Müsahibə

  • 6 046

Bu günümüz və sabahımız Ülu Öndər Heydər Əliyevin yaratdığı özül üzərində ucalır

image

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə

- Arif müəllim, mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur. Bu əlamətdar hadisə münasibətilə ölkəmizdə müxtəlif tədbirlər keçirilir, o cümlədən, Ulu Öndərimizi yaxından tanıyan şəxslər Onun haqqında xatirələrini bölüşürlər. Bu mənada, siz fenomenal şəxsiyyət olan Heydər Əliyevi necə xatırlayırsınız?
-Azərbaycanın yeni tarixinin bütöv bir dövrü XX əsrin nəhəng dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmişdir. Bu dövr iki hissədən ibarətdir. Birinci hissə 1969-1988-ci illəri, ikinci hissə isə sonrakı 15 ili əhatə edir. Düzdür, bu dövr ərzində Heydər Əliyev bir neçə il Azərbaycanın dövlət başçısı olmayıb, Bakıda yaşamayıb. Ancaq Heydər Əliyev hansı vəzifədə və harada olmasından aslı olmayaraq, Azərbaycanın hər bir şüurlu vətandaşı onun dövlətçilik məharətinə, xalqına, vətəninə olan sevgisinə inanıb və güvənib.
Heydər Əliyev ilk dəfə 1969 –cu ilin yayında Azərbaycana rəhbər seçilməsi ərəfəsində respublikadakı vəziyyəti yaxşı xatırlayıram. Leninqrad şəhərində dissertasiya müdafiə etdikdən və Krasnodar vilayətində bir müddət işlədikdən sonra Bakıya yenicə gəlmişdim. Və özümdən aslı olmayaraq, ora ilə buranı daima müqayisə edirdim. Əfsuslar olsun ki, bu müqayisə heç də bizim xeyrimizə olmurdu. Cəmiyyətdə bədbinlik, ətalət, inamsızlıq əhval – ruhiyyəsi hökm sürürdü. Çoxları düşünürdü ki, həyatın mövcud axarına təsir etmək, onu dəyişdirmək mümkün deyil. Sosial –iqtisadi göstəricilərin əksəriyyətinə görə respublikamız ölkədə axrıncı yerlərdən birini tuturdu.Kənd təssərüfatı və sənaye məhsullarının, demək olar, bütün növlərinin istehsalı ilbəil azalırdı.
Ermənistanın respublikamıza qarşı ilk açıq ərazi iddiaları da həmin dövrə aiddir. Bu iddiaların hansı faciəli nəticələrə gətirə biləcəyini əhalinin böyük əksəriyyəti dərk etmirdi. Lakin, bu iddialar şəraiti xeyli kəskinləşdirir, xalqın respublika rəhbərlərinə inamsızlığını daha da artırırdı. Ulu Öndər Heydər Əliyev ictimai-siyasi həyatda yenicə yaranmaq istəyən meyilləri məharətlə sezir və respublikanı qarşıdakı sınaqlara vaxtında hazırlamaq üçün hər şeyi edirdi.Yüksək vəzifəyə seçildiyi ilk günlərdəAzərbaycana ərazi iddiaları ilə əlaqədar olaraq Ermənistan rəhbəri ilə görüşdü. Onların danışıqları barədə heç bir məlumatımız yoxdur, lakin erməni tərəfi anladı ki, Heydər Əliyev dövründə bütün səyləri əbəsdir. Sonrakı 19 il ərzində belə cəhdlər göstərilmədi.
- Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində gördüyü işlər haqqında nə deyə bilərsiniz?
-Ulu Öndər Heydər Əliyev geriliyin, inamsızlığın və sosial ətalətin aradan qaldırmasına nail oldu.1969-1982-ci illərdə iqtisadiyyatın bütün sahələrində köklü dəyişikliklər aparıldı. Kənd təsərrüfatı,yüngül və yeynti sənayeləri və diğər sahələr sürətlə inkişaf etdi, mühüm sosial dəyişikliklər həyata keçirildi,insanların güzaranı yaxşılaşdı.Sənayedə struktur dəyişiklikləri edildi,mövcud sahələr moderinləşdirildi. O vaxt sənaye məhsulunun əsas həcmi neftmaşınqayırması və neftemalı zavodlarının payına düşürdü. Bu məhsulların keyfiyyəti də yüksək deyildi.Əhalinin rifah halı istehsalın məhdud bir sahəsində işlərin vəziyyətindən aslı edilmişdi. Problem çoxdan yaranmışdı, lakin sahənin müasirləşdirilməsi istiqamətində bir fəaliyyət yox idi.
Heydər Əliyevin rəhbərliyi ilə sənayenin inkişaf proqramı həyata keçirildi. Azərbaycanda elektrotexnika,cihazqayırma, elektronika, dəzgahqayırma kimi mütərəqqi, elm tutumlu sahələrə aid yüzlərlə iri birlik, müəssisə və zavodlar yaradıldı.Energetika, neft kimyası, tikinti sənayesi güclü təkan aldı.Neft maşınqayırması və neftayırma zavodları modernləşdirildi.
Elm, ədəbiyyat, mədəniyyət, incəsənət parlaq inkişaf yolu keçdi.Azərbaycan xalqının mədəni və tarixi irsi geniş təbliğ edildi.Azərbaycanın görkəmli xadimləri ölkədə və onun hüdudlarından kənarda böyük rəğbət qazandılar. Respublikada yeni ali məktəblər və tədqiqat müəssisələri,onlarca kafedra və laboratoriyalar yaradıldı. Ali məktəblərə qəbul xeyli artırıldı. Moskvanın, Leninqradın, Kiyevin və ölkənin diğər şəhərlərinin ali məktəbləri hər il Azərbaycandan əvvəlcə 500, sonralar isə 1000 nəfər gənci qəbul etməyə başladılar.
Sovet dövründə bir qayda olaraq azərbaycanlılar heç bir hərbi peşəyə yiyələnmirdilər, əsasən tikintidə, digər yardımçı sahələrdə xidmət edirdilər. Misal üçün, hərbi aviasiyada, pilot ixtisasında bir nəfərdə azərbaycanlı yox idi. Əlbəttə, belə halın yaranmasında Azərbaycana qarşı ittifaqda mövcud olan qeyri- səmimi münasibətin də təsiri var idi. Ancaq, açıq deməliyik ki, özümüzdə bu məsələyə heç bir maraq göstərmirdik, hərbi ixtisas üzrə milli kadrların olmasının əhəmiyyətini anlamırdıq. Heydər Əliyev azərbaycanlıların hərbi məktəblərə, o cümlədən hərbi aviasiya məktəblərinə göndərilməsini,onların hərbi ixtisaslara yiyələnməsi məsələlərinə nail oldu. Gəncləri yüksək vətənpərvərlik ruhunda tərbiyyə etmək, ölkənin gələcək sınaqlara hazırlamaq məqsədi ilə müttəfiq respublikaların içində ilk və yeganə hal idiki Azərbaycanda Naxçıvanski adına hərbi məktəb yaradıldı. Bu məsələ yuxarılarda qısqanclıqla qarşılansada, Heydər Əliyevinsəyləri nəticəsində öz müsbət həllini tapdı. Azərbaycan kosmanavt hazırlamaq vəzifəsini qarşıya qoyuldu.Bu məqsədlə ixtisaslaşdırılmış üçüş məktəblərinə onlarca gənc göndərildi.
1978 – ci ildə Heydər Əliyevin bilavasitə rəhbərliyi altında Azərbaycan Konstitusiyası hazırlanırdı. Konstitusiya layihəsində ana dilimizə dövlət dili statusu verilməsi nəzərdə tutulurdu.İttifaq rəhbərlərinin bir çoxunda bu fikir ciddi narazılıq doğurdu.Hətta, Ukraynanın o vaxtkı rəhbəri, Sovet İKP MK Siyasi Bürosunun üzvü Heydər Əliyevə irad da tutmuşdu. Ancaq, bu, Azərbaycanın gələcək müstəqilliyinə yönədilmiş ən sanballı addım idi və Heydər Əliyev bu müddəanın Konstitusiyada təsbit edilməsinə nail oldu.
1982 – ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsinə irəli çəkildi. Siyasi Büroya üzv seçildi- Sovet İttifaqı Kommunist Partiyasının ən yüksək pilləsinə. Bu vəzifədə Heydər Əliyevin fəaliyyəti əvvəlki dövrlə müqayisə olunmayan bir miqyas almışdı. Ancaq, bu yüksək və məsuliyyətli vəzifədə o, heç vaxt Azərbaycanı unutmur, daim onun sevincinə, kədərinə şərik olur, respublikanın iqtisadi və sosial inkişafı barəsində düşünürdü.
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda beynəlxalq miqyaslı kurort və turizm sahəsinin inkişafına dair xüsusi proqram hazırlandı.Proqramda Abşeron yarımadasında və bütün Xəzər boyu müasir istirahət zonasının yaradılması nəzərdə tutulurdu.Gəncədə nəhəng avtomabil zavodunun tikintisi planlaşdırılırdı, bir neçə müasir hərbi sənaye kompleksi müəssisəsi, elektron hesabalama maşınları zavodu və diğər obyektlərin inşası nəzərdə tutulurdu.Əfsuslar olsun ki, respublika rəhbərliyinin bacarıqsızlığı, siyasi bəsirətsizliyi nəticəsində bu və başqa obleyktlərin inşası başa çatdırılmadı.
- 1990-cı illərin əvvəlində Azərbaycan olduqca mürəkkəb vəziyyətlə qarşı-qarşıya idi və faktiki olaraq siyasi, iqtisadi böhran dərin tənəzzülə yol açmışdı. Həmin dövrdə həm müstəqilliyin qorunub saxlanması, həm də milli dirçəlişin təməlinin qoyulması istiqamətində Ulu Öndər Heydər Əliyevin xidmətlərini necə dəyərləndirirsiniz?
-Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci gəlişi Azərbaycanın müasir tarixində ən faciəli dövrdə -1993-cü ildə baş vermişdi.Ölkədə vəziyyət günbəgün pisləşir, hakimiyyət tam iflic vəziyyətə düşür.Partiyalar, ictimai-siyasi hərakatlar, nəhayət, bəzi imkanlı adamlar silahlı dəstələr və silahlı birləşmələr yaradırlar. Kriminal düşüncəli adamlar ağsaqqallıq etmək,dövlət rəhbəri olmaq iddiasına düşür və hətta buna nail olurlar.
Azərbaycan müharibəni açıq –aşkar uduzur. Erməni silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin ələ keçirilməsi hamını çaşqın vəziyyətə salır. Cəmiyyətdə müdafiəsizlik və yaşayışın mümkünsüzlüyü övqatı kütləvi xarakter alır. Prezident dönə -dönə Heydər Əliyevə müraciət edərək Bakıya gəlməsini xahiş edir.
1993-cu il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilir, bir neçə gündən sonar isə prezident Bakıdan qaçdığına görə Milli Məclisin qərarına uyğun olaraq, hakimiyyəti bütünlüklə öz öhdəsinə götürür. Azərbaycan tarixində Heydər Əliyev zəmanəsinin ən dinamik, gərgin və səmərəli dövrü başlanır.Heydər Əliyevin nəhəng səyləri nəticəsində artıq başlanmış vətəndaş müharibəsinin alovları söndürülür.Lənkəranda və Gəncədə tabelikdən çıxmış silahlı birləşmələr tərkisilah edilir.Döyüş qabiliyyətinə malik əsl ordu yaradılır və onun döyüş qüdrəti sayəsində atəşkəs sazişinin bağlanması mümkün olur.
Xəzər dənizinin neft və qaz ehtiyyatlarının işlənməsi, yeni tranzit xətlərin çəkilməsi, Qədim İpək Yolunun bərpası, diğər transkontinental layihələrin reallaşdırılması nəticəsində Azərbaycana beynəlxalq siyasi və maliyyə marağı yaranır. Republikamız dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilir. Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yaradılır. İntellektual elitanın içərisindən çıxmış insanların təşəbbüsü əsasında formalaşan partiya respublikanın ən nüfuzlu siyasi təşkilatına çevrilir.
Heydər Əliyev iki dəfə respublikanın rəhbəri olduğu 30 ildən artıq bir dövr Azərbaycanın çoxəsirlik tarixində kiçik bir müddətdir.Lakin, bu dövr dövlətçiliyimizin və xalqımızın milli süurunun formalaşmasında tarixi bir mərhələ təşkil edir. Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsinə, çiçəklənmə, cəmiyyətdə yeni dünyabaxışının yaranması, insanların öz qüvvə və imkanlarını dərk etməsi dövrünə çevrilmişdir. Biz naqislik kompleksi hissinə yaxın olan bir vəziyyətdən xilas olduq,özümüzü daha inamlı hiss etməyə başladıq, gözümüzdə dəyərlərimiz yüksəldi.
1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı yenicə əldə edilmiş müstəqilliyimizi, dağılmaqda olan dövlətçiliyimizi, hər kəsin və bütövlükdə millətin şərəf və ləyaqətini qorudu.Bu dövürdə demokratik inkişafın əsasları yaradılmaqla, uğurlu iqtisadi siyasət müəyyən edilib, həyata keçirildi.
- Arif müəllim, bu gün müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli Liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına müvafiq surətdə uğurla davam etdirilir. Bu baxımdan, müasir müstəqil Azərbaycanın hazırkı mənzərəsini necə dəyərləndirirsiniz?
-2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. İdarəçilikdə yeni ideya və yanaşmalar tətbiq olundu. İqtisadiyyatın sürətli inkişafı, ardıcıl, yüksək professionallıqla aparılan səmərəli xarici siyasət, ölkənin maliyyə imkanlarının artmasına, bir çox sosial problemlərin həllinə, ordumuzun müasir hərbi silah-sursatla təmin edilməsinə, ölkəmizin nüfuzunun beynəlxalq aləmdə yüksəlməsinə gətirib çıxardı. Biz yaxşı dərk edirik ki, bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı özül üzərində ucalır.
Sonda, Ermənistanın 1988-ci ildəki rəhbəri Dəmirçiyanın bir çıxışını yada salmaq istəyirəm.Yeravanın Teatr meydanında, o, aşağıdakı sözləri demişdir: “ Ey mənim sevimli erməni millətim, biz həlli mümkün olmayan bir işdən yapışmışıq. Yaxşı bilin ki, 20-ci əsrdə türklərin yetişdirdiyi iki qüdrətli adam var : Atatük və Heydər Əliyev. Onlardan ikincisi sağdır. Bütün cəhdlərimizə baxmayaraq, o, çekist məharəti ilə hər tələdən qurtarır. Bilin ki, nə qədər o sağdır, biz nə Qarabağı ala biləcəyik, nə də başqa əraziləri. O, bizdən ağır zərbələr alsa da, Azərbaycan xalqı ən çətin günlərdə yenidən onu Bakıya gətirəcək və bununlada bizim arzularımız puça çıxacaqdır”. Bu fikrə nə demək olar ?! Yalnız bir kəlmə: “ Ay başı bəlalı erməni xalqı, yadda saxla ki, Atatürk və Heydər Əliyevlə yanaşı, türk dünyasının İlham Əliyevi də var!”.

yap.org.az

Digər xəbərlər