Tahir Kərimli: " Əli Kərimli, İsa Qəmbər, Arif Hacılının və digərlərinin bu məsələlərdən istifadə etmələri onlara heç nə qazandırmayacaq"
Müsahibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir
- Tahir bəy, Tarif Şurasının məlum qərarından sonra dağıdıcı müxalifət təmsilçiləri fəallaşmağa və bu məsələdə öz siyasi məqsədləri üçün istifadə etməyə cəhdlər göstərirlər. Bu məsələdən siyasi divedend qazanmağa cəhd etmək nə dərəcədə düzgündür?
- Sosial bazasını itirən müxalifət bu cür hərəkətlər ilə bir növ xaricdə olan havadarlarına özlərini reklam etməyə, hələ də "iş görmək bacarığına malik olduqlarını" göstərməyə çalışırlar. Təəssüflər olsun ki, Tarif Şurasının məlum qərarından müxalifət düşərgəsini təmsil edən şəxslər öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər. Çox utancverici haldır, nifrətə və ittihama layiqdir. Müxalifət bununla zəifliyini, hər şeydən məhrum olduqlarını bir gaha göstərmiş olurlar.
- Sosial şəbəkələrin az qala ulduzuna çevrilən Əli Kərimli, İsa Qəmbər və Arif Hacılı və digərləri yalnız kommunal xidmətlərlə bağlı məlum qərarla bağlı fikirlər səsləndirib, populist mövqe ortaya qoyurlar. Sizcə, bunlar bu məsələ ilə nəyi isə əldə edə bilərlər?
- Ə.Kərimli, İ.Qəmbər, A.Hacılının və digərlərinin bu məsələlərdən istifadə etmələri onlara heç nə qazandırmayacaq. Əslində isə, müxalifət partiya liderlərinin belə fikirlər səsləndirmələri ancaq stəkanda fırtına yaratmaqdan başqa bir şey deyil. Ona görə də, bunların bu cür hərəkətləri ancaq özlərini yoracaq, başqanın yox. Çünki xalq onların məkrli niyyətlərini cox gözəl bilir. Ümumiyyətlə isə, xalqımız nə umursa, onu ancaq hökumətdən gözləyir, müxalifətdən yox.
- Sizcə, nəyə görə müxalifət hər fürsətdə prinsipial qərarların qəbul olunmasında, eləcə də taleyüklü məsələlər ərəfəsində dövlət əleyhinə və milli maraqlara qarşı çıxmağı daha çox hədəfləyir?
- Bu, müxalifətin xasiyyətidir. Uzun illər müxalifət düşərgəsində təmsil olasan, müxalifətçilikdə qocalasan, amma irəliliyə doğru heç nəyə nail ola bilməyəsən. Bu halda onlarda iradə, siyasi mədəniyyət olsa idi, bu siyasətdən əl çəkməli idilər. Ancaq siyasətə gəlir mənbəyi kimi baxmaları onlara qətiyyətli addım atıb, siyasətdıən getmələrinə imkan vermir.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib