PDF Oxu

Müsahibə

  • 2 196

Azərbaycan şərt qoyan və diqtə edən tərəfdir

image

Arzu Nağıyev: "Azərbaycan istənilən vaxt münaqişənin həlli üçün antiterror əməliyyatlarına start verə bilər"

Müsaibimiz politoloq Arzu Nağıyevdir

- Arzu müəllim, ATƏT-in Minsk Qrupunun Amerkalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağın dondurulmuş münaqişə olmadığını bəyan edib. Bu etirafı necə şərh edərdiniz?

- Düşünürəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, o cümlədən, Ceyms Uorlikin işi bəyanat vermıəkdən o yana keçmir. Təbii ki, onun dediyində həqiqət var ki, münaqişə dondurulmuş vəziyyətdə deyil. Çünki Azərbaycan istənilən vaxt münaqişənin həlli üçün son variant kimi hərbi yola, daha doğrusu, öz ərazisində antiterror əməliyyatlarına strat verə bilər. Lakin Azərbaycan bu gün şərt qoyan və diqtə edən tərəf kimi sülh yolunu seçib. Rusiya bu gün əsas təşəbbüskar kimi münaqişənin həllində iştirak edir və Qərbin də əsas tələbi bu təşəbbüsü dəstəkləməklə sona yetirməkdir. Yəni Rusiya bu missiyanı öz üzərinə götürüb sona çatdırsa, bir sıra iqtisadi sanksiyalardan qurtula bilər. Məhz buna görə də C.Uorlik həm də Qərbin, daha doğrusu, ABŞ-ın seçki öncəsi mesajlarını çatdırır.

- Ermənistandakı bəzi səhra komandirləri bəyan ediblər ki, Dağlıq Qarabağ Azərbaycana veriləcək və bununla da Ermənistan müharibəyə cəlb edilmək təhlükəsindən qurtulmuş olacaq. Doğurdanmı masa üzərində belə bir müzakirə mövzusu var?

- Müzakirələr, əsasən, Madrid prinsiplərinə, Vyana, Sank-Peterburq görüşlərindəki qərarlara və Kazan protokollarına əsasən aparılır. Bütün sənədlərdə də əsas məsələ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə köklənib. Sarkisyan və onun komandası separatçılara verdiyi müstəqillik sözünü yerinə yetirə bilmədiyi üçün müxtəlif siyasi oyunlar aparır, o cümlədən, saxta mitinqlər təşkil edir, kadr islahatları aparırlar. Bunun hamısı özününü hakimiyyətdə olması vaxtını uzatmaq və seçkilərə qədər vaxt əldə etməkdir. Daha doğrusu, cavabdehlikdən qaçmaqdır. Düşünürəm ki, əsas məsələ məhz bundadır və Rusiya da bunu dərk edir və gələcəkdə meqalayihələrin həyata keçirilmıəsi üçün təhlükəsizliyin təminatını, məhz münaqişənin həllində görməlidir.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib