Arzu Nağıyev: "Ermənistan əhalisi başa düşdü ki, Azərbaycan tərəfi öz torpaqlarını təmizləməkdə israrlıdır"
Müsahibimiz politoloq Arzu Nağıyevdir
- Arzu müəllim, İşğalçı Ermənistan prezident Serj Sarkisyan bu ölkənin Respublikaçılar Partiyasının 16-cı qurultayında çıxışı zamanı populist fikir söyləyərək, "Bakıya raket zərbəsi endir bilərlər" fikrini irəli sürüb. Bunu onun xəstə təxəyyüllünün məhsulu kimi qiymətləndirmək olarmı?
- Belə qeyri-ciddi bəyanatlar dəfələrlə səsləndirilib. Bunu tək Sarkisyan deyil, bir sıra daşnak hərbçilər məlum aprel hadisələri vaxtı da deyirdilər. Hədəf kimi Bakı, Mingəçevir su anbarı və s. göstərilirdi. Bu bəyanatlarda əsas məqsəd guya ki, erməni tərəfinin müasir silahlara malik olması və ya işğalçı ordunun "yüksək səviyyəli" təhcizatından gedir. Son vaxtlar Rusiyadan alınan silahlarla siyasi şoular yaradan Sarkisyan və onun komandası da bu ənənəyə sadiq qalaraq, belə populist çıxışlar edirlər...
- Sarkisyan həm də iddia edib ki, Dağlıq Qarabağ münaqişəsi ancaq sülh yolu ilə həll oluna bilər. Əgər işğalçı Ermənistan ordusu Azərbaycan torpaqlarından çıxmırsa, sizcə, Sarkisyanın iddialarının məntiqsiz və əsasız olduğunu demək olarmı?
- Sarkisyan son müsahibəsində bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları ilə bağlı bəyanatlar verdi. Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllinin iki yolu olduğu, guya "Ermənistana birləşdirilməsi" və ya "müstəqil dövlət" kimi tanınması ilə reallaşdırıla biləcəyini deyirdi. Təbii ki, bu açıqlamalar ancaq və ancaq səhra komandiri olmuş və Dağlıq Qarabağ münaqişəsi üzərindən özü kimiləri ilə birlikdə Ermənistanda hakimiyyəti zəbt edən Sarkisyan kimilərə məxsus ola bilər. Təbii ki, o, başqa bəyanat verə də bilməz. Çünki istər beynəlxalq hüquq normalarına uyğun, istərsə də diplomatik yolla bu məsələ ancaq danışıqlar yolu ilə həll oluna bilər. Yəni bu, bu bir növ ATƏT-ə və digər missiyalara yarınmaq üçün deyilən sözlərdir və bunun da etdikləri əməllərlə heç bir məntiqə sığışmadığı göz qabağındadır.
- Sarkisyan rejimi və onun ətrafında olanlar bütün çıxışlarında və tədbirlərində aprel məğlubiyyətini daha çox qabardırlar. Bu, o deməkdir ki, Ermənistan hakimiyyəti apreldə aldığı sarsıdıcı zərbəni hələ də unutmayıb?
- Sarkisyan və onun havadarları apreldə belə sarsıdıcı zərbə alacaqlarını gözləmirdilər. Çünki düşünürdülər ki, Rusiya ordusu onları müdafiə edəcək və beynəlxalq ictimaiyyət Azərbaycana təpki göstərəcəkdir. Əslində isə, proseslər tam bunun əleyhinə oldu. Dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi, haqq işini təqdir etdi, Rusiya isə Azərbaycanın öz ərazilərində keçirdiyi antiterror əməliyyatına qarşı çıxmadı. Bütün bunlar isə Ermənistan hakimiyyətinin birbaşa Sarkisyanın daxili və xarici siyasətinə ciddi zərbə vurdu və erməni daşnak ordusu haqqında mifi sındırdı. Ermənistan əhalisi başa düşdü ki, Azərbaycan tərəfi öz torpaqlarını təmizləməkdə israrlıdır və bunu etmək iqtidarındadır və gec-tez buna nail olunacaqdır. Məhz bu faktorlara görə də Ermənistan hakimiyyəti öz müqəddəratından qorxdu və nəyin bahasına olursa-olsun, hakimiyyət müddətini saxlamağa və bununla da Dağlıq Qarabağda status-kvonun saxlanmasını arzulayır.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib