PDF Oxu

Müsahibə

  • 2 258

İstintaq gedir

image

Niyaməddin Orduxanlı: "Şəxsən mən inanıram ki, Əli Kərimlinin Fətullah Gülənlə əlaqəsi var "

Müsahibimiz BAXCP sədr müavini Niyaməddin Orduxanlıdır

- Niyaməddin bəy, gülənçilərlə vəhabilər arasında əlaqələrin olması barədə faktlar mövcuddur. Fərqli qütbləri əhatə edən bu toplumların Azərbaycanda bir araya gələrək əməkdaşlıq münasibətləri qurması nədən irəli gəlir?

- Dini cərayan baxımdan həm gülənçilər, həm də vəhabilər sünni təriqətinin nümayəndələridir. Bu baxımdan, burada qeyri-adı heç nə yoxdur. Gülənçilərin fəaliyyətini izləyəndə, görmək olur ki, onlar bütün təbəqələrlə - hakmiyyət nümayəndləri ilə, parlamentdə təmsil olunan insanlarla, dövlət strukturlarında fəaliyyət göstərən şəxslərlə və siyasi partiya nümayəndləri ilə əməkdaşlıq edirlər. Öz yaxın ətrafında olan şəxsləri bu strukturlara yerləşdirirlər. Onlar üçün əsas öz hədəfləridir. Dini siyasətə də bu məqsədlə qatılırlar. Bütövlükdə, dindən istifadə edən şəxslərin hər biri təhlükəli hesab olunur.

- İddialar var ki, Azərbaycanda vəhabilərlə gülənçilər arasında əlaqələrin ququlmasında AXCP sədri Əli Kərimlinin xüsusi rolu olub. Sizcə, burada Əli Kərimlinin marağı nədən ibarət olub?

- Ə.Kərimlinin ətrafında baş verən proseslər, onu deməyə əsas verir ki, gülənçilərlə acıq və ya gizli şəkildə əməkdaşlıq mövcuddur. Hal-hazırda Azərbaycanda hüquq-mühafizə orqanları istintaq aparır. Ə.Kərimlinin köməkçisi və yaxın ətrafından olan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. İstintintaq gedir. Şəxsən mən inanıram ki, Ə.Kərimlinin Fətullah Gülənlə əlaqəsi var. Çünki bu adam öz şəxsi maraqları üçün istənilən şəxslə və ya qurmla əməkdaşlıq edər və necə ki, bu günə qədər edib.

- Ümumiyyətlə, Əli Kərimli bir növ özünü demokratik bir şəxs kimi təqdim etməyə çalışır. Vəhabilik və gülənçilik isə çox köhnə düşüncəyə malik bir hərəkatlardır. Bu baxımdan, Ə.Kərimlinin onlarla birliyi arxasında hansısa xarici qüvvələrin dayandığını demək olarmı?

- Ə.Kərimli üçün əsas maddiyyatdır. Bu adam öz sədri Əbülfəz Elçibəyə, yaxın dostlarına, təlbə yoldaşlarına, əqidədaşlarına nəyə görə xəyanət etdi? Pul amlinə görə. Bilrsiniz ki, gülənçiləri də vəhabiləri də əsas maliyyələşdirənlər Qərb dairələridir. Buna görə də, bir daha qeyd etmək istəyirəm ki, Ə.Kərimli üçün əsas maliyyə gəlirinin əldə edilməsidir. Azərbaycan cəmiyyəti acıq şəkildə görür ki, Ə.Kərimli son illər ərzində irançı da, rusiyaçı da, amerikançı da olmağı bacarıb.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib