PDF Oxu

Müsahibə

  • 1 982

Müxalif qüvvələri siyasiləşmiş QHT rəhbərləri əvəz edir

image

Tahir Kərimli: "Müxalifət cəbhəsində vəziyyət olduqca ağırdır"

Müsahibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir

- Tahir bəy, bu gün müxalifət düşərgəsində partiya sədrləri deyil, Leyla Yunus və Xədicə İsmayıl əsas rolda çıxış edirlər. Bu, o deməkdir ki, artıq başlayır?

- Həqiqətən də, müxalifət cəbhəsində vəziyyət olduqca ağırdır. Yəni müxalifət liderləri və müxalifət partiyaları ictimai-siyasi proseslərə təsir imkanlarını tamamilə itiriblər. Belə olan vəziyyətdə, onların hər hansı bir bəyanatlarına, çağrışlarına cavab verilmədiyi və müsbət reaksiya olmadığı halda, önə siyasiləşmiş QHT rəhbərləri çıxırlar. Burada söhbət ondan gedir ki, siyasiləşmiş QHT-lərin liderləri xaricdə olan bəzi qüvvələr tərəfindən tanınırlar və xaricdə olan dairələr də onlara maliyyə dəstəyi göstərirlər. Belə olan halda da, həmin xarici qüvvələrin əlində müxalifət təmsilçiləri bir alətə çevrilir. Bir sözlə, xarici qüvvələr siyasiləşmiş QHT-lər vasitəsi ilə bir sıra müxalifət partiyalarını əvəzləməyə çalışırlar. Amma bunu heç bir nəticəsi olmayıb və olmayacaq da.

- Xədicə İsmayıl daha çox Müsavat yetkililərini hədəf seçir. Bu baxımdan, Xədicə İsmayılın arxasında Əli Kərimlinin təsirinin dayandığını demək olarmı?

- Heç kəsə sirr deyil ki, hər zaman "Azadlıq" radiosunun, "Azadlıq" qəzetinin, AXCP ilə geniş əməkdaşlığı olub. Hətta əməkdaşlıqlarının birgə fəaliyyəti də olub. Yəni bir-birlərinin işini koordinasiya ediblər. Ümumiyyətlə, liderlik və "ana" müxalifətçilik uğurunda mübarizə də AXCP Müsavatı özünə yeganə rəqib görür. Ona görə də, AXCP öz hədəfinə çatmaq üçün hər cür varianta əl atır. Çünki həmin şəxslər bilirlər ki, onlar Azərbaycanda hakimiyyətə gələ bilməyəcəklər. Belə olan halda da, onlar müxalifət düşərgəsində birincilik uğurunda mübarizə aparırlar. Bu mübarizəni də AXCP-nin Müsavata qarşı mübarizəsi kimi dəyərləndirə bilərik.

- Sizcə, siyasiləşmiş QHT-lərlə müxalifətin üz-üzə dayanması qrant əldə etmək uğurunda aparılan mübarizənin bir nəticəsi ilə bağlı olduğunu ehtimal etmək nə dərəcədə mümkündür?

- Hə kəs bilir ki, bu təşkilatlar qrant almasalar, ayaqda dura bilməzlər. Bir sıra QHT-lərin qanunsuz və qeyri-leqal yolla maliyyələşməsi aradan qalxdı. Amma yenə də, bəzi QHT-lər keçmiş əlaqələrindən istifadə edərək, gizli yollarla maliyyələşirlər. Təbii ki, bunla da bir sıra siyasi partiyaları özlərinin ətrafında birləşdirərək, özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Bunun effektiv nəticə verəcəyini demək çətindir. Amma görünən odur ki, müxalifət partiyaları və ya siyasiləşmiş QHT-lər cəmiyyət tərəfindən qətiyyətlə rədd edilirlər.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib