Azər Badamov: "Nə qədər Qarabağda işğal siyasəti davam edəcək Ermənistanda tənəzzül və acınacaqlı şərait daha da dərinləşəcəkdir"
Müsahibimiz millət vəkili Azər Badamovdur
- Azər müəllim, Ermənistanda 2 aprel parlament seçkilərinin saxtakarlıqla keçirilməsi ölkədəki vətəndaş qarşıdurmasını bir qədər də gücləndirib. Vəziyyətin gərginləşməsi Serj Sarkisyanın aqibətinin acınacaqlı olacağına əsas ola bilərmi?
- Ermənistan parlamentinə 2 apreldə keçirilən seçkilər Sarkisyanın hakimiyyətinin gələcəkdə rəsmiləşdirilməsinə və dünya ictimaiyyətinin gözünə kül üfürmək üçün nəzərdə tutulan qabaqcadan hazırlanmış ssenari üzrə göstərilən bir şou idi. Demokratiya, insan hüquq və azadlıqları məfhumundan uzaq bir yerdə, ümumiyyətlə seçkidən danışmaq düzgün deyil.
- Seçki saxtakarlığı yolu ilə Sarkisyan öz iddiasını reallaşdıra bildi. Bundan sonar proseslər necə inkişaf edəcək?
- Ermənistanın parlament seçkisində, bir daha aydın oldu ki, erməni ictimaiyyəti Sarkisyan hökumətindən ciddi narazıdır və ölkənin gələcəyini heç də Sarkiyanla görmür. Ona görə də, seçkidən sonra ermənilərin etiraz dalğası güclənməkdədir. Düşünürəm ki, bu etiraz dalğası daha da genişlənəcək və gələn ildə Sarkisyan hakimiyyətinin sonu gələ bilər.
- Ermənistanın keçmiş rəhbərləri, o cümlədən, Levon Ter-Petrosyan, Seyran Ohanyan və digərləri bəyan edirlər ki, işğal olunmuş Azərbaycan əraziləri azad edilməlidir. Dünən hakimiyyətdə olan bu şəxslərin bu gün vəzifəsindən çıxdıqdan sonra belə bir açıqlama ilə çıxış etmələri nədən irəli gəlir?
- Burda qeyri-adi bir şey görmürəm . Sarkisyanla bu gün hakimiyyətdə olan hər bir erməni hakimiyyətdən uzaqlaşdırılanda, Seyran Ohanyanın mövqeyində olacaqdır. Çünki onlar bilirlər ki, Qarabağ Azərbaycan torpağıdır. Nə qədər Qarabağda işğal siyasəti davam edəcək, Ermənistanda tənəzzül və acınacaqlı şərait daha da dərinləşəcəkdir. Erməni ictimaiyyəti bunu yaxşı bilir. Ona görə də, Sarkisyanın komandasından ayrılan hər bir şəxs ictimai hörmət və nüfuzunun qazanmağının yeganə yolunu ictimai fikir olan Qarabağın Azərbaycan torpağı olduğunu dəstəkləməkdə və sülh danışıqları yolu ilə münaqişəyə son qoymaqda görürlər.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib