Elşən Musayev: "İsa Qəmbər də, Əli Kərimli də erməni xislətli adamlardır"
Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir
- Elşən müəllim, cəbhədə baş verən son erməni təxribatından sonra dağıdıcı müxalifət sosial şəbəkələrdə ordumuz əleyhinə açıqlamalar yayır, müəyyən təxribat xarakterli fikirlər ortaya qoyurlar. Bunu erməni dəyirmanına su tökmək kimi qiymətləndirmək olarmı?
- Gəlin belə danışaq: ağzınızda dağıdıcı müxalifət deyirsiniz. Yəni ancaq dağıtmaqla məşğul olan müxalifət. Bunlardan başqa cür fəaliyyət gözləməyə dəyərmi? Məncə yox, Onların mahiyyəti budur. Mən hər zaman söyləmişəm və bu gün də həmin fikirdəyəm ki, Azərbaycanın radikal müxalifəti öz mənafeyi üçün ölkənin, dövlətin və millətin maraqlarını bir an içində satar. Heç "uf" demədən. Necə ki, elə satıblar da. Diqqət edin: cəbhədə baş verən son proseslərlə bağlı dağıdıcı müxalifət ortalığa elə bir mövqe qoyub, kənardan baxan sanar ki, bunlar azərbaycanlı deyil, Ermənistanda doğulmuşlar. Sosial şəbəkələrdə paylaşdıqları statuslar, apardıqları müzakirələr, həqiqətən də, birbaşa düşmən maraqlarına xidmət edir, düşmən dəyirmanına su tökür və bütün bu destruktiv fəaliyyətin də başında yaramaz rəhbərləri – İ.Qəmbər və Ə.Kərimli kimi anti-milli ünsürlər durub.
- Sizcə, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimilər milli maraqlarımıza zərbə vuran mövqe sərgiləməklə nə əldə etməyi düşünürlər?
- Onların əsas amalı, arzusu budur ki, ölkə, dövlət sarsılsın. İ.Qəmbər də, Əli Kərimli də erməni xislətli adamlardır. Bütün fəaliyyətləri də o istiqamətə yönəlib ki, mövcud hakimiyyət və ümumən dövlətçilik maraqları zərbə alsın. Bunlar da prosesin gedişində öz hamilərindən qrant və pul-para qoparsınlar. Yoxsa özünə azərbaycanlı deyən şəxs belə bir həssas məqamda niyə anti-Azərbaycan xətti yürütsün ki? Səbəb nədir? Məram nədir? Məncə, dediklərimdir. Nə Ə.Kərimlini nə də İ.Qəmbəri heç vaxt Dağlıq Qarabağ və Azərbaycan əsgərinin taleyi maraqlandırmayıb. Elə hakimiyyətdə olduqları zamanda da torpaq və insan alveri ilə məşğul olublar. İndi isə həmin fəaliyyətə davam edirlər.
- Dağıdıcı müxalifətin cəbhədə baş verən erməni təxribatından sonra bir qədər fəallaşmasının arxasında xarici maraqlı qüvvələrin onlara müəyyən göstərişi dayana bilər?
- Azərbaycanın dağıdıcı müxalifəti hər zaman xaricdən maliyyələşib. Çünki ölkə daxilində bir ağıllı insan bu cür perspektivsiz, bədnam qüvvəyə maya qoymaqda, sərmayə yatırmaqda maraqlı olmayıb. Həm də uzun illər boyunca. Ona görə də, bu ünsürlərin pulu özləri tipində olanlardan gəlir. Daha doğrusu, özləri tipdə və özləri ağlında olanlardan. Amma məsələ burasındadır ki, pul verən də, həmin pulu xərcləyən də fərqindədir ki, bu destruktiv fəaliyyətlə heç nəyə nail olmaq mümkün deyil. Azərbaycan xalqı öz Prezidentinin və Onun tərəfindən yürüdülən siyasətin yanındadır, tərəfindədir. Elə Prezident İlham Əliyevin rəhbərliyi ilə də işğal olunmuş torpaqlar düşmən tapdağından azad olunacaq və Azərbaycan ərazi bütövlüyünə qovuşacaq.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib