Tahir Kərimli: "Dağıdıcı müxaliflər məqsədinə nail olmaq üçün cinayətkarla, "İŞİD"-lə belə iş birliyinə gedərlər "
Müsahibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir
- Tahir bəy, son vaxtlar İ.Qəmbər, C.Həsənli və Ə.Kərimli Əli İnsanovun müdafiəsinə qalxıblar. Zamanında İ.Qəmbəri ən pis xəstəlik adı ilə tənqid edən Ə.İnsanovun bu gün müdafiə edilməsi təəccüb doğuran məqam sayıla bilərmi?
- Əli İnsanov nəinki İ.Qəmbəri tənqid edib, hətta təhqir edib. Yəni vaxtilə Ə.İnsanov, İ.Qəmbəri və digərlərini açıq şəkildə təhqir edib. Amma bu gün onlar bu təhqirləri, tənqidləri unudublar. Bu baxımdan da, İ.Qəmbər, C.Həsənli və Ə.Kərimli tərəfindən Ə.İnsanovun müdafiə edilməsi təəccüb doğurmur. Çünki bunların xisləti belədir. Dağıdıcı müxalifət məqsədinə nail olmaq üçün cinayətkarla, "İŞİD"-lə belə iş birliyinə gedərlər. Bir sözlə, bunların məqsədi "düşmənimin düşməni mənim dostumdur" prinsipi ilə hərəkətə keçməkdir. Öz istəklərinə çatsınlar deyə, hətta bir-birini ifşa etməkdən də çəkinmirlər. Hətta özlərinin təhqir olmalarına da barmaqarası yanaşırlar. Amma onların ölkəmizlə bağlı pis niyyətləri heç vaxt həyata keçməyib və keçməyəcək. Hər zaman olduğu kimi, bu istəkləri də baş tutmayacaq.
- Müxtəlif səs-küylü cinayətlərdə adları hallanan şəxslərlə dağıdıcı müxalifət arasında əməkdaşlığın qurulmasında hansısa xarici qüvvələrin rolu ola bilərmi?
- Bəli, səs-küylü cinayətlərdə adları hallanan şəxslərlə müxalifət arasında əməkdaşlığın olmasında xarici qüvvələrin əlaqələri var. Bunlar xarici dövlətlərin burda səfirliklərindən təlumatlar alaraq, açıqca görüşlər keçirdilər. Demək olar ki, müxalifət partiyalarının xarici qüvvələrlə əlaqələri var. Yəni Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq istəyən xarici qüvvələr ölkə müxalifətindən öz məkrli niyyətlərinin həyata keçməsi üçün bir vasitə kimi istifadə edirlər. Nə vaxt müxalifət bir araya gəlirsə, deməli, bu, xarici qüvvələrin onlara verdiyi tapşırıqdan irəli gəlir.
-Müxalifətin rüsvayçı vəziyyətlə üzləşməsinin səbəbinin partiya sədrlərinin yarıtmaz siyasəti ilə bağlı olduğunu demək olarmı?
- Müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalara rəhbərlik edən şəxslərin bir-birinə olan nifrəti, paxıllıqları, şəxsi ambisiyaları, birinin digərindən üstün olmaq kimi istəkləri müxalifət partiyalarını dağılmaq təhlükəsi ilə üzləşdirib. Bu baxımdan, demək olar ki, müxalifətin acınacaqlı vəziyyətlə üzləşməsinin əsas səbəbkarları, məhz bu partiyalara rəhbərlik edən şəxslərdir. Yəni elə günahkar partiya sədrləridir. Əgər müxalifəti xalq müdafiə etmirsə, irəliyə doğru gedə bilmirsə, onda bu sədrlər partiyaları tərk etməlidirlər. Bu müxalifətin sonu olmalıdır.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib