PDF Oxu

Müsahibə

  • 2 214

"Arif Hacılının dərdi-azarı ancaq Əli Kərimlidə olan pulları bölməkdir"

image

Elşən Musayev: "Müxalifətdaxili intriqaları yaradan həmişə Əli Kərimli olub"

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir

- Elşən müəllim, AXCP rəhbərliyinin Müsavata, eləcə də, digər partiyalara qarşı ittihamları getdikcə daha geniş xarakter alır. Sizcə, əks-düşərgənin AXCP tərəfindən hədəfə alınmasının arxasında hansı məqamlar dayanır?

- AXCP-yə xaricdən-pul aldıqları mənbələrdən, erməni lobbisindən nə təlimat gəlirsə, onu da icra edir. Maliyyəni buraxanlar kimlərdirsə, sifarişi də həmin dairələr verir. Əli Kərimliyə deyirlər ki, öz çörək kəsdiklərinlə, müttəfiqlərinlə, illər boyu dostluq elədiklərinlə də düşmən olacaqsan və əvəzində sənə filan qədər qrant ayıracağıq. Bu adam da nadürüstün biridir. Bir vaxtlar pula görə öz liderini satıb. Ona görə də, anındaca belə təkliflərlə razılaşır. Düzdür, Müsavat da eyni bezin qırağıdır. Sadəcə, məsələ burasındadır ki, bu partiya son vaxtlar xarici qrant biznesindən kənarda qalıb, onlara pul təklif edən yoxdur. A.Hacılıya da təsir edən budur ki, necə ola bilər ki, Kərimli alsın, mən almayım? Xüsusi olaraq, bir məqama diqqət çəkmək istəyirəm. Bu yaxınlarda AXCP-nin Şəki rayon təşkilatının sədrliyindən uzaqlaşdırılan Sahib Kərimli öz keçmiş lideri haqqında maraqlı ittihamlar səsləndirdi. Dedi: "Necə olur ki, 25 il müxalifətdə olan Ə.Kərimli yağ-bal içində yaşayır, öz uşaqlarını dünyanın ən bahalı universitetlərində oxudur, amma biz bu avantüristin arxasına düşüb bədbəxt oluruq?" Həqiqətən də, maraqlı sualdır. Bu adamın pulu hardandır? Həm də bu qədər? Şəxsən mənim əlimdə olan məlumata görə Ə.Kərimlinin oğlu keçən ilin dekabrında İsveçrənin tanınmış bir bankından bir dəfəyə 200 min avro pul çəkib. Necə olur bu? Məncə, Kərimli başından yekə danışmaqdansa, bu cür mövzulara aydınlıq gətirsin.

- Zaman-zaman Əli Kərimli ilə İsa Qəmbər arasında gedən qarşıdurma bu gün Arif Hacılı, Əli Kərimli və Cəmil Həsənli arasında davam etməkdədir. Demək olarmı ki, müxalifətdaxili intriqaların genişlənməsinin səbəbkarı bu üçlərdir?

- Müxalifətdaxili intriqaları yaradan həmişə Əli Kərimli olub. İntriqa bu adamın həyat kredosudur. Ona görə də tarix, insanlar, cəmiyyət və xalq tərəfindən lənətlənərək çıxdaş edilib. Hamı bu ünsürün hansı yuvanın quşu olduğunu yaxşı bilir. Ələlxüsus da, siyasətdəkilər. Arif Hacılı və Cəmil Həsənliyə gəlinsə isə...Arif Hacılnın tək dərdi Ə.Kərimlidə olan pulları bölməkdir. Həsənli isə 60 yaşından sonra kim olmasına qərar verən adamdır. Aralarında elə ən yazığı da odur. Ahıl yaşında özünü gör bir nə fasona salıb, artistlik və farmazonluq edir.

- Müxalifətin zəif, siyasi-ictimai proseslərdən kənarda qalmasının da əsas səbəbini müxalifətdaxili qarşıdurmalar və biri-birinə ünvanlanan ittihamlarla əlaqələndirmək olarmı?

- Müxalifətin zəifliyi onların uğursuz, plansız və elektoratsız olması ilə bağlıdır. Dağıdıcı müxalifət ünsürləri siyasi bomjlardır. Bir bomj necə ki, araq, kolbasa və zavod çörəyini bir arada görərək, xoşbəxt ola bilirsə, Kərimli kimi yaramazlar da xaricdən 3 manatlıq dilənçi payı alan kimi, dünyanın ən bəxtəvər adamına çevrilirlər. Bunlar üçün siyasi kişilik anlayışı və satılmayacaq dəyər qalmayıb. Milləti də, dövləti də hər an qumara qoymağa hazırdırlar. Xalq bütün bunları bildiyi üçün radikal müxalifətə dəstək vermir və ona görə də bu uğursuzların piketlərinə gələnlərin sayı 500 adamdan o yana keçmir. Yəni hər şey məntiqə uyğundur. Kəramətləri nədirsə, gücləri də odur.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib