Niyaməddin Orduxanlı: "Əli Kərimlinin İsa Qəmbər haqqında işlətdiyi təhqiramiz ifadələr mətbuatda ən çox gülüş obyekti kimi müzakirə olunan mövzulardandır "
Müsahibimiz BAXCP sədrinin müavini Niyaməddin Orduxanlıdır
- Niyaməddin bəy, "ACP"-nin keçmiş lideri Rəsul Quliyev yeni bir partiya yaratmaq üçün Bakıdakı nümayəndələrinə tapşırıq verib. Sizcə, siyasi cəhətdən məhv olmuş bir şəxsin yenidən aktivliyi nəzərə çarpa biləcək bir qurum yaratması nə dərəcədə mümkündür?
- 20 ildən artıqdır ki, Rəsul Quliyev mühacirətdədir. Yəni R.Quliyev Azərbaycanda yaşamır. Bu 20 il ərzində də R. Quliyevin bir necə partiyada sədr və həmsədr olması faktı var. Artıq 3-4 dəfədir ki, R. Quliyev yeni partiya yaradır. Demək olar ki, bu şəxsin yaratdığı partiyalar prespektiv baxımından nəyə isə nail olmur. Bunun da səbəbi cəmiyyətin R.Quliyevə nifrət etməsi və onun irəli sürdüyü ideyaları qətiyyətlə rədd etməsidir.
- Cəmiyyətin R.Quliyevi və ya digər müxalif partiya yetkililərini qəbul etməməsi nə ilə bağlıdır?
- Səbəb, bəllidir. Onlar xalqa və dövlətə zidd fəaliyyət yolu tutublar. Hər zaman xarici qüvvələrin əlaltısı rolunda çıxış edib, onların pozuculuğa hesablanan göstərişlərini yerinə yetirməyə çalışıblar. Bu baxımdan, birmənalı tərzdə demək olar ki, R.Quliyevin və ya hansısa tarixin arxivinə atılmış müxalif tipin meydana çıxaraq, yaratmağı planlaşdırdığı növbəti bir partiyanın güclü bir imkanlarının, bazasının və potensialının olması mümkün deyil. Bildiyiniz kimi, riyaziyyatda bir termin var: toplananların yeri dəyişəndə, cəm dəyişmir. Yəni fərqi yoxdur ki, partiyanın adını dəyişdir və yaxud da yeni bir partiya təsis et, nəticə etibarilə onun uğurun astanasında belə olması mümükün deyil.
- Rəsul Quliyevin iddialarına görə, yaranacaq yeni partiyanın ətrafında digər müxalifət partiyalarından transferlər olacaq. Sizcə, belə halın baş verməsi gözləniləndirmi?
- Bu günə qədər belə hallar olub. Yəni Əli Kərimli, İsa Qəmbər, indi də Arif Hacıl ilə birgə kaolisiyada təmsil olunublar. Seçki ərəfəsində "Azadlıq" və digər bloklar adı altında birləşərək, fəaliyyət göstərməyə cəhd ediblər. Sonda nə dəyişib ki? Maraqları toqquşduğundan ayrılmaqla, yaratdıqları blokların buraxıldığını elan ediblər. Amma bugünkü vəziyyətdə onların sosial şəbəkədə, mətbuatda daha çox bir-birinə ittiham etmələri, bir-birinə qarşılıqlı təhqir yağdırmaları tendensiyası var.
- Birləşmənin baş tutmaması liderlərin bir-birinə güzəştə getməməsi ilə bağlı olduğunu demək olarmı?
- Bu gün Müsavat partiyasının yeni başqanı Arif Hacılının Rəsul Quliyev haqqında dediyi aşağlayıcı fikirlərə və yaxud da Əli Kərimlinin İsa Qəmbər haqqında işlətdiyi təhqiramiz ifadələr mətbuatda ən çox gülüş obyekti kimi müzakirə olunan mövzulardandır. Bu baxımdan, müxalifətin birləşməsi mümkün deyil. Onlar yalnız seçki dövründə bir blokda birləşə bilirlər ki, bu da yalnız onlara maliyyə yardımları verən xarici qüvvələrin tapşırığı əsasında baş verir. İndi isə seçki dövrü deyil. Ona görə də, R. Quliyevin iddiasının reallaşması qeyri-mümkündür.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib