PDF Oxu

Əsas

  • 46 833

Rusiya Dövlət Dumasında "Heydər Əliyevin 100 illiyi" sərgisi açılıb – FOTO REPORTAJ

image

Dövlət Dumasının komitə sədri Leonid Kalaşnikov: Heydər Əliyev Rusiyada yaxşı xatırlanır və onun töhfəsi yüksək qiymətləndirilir

“Bu şəxsiyyətin böyüklüyü tələb edir ki, gənc nəsillər onun haqqında bilsinlər”. Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin rəhbəri Leonid Kalaşnikovun adını çəkdiyi şəxsin təqdimata ehtiyacı yoxdur. Bu gün Dövlət Dumasında məhz Heydər Əliyevdən danışırlar. Səbəb orada açılan, Azərbaycan xalqının ümummilli liderinin 100 illik yubileyinə həsr olunmuş sərgi və təbii ki, onun siyasi uğurları, keçdiyi həyat yolu idi.

“Moskva-Baku” portalının əməkdaşları sərgidə olub və Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikovla söhbət edib. Deputatın fikirlərini oxucularımzıa təqdim edirik.

L.Kalaşnikovun qeyd etdiyi kimi, Heydər Əliyev siyasətçi kimi bir neçə ömür yaşayıb. Onun siyasi həyatının ilk hekayəsi onun bir çox parlaq layihələr həyata keçirdiyi Moskva ilə bağlıdır. Sonra gediş oldu və bir müddət sonra həyatının ikinci siyasi səhifəsi onun üzünə açıldı- bu dəfə Azərbaycan respublikasında.

“Əlbəttə, Heydər Əliyev haqqında hamı bilir, hamı onu xatırlayır. Üstəlik, çoxlarını maraqlandırır - niyə Qorbaçov Heidar Əliyeviçlə belə ədalətsiz davrandı? Çünki başa düşürdü: o, nəinki vəzifədə Qorbaçovu əvəzləməyə, hətta Sovet İttifaqını qoruyub saxlamağa, dövlətçiliyi qoruyub saxlamağa qadir adamdır. Heydər Əliyev çox istedadlı insandır. Tarixdə belə insanlar, əfsanəvi şəxsiyyətlər, siyasətçilər azdır ki, indi xatırlanır. Qriqori Romanov, Pyotr Maşerov və Heydər Əliyev: bunlar Sovet İttifaqına rəhbərlik edə biləcək insanlar idi. Ona görə də Qorbaçov Heydər Əliyevi tutduğu vəzifədən uzaqlaşdırdı.

Dövlət Dumasında Heydər Əliyevə həsr olunmuş sərgi Rusiyanın bütün regionlarının deputatlarına bu görkəmli siyasətçi haqqında danışmağa, onu xatırlatmağa imkan verir.

Heydər Əliyev də siyasi həyatının ikinci səhifəsini açdı... Artıq “təqaüdə çıxan”, Qorbaçov tərəfindən təzyiqə məruz qalan Heydər Əliyev vətəndaş müharibəsindən yanan Azərbaycana qayıtdı. Onu doğma respublikada sadə insanlar çağırıb deyirdilər: “Xahiş edirik, Heydər Əliyev, qayıdın, görün nə baş verir!”. Və o, onları eşitdi, dinlədi və çox şey etdi. O, Sovet İttifaqının dağılmasından sonra yeni müstəqil ölkəni süqut astanasına gətirən vətəndaş müharibəsini dayandırdı.

Sərgi niyə Dövlət Dumasında keçirilir? Əslində çox az adam bilir ki, Heydər Əliyev Naxçıvanın deputatı, sonra Naxçıvan MR parlamentinin sədri, sonra Azərbaycan parlamentinin deputatı, sonra isə parlamentin sədri olub. Növbəti addım yeni nəfəs verəcəyi, bu gün çiçəklənən dövlətin başçısı postu idi”, - Leonid Kalaşnikov deyir.

Leonid Kalaşnikov Heydər Əliyevh ilə şəxsən tanış deyildi, lakin etiraf edir ki, o, belə görkəmli siyasətçi ilə işləmək arzusunda olardı.

“Bir dəfə Azərbaycana səfərlərimin birində pravoslav keşişi xüsusi bir əhvalat danışdı. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdanda mübaliğəsiz Bakının küçələrində quldurlaat oynadırdılar- mən Sovet İttifaqı dağılandan sonra Azərbaycan Respublikasında da baş verən vətəndaş müharibəsindən danışıram. Baş verənləri görən və başa düşən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi vaxtda bir dəfə bu pravoslav keşişinin yanına gəlib deyib: “Rus icmasını toplayın və onlara deyin ki, respublikadan çıxmasınlar. Axı onlar bizim “qızıl fondumuz”dur. Qoy qalsınlar”. Heydər Əliyev ölkədəki bütün millətlərin nümayəndələri ilə belə danışırdı. Ona görə də bugünkü sərgi təkcə yubileylə bağlı deyil. Bu, son dərəcə vacib və zərudirdir.

Yeri gəlmişkən, bir neçə il əvvəl biz burada, Dövlət Dumasında ilk ölkə brifinqini keçirdik. Və bu layihənin başlanğıcı məhz Azərbaycandan verilib. Bundan sonra biz Rusiya turizminin Azərbaycana böyük artımının şahidi olduq”, - deyə Leonid Kalaşnikov bildirib.

Heydər Əliyev necə işləyirdi? Bu suala Dövlət Dumasında Kommunist Partiyasının fraksiyasının rəhbəri Gennadi Züqanov da cavab verə bilər,- Leonid Kalaşnikov deyir.

"Onların Heydər Əliyeviçlə çoxlu iş görüşləri, səfərləri olub. O, tez-tez həmkarları ilə xatirələrini bölüşür. Gennadi Andreyeviçin atası Böyük Vətən Müharibəsi zamanı yaralanıb və bir il Bakıda müalicə olunub. Orada da ayağa qalxıb. Faktiki olaraq o, ölümcül yaralanmışdı. Gennadi Andreyeviç və Heydər Əliyeviç Mərkəzi Komitəyə birlikdə gəldilər. Əliyev daha yüksək rütbəli idi, lakin Gennadi Andreyeviç Mərkəzi Komitənin sektor müdiri kimi ona çox kömək etdi və Siyasi Büronun üzvü kimi ona bağlandı. Gennadi Andreyeviç və Heydər Əliyeviç birlikdə çox səyahət etdilər, Züqanov dünən Dövlət Dumasında Heydər Əliyevə həsr olunmuş sərginin açılışında onun həyatının bu səhifələrini, onunla əməkdaşlıq etdiyini xatırladı və danışdı "- Leonid Kalaşnikov dedi.

"Heydər Əliyev həm Sovet İttifaqının inkişafına, iqtisadiyyatının möhkəmlənməsinə, həm də SSRİ dağılandan sonra vətəni- Azərbaycanın inkişafına böyük töhfələr verib. Heydər Əliyev Rusiya ilə Azərbaycanın bir yerdə olması üçün çox işlər görüb. Münasibətləri dostluq, qarşılıqlı hörmət və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qurub. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev atasının yolunu davam etdirir.

İlham Heydəroviçlə bir neçə dəfə görüşdük. O, atasının siyasətinin parlaq davamçısı, möhkəm siyasətçidir. Bunun bir nümunəsi odur ki, biz burada, Rusiyada neft şirkətini dövlətin mülkiyyətində saxlaya bilmədik. Qazaxstanda da, digərlərində də bunu edə bilmədilər. Amma Azərbaycanda bu işə yaradı. Biz Bakıda inanılmaz inkişafdan və ya Azərbaycan paytaxtında tikilən binalardan danışanda başa düşürük ki, yalnız dövlət bunu ödəyə bilər. Biz də bu təcrübədən istifadə edirik. Görüşlər zamanı biz İlham Heydəroviçlə çox şeylər danışırıq. Təbii ki, o, atasını sevir, onun ayrılıq sözlərini xatırlayır və həyata keçirir. Azərbaycan, mən əminəm ki, uğur qazanacaq”, - Leonid Kalaşnikov bildirib.

Dövlət Dumasında Heydər Əliyevə həsr olunmuş sərgini unikal adlandırmaq olar. Nadir fotoşəkillər, sertifikatlar, portretlər, xatirə əşyaları və hətta BAM-ın açarı burada toplanıb- böyük bir insanın hekayəsini, əbədi davam edən bir böyük həyat yolunun hekayəsini birləşdirən bütün fraqmentlər.

Tatyana Novikova,

Nina Terexova

Tərcümə- Elçin Bayramlı

Digər xəbərlər