Görkəmli dövlət xadimi, yazıçı, publisist, maarifçi, dramaturq, həkim, Azərbaycan SSR-in qurucusu və ilk rəhbəri Nəriman Nərimanovun anadan olmasının 155 illiyi ilə əlaqədar Bakı Atatürk Mərkəzində tədbir keçirildi. Tədbirdə mərhum dövlət xadiminin həyatı, yaradıcılığı və mübarizəsiylə bağlı ziyallılarımızın, o cümlədən tarixçi-alim Firdovsiyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru Rəna Bayramova, dövlət xadimi, sabiq xarici işlər naziri Həsən Həsənov, fizika-riyaziyyat elmləri doktoru, yazıçı, publisist, şair Hamlet İsaxanlı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, həkim-valioloq İbrahim Əsədli və digərləri çıxışlar ediblər. Çıxışçılar Nərimanovun həm ictimai-siyasi, həm ədəbi, həm də həkimlik fəaliyyəti haqda danışıb, böyük şəxsiyyətimizin həyat yoluna işıq tutublar. Tədbirdə Nərimanov haqda kitablar və xatirə döş nişanları paylanıb.
Elçin