PDF Oxu

Müsahibə

  • 2 557

Müxalifət düşərgəsində xaos hökm sürür

image

Mais Səfərli: "Nə Əli Kərimli, nə də onun tərəfdarları Arif Hacılıya güzəştə getmək fikrində deyillər"

Müsahibimiz "Yurddaş" Partiyasının sədri Mais Səfərlidir

- Mais bəy, ADP-nin sədri Sərdar Cəlaloğlunun iddiasına görə, müxalifətin pərakəndəliyinin və dağılmasının qarşısının alınması üçün ümumi bir birliyin yaradılmasına ehtiyac var. Sizcə, hazırkı məqamda müxalifətin bir blok ətrafında birləşməsi nə dərəcədə realdır?

- Birlik o yerdə ola bilər ki, orada vahid bir milli ideologiya olsun. Müxalifət düşərgəsini təmsil edən şəxsləri isə milli maraqlar yox, ancaq şəxsi maraqlar düşündürür. Fəaliyyətlərini də bu istiqamətdə qururlar. Sözün açığı, müxalifətin anormal fəaliyyətlərini izlədikdə, onlara siyasi təşkilat deməyin özü də mövcud standartlara uyğun gəlmir. Nəyə görə? Çünki siyasi təşkilat normal bir siyasi fəaliyyət göstərməlidir. Ancaq mövcud olan dağıdıcı müxalifət qüvvələri ayrı-ayrı şəxslərin ətrafında olan insanlardan ibarət kiçik siyasi qruplardır. Onların da hər biri müəyyən qütblərə bağlıdırlar və burada da milli maraqlardan, milli ideyalardan və təşəbbüslərdən söhbət gedə bilməz. Ona görə də, onları bir araya gətirərək, birləşdirmək qeyri-mümkündür.

- Zaman-zaman müxalifət partiyalarının müxtəlif yönümlü blok və qurumları olub. Amma partiya sədrlərinin iddiaları həmin qurumların dağılmasına gətirib çıxarıb. Gözlənilmədən hər hansı bir blok yaranarsa, yenidən həmin blokların qısa müddətdə dağılacağını ehtimal etmək olarmı?

- Ola bilsin ki, ölkədə keçiirlən seçkilər öncəsi müxalifət təmsilçiləri tərəfindən hər hansı bir blok yaradılsın. Çünki blokların özünün yaranması bir sosial mesajdir. Yəni partiyalar ondan qacmaq istəmirlər. Əgər partiyalar o blokların yaranması təkliflərindən qaçarlarsa, onda olub-qalan 5-10 tərəfdarlarını da tamamilə itirə bilərlər. Ona görə də, onlar hansısa birləşmək və blok yaratmaq xatirinə seçkiöncəsi, xüsusilə də, Qərbdə olan bəzi qüvvələrə xoş gəlmək üçün hər hansı bir bloklar yarada bilərlər. Ancaq o blokların da sonu öncəki seçkilər ərəfəsi yaradılan, ancaq dağılan bloklardan fərqlənməyəcək. Hər zaman olduğu kimi, orada yenə də şəxsi maraqlar və ambisiyalar uğurunda savaş gedəcəkdir. Sonda həmin bloklar dağılacaqdır. Demək olar ki, bu, artıq radikal müxalifət düşərgəsinə xas olan bir haldır.

- Ümumiyyətlə, nə dərəcədə gözləniləndir ki, təkəbbürlü və iddialı görsənən Əli Kərimli "Milli Şura"dan imtina edərək, Müsavat başqanı Arif Hacılının və yaxud da Sərdar Cəlaloğlunun ideya müəllifliyi ilə yaradılan hansısa bir qurumda təmsil olunsun?

- Əli Kərimli "Milli Şura"dan imtina edərək, Müsavat başqanı Arif Hacılının və yaxud da Sərdar Cəlaloğlunun ideya müəllifliyi ilə yaradılan hansısa bir qurumda təmsil olunması mümkün deyil. Ola bilsin ki, müzakirələr getsin. Yəni həmin şəxslər gündəmdə qalmaq üçün və xaricdə olan havadarlarının təkidi ilə belə bir addım atılsın. Əslində, nə Əli Kərimli, nə də onun tərəfdarları Arif Hacılıya güzəştə getmək fikrində deyillər. Çünki öz iddialarından və ambisiyalarından əl çəkməyəcəklər. Demək olar ki, müxalifət düşərgəsini təmsil edən liderlərin bu ambisiya savaşları həmin blokların uzunömürlü olmamasına gətirib çıxarır.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib