düşüləndir.
- Sizcə, nəyə görə müxalifət liderləri birliyə can atmaqdansa mövcud barışığı və birliyi pozmağa daha çox meyil göstərirlər?
- Əslində, bu, Azərbaycan siyasi səhnəsində təəssüf doğuran bir haldır. Məsələ burasındadır ki, adətən, siyasi partiyalar ideoloji-siyasi platforma və ideya üzərində yaradılır. Amma təəssüflər olsun ki, Azərbaycanda belə deyil. Yəni siyasi partiyalar ideologiya ətrafında deyil, liderlər ətrafında formalaşmışdır. Məhz bu amil də onların birləşməsinə mane olur. Ümumiyyətlə, bəzən ölkədə bu cür də olur ki, siyasi partiya yaratmaq siyasi mübarizə üçün deyil, şəxsi mənafeylərini təmin etmək və maddi stabilliyini qorumaq və inkişaf etdirmək üçün yaradılır. Bu isə yolverilməzdir.
- Artıq fakt budur ki, müxalifətin yalnız mətbuatda mövcudluğu var. Sizcə, müxalifətin birliyinə və bir olmasına mane olan səbəblər nədir və kimlərdir?
- Müxalifətin gündəmdə olması, məhz onların gördükləri əməllərlə bağlıdır. Yəni müxalifət mətbuatda daha çox gördükləri işlərlə bağlı yox, bir-birlərinə atmacalı sözlərlə gündəmə gəlməyə çalışırlar. Buna görə də, müxalifət dağılır, qopmalarla üzləşir. Vəziyyətdən çıxış yolu isə yoxdur. Çünki didşən tərəflər bir-birinə güzəştə getmək istmirlər. Hər biri özünü aparıcı lider hesab edir, nufuzlu partiya sədri kimi təqdim etməyə çalışır. Düşünürəm ki, problemlər həll olunmasa, müxalifətin birliyi heç zaman alınmayacaq.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib