PDF Oxu

Müsahibə

  • 2 133

Həmsədrlər Sergey Lavrovla görüşəcəklər

image

Arzu Nağıyev: "Sarkisyan qaniçən dəstəsi ilə Ermənistanda hakimiyyəti zəbt edib və istənilən vaxt aradan götürülə biləcəyini başa düşür"

Müsaibimiz politoloq Arzu Nağıyevdir

- Arzu müəllim, sentyabrın 8-də həmsədrlərin Moskvada Sergey Lavrovun iştirakı ilə görüşü palanlaşdırılır. Bu görüşdə Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələr aparılacaq. Bu görüşdən gözləntilər nədən ibarət ola bilər?

- Düşünrəm ki, bu görüş, əsasən, Rusiyanın və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin istəyi ilə keçirilən bir görüş olacaqdır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu görüşünün hesabat xatirinə keçirilməsi də istisna edilmir. Çünki artıq bütün təkliflər verilib, Azərbaycan öz şərtlətini irəli sürüb və ərazi bütövlüyümüz çərçivəsində istənilən kompromisə gedəcəyini bəyan edib. Söz artıq erməni tərfdən gəlməlidir. Ermənilər isə müxtəlif siyasi gedişlər etməklə, əsas prinsipdən yayınırlar. Ermənistanın işğalçı ordusunun ərazilərimizi tərk etməsi məsələsi konkret qoyulub. Lakin bütün bunlar danışıqlardan o yana keçmir və nəticə olaraq, Azərbaycan tərəfinin görüş naminə görüş keçirməsi heç də məqsədəuyğun deyil. Sarkisyan separatçı Dağlıq Qarabağa müstəqillik qazandırmağa söz verib, yerinə yetirə bilmədiyi üçün günahlarını yumağa çalışır. Digər tərəfdən başa düşüləndir ki, məhz səhra komandiri olan Sarkisyan qaniçən dəstəsi ilə Ermənistanda hakimiyyəti zəbt edib və istənilən vaxt aradan götürülə biləcəyini başa düşür. Bütün bunlar isə, keçiriləcək görüşdən hər hansı bir müsbət nəticənin əldə edlməyəcəyi deməkdir.

- Son vaxtlar Rusiyanın münaqişənin həllində daha fəal olduğu görünür. Necə düşünürsünüz, bu, həmsədrlərin fəaliyyətinin arxa plana keçməsinə bir işarə deyilmi?

- Rusiya özü də ATƏT-in Minsk Orupunda təmsil edilən dörd dövlətdən biridir və Qərbin də tələblərindən başlıcası, məhz Rusiyanın bu missiyada daha aktiv iştirak etməsidir. Məlumdur ki, Rusiya bu münaqişədə açar fiqurlardan bəlkə də ən başlıcasıdır.Buna görə də, o, münaqişənin həlli üçün çox şey etməlidir, çünki bu Rusiya üçün də, istər regionda nüfuz sahibi olması üçün, istərsə də Qərbin bir sıra sanksiyalarından qurtulması üçün bir tarixi şansdır. Rusiya regional meqalayihələrdə iştirakını təmin etmək üçün təhlükəsizlik məsələsini təmin etməlidir, regionda təhlükəsizliyə təhdidin ən başlıcası da, məhz Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir. Bunu Rusiyada da başa düşürlər və bu istiqamıtdə müəyyən fəallıq göstərirlər. Lakin bu, deklorativ xarakterli bəyanatlarla yekunlaşmamalı və konkret işlər görülməlidir.

- Ermənistan xarici işlər naziri Eduard Nalbadyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas təkliflər paketi Kazan sənədidir, digər sənədlər isə yersizdir. Bu, nədən xəbər verir?

- Kazan sənədinin, mütəmadi olaraq ermənilər tərəfdən gündəmə gətirilməsi, ilk növbədə, Rusiya faktoru ilə bağlıdır və həmmüəlliflərin keçmiş Rusiya rəhbərliyi olduğuna eyham vurulur və bununla da açar fiqurun, məhz onların olduğu göstərilir. Digər tərəfdən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həlli ilə bağlı verdiyi təkliflər Madrid və digər prinsiplərdə də öz əksini tapıb. Kazan prpinspləri isə ilkin varianta qayıtmaq deməkdir və ermənilərin əsas məqsədi, nəyin bahasına olursa-olsun, vaxtı uzatmaqdır. Bununla onlar öz hakimiyyətlərinin vaxtını bir qədər də uzatmış olurlar. Eyni zamanda, ATƏT-n Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlarda noyabrda seçkilər keçirilməlidir və siyasi kursun nədən ibarət olacağı da mühüm amildir. Bir sözlə, konkret məqsəd Rusiyanın təlimatlarına uyğun hərəkət etməkdir. Daha doğrusu, Sarkisyan hakimiyyətini, nəyin bahasına olursa-olsun, saxlamaqdır. Bunun da əsas yolu münaqişənin həllinin uzadılmasıdır.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib