MİA

  • 8 812

Rusiyalı politoloq: İrəvanın siyasəti Ermənistan üçün pis bitəcək - MÜSAHİBƏ

image

Aleksey Fenenko: Ermənistan təkcə Laçın yoluna deyil, Zəngəzur dəhlizinə nəzarəti də itirəcək

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Fenenko “Moskva-Baku” portalına müsahibəsində son hadisələr fonunda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması perspektivləri barədə danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Ermənistan tərəfinin sonsuz təxribatlarından sonra Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırıb. Bunu necə qiymətləndirirsiniz?

- Paşinyan rejimi daha bir böyük məğlubiyyətlə üzləşdi. Məsələ hətta keçid məntəqəsinin özündə deyil, Ermənistan daxilində onun ətrafında hansı isterikanın qızışdırılmasındadır. Bundan sonra Paşinyan öz millətçilərindən ehtiyat etməlidir, onlar şübhəsiz ki, Ermənistanın belə məğlubiyyətini sevmirlər.

Ermənistanın baş naziri, böyük ehtimalla, onun üçün daha radikal bir əvəz tapmaq arzusunda olan millətçi müxalifətin güclənməsindən çəkinir. Beləliklə, Nikola Vovayeviçin problemləri daha da artacaq və burada günahkarı kənarda axtarmağa ehtiyac yoxdur - yalnız o özü bu keçid məntəqəsi ətrafında ölkə daxilində isteriyanı qızdırdı, buna görə də bunu başa düşür.

- Aleksey Valeryeviç, erməni müxalifəti havaya uçurulmayıbmı? İki il özünü müxalifət lideri kimi göstərməyə çalışan həmin İşxan Saqatelyan bu günlərdə kölgədən çıxdı. O, uğur qazana bilmədi. Onun rəhbərliyi altında qışqırıb bağırdılar, Azərbaycan və Türkiyə bayraqlarını yandırdılar, lakin bu iş nəticəsiz bitdi...

- Müxalifətlər fərqlidir. Müharibə etmək arzusunda olan radikal müxalifət hakimiyyətin özündə də mövcuddur. Bu dairənin Paşinyandan qurtulmağa çalışacağını istisna etmirəm. Ona təsir yalnız yenidən güclənəcək. Və bu təhlükəni yadda saxlamaq lazımdır.

- Xatırlayırıq ki, əvvəlcə Ermənistanla Qarabağın Bakının nəzarətində olmayan hissəsini birləşdirən Laçın yolu dəhliz statusu daşıyırdı- yəni bu, avtomobillərin baxışdan keçirilmədən sərbəst keçməsi demək idi. Əliyev Ermənistanın və separatçıların silsilə təxribatlarından, eləcə də Ermənistanın Zəngəzur dəhlizi layihəsini həyata keçirməkdən imtina etməsindən sonra Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasını irəli sürdü. Ermənistan isə “Zəngəzur dəhlizi” layihəsini həyata keçirməkdən imtina etdi... Burada əlaqə görürsünüz?

- İrəvan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsini istəmir və bunun baş verməməsi üçün mümkün olan hər şeyi etməyə çalışacaq. Yenə mümkün qədər gecikdirəcək, minlərlə ləngimə səbəbi, problemlər yaradacaq ki, Zəngəzur dəhlizi layihəsi həyata keçməsin. Hətta bir sıra güclü təxribatlardan da istifadə edə bilər.

Görünür, hər şey Ermənistanın hər iki məsələnin- həm Laçın, həm də Zəngəzur dəhlizlərinin həllinə təsirini itirməsi ilə yekunlaşacaq. İrəvan qeyri-konstruktiv təxribatçı davranışı ilə özünü daha da dalana aparır, çünki heç kim Cənubi Qafqazda yeni münaqişənin qızışdırılması kimi destruktiv siyasətdə ona dəstək vermək istəmir.

- Rusiya Xarici İşlər Nazirliyi keçid məntəqəsi ətrafında yaranmış vəziyyəti şərh edərkən xatırladıb ki, üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan və Ermənistan arasında nəqliyyat və logistika zəncirlərinin açılmasının vaxtı çatmışdır...

- Bu, erməni tərəfi üçün xoşagəlməz olmalıdır, çünki bu gün əsas bloker Ermənistandır.

- Zəngəzur dəhlizinin açılması Rusiya üçün nə üçün vacibdir?

- Rusiya son onilliklərdə əməkdaşlıq etdiyi Qərblə çətin münasibətlər şəraitində Şərqə vektor götürüb. Qərblə biz qapalı səmaya, ənənəvi nəqliyyat və logistika zəncirlərinin dağılmasına, ixrac məhdudiyyətlərinə gəldik.

Bu şərtlər daxilində Rusiya Türkiyə və İrana gedən cənub dəhlizlərində maraqlıdır. Bu gün bu layihələrin həyata keçirilməsinə infrastruktur layihələrini pozmaq istəyən Ermənistanın destruktiv siyasəti əngəl törədir.

Fikrimcə, bunların hamısı Ermənistanın özü üçün pis bitəcək. Hər iki yolda- həm Laçın, həm də Zəngəzur dəhlizlərində təsirini itirəcək. İrəvanın yeritdiyi siyasət hələ də ona yaxşı heç nə vəd etmir.

Bundan başqa, Türkiyənin mühüm faktoru Cənubi Qafqazda qalır. Türkiyə son dövrlərdə, xüsusən də yeni beynəlxalq şəraitdə Rusiya üçün əsas tərəfdaşlardan biri olub. Türkiyə Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır, çünki onun vasitəsilə təkcə Azərbaycanla deyil, Rusiya ilə də əlaqəsi olacaq. Hazırda Rusiya və Türkiyə Türkiyə ərazisində müştərək qaz qovşağı qurur və Azərbaycanın da bu layihəyə qoşulacağı bildirilir. Türkiyə Rusiya üçün Qərb məhsullarını idxal edən əsas ölkələrdən biridir.

Bu gün Türkiyə üçün Balkanlarda vəziyyət o qədər də sabit deyil: Yunanıstanla, Bolqarıstanla ziddiyyətlər ən yaxşı münasibətlər deyil. Ona görə də Ankara da şərq istiqamətinin inkişafında maraqlıdır. Üstəlik, Çinin də rolu nəzərə alınır ki, Türkiyə üçün də ora magistral yollar əldə etməsi vacibdir. Çin bu gün hamı üçün vacibdir - Rusiya, Türkiyə, Azərbaycan və bir çox başqa oyunçular üçün.

Hər halda, məncə, Rusiya, Türkiyə, Azərbaycan razılaşacaq. Ermənistan yenə də razılaşmaları pozmağa çalışacaq, lakin onun üçün daha pis şəraitdə başa çatacaq yeni münaqişə əldə edəcək.

Ermənistanı sülhə məcbur etmək üçün mən qorxuram ki, bu, regionda növbəti münaqişə alovu yaranacaq. Onda erməni cəmiyyəti bir daha anlayacaq ki, tarixin indiki mərhələsində qisas almaq mümkün deyil.

- Amerikalılar, fransızlar hələ də aktiv şəkildə Cənubi Qafqaza səyahət edirlər. Paris və Vaşinqton ilk növbədə Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasından sonra Bakıya qarşı tənqidlə reaksiya verib. Qərb “tərəfdaşları” regiondakı vəziyyətə mənfi təsir göstərə bilərmi?

- Onlar bunu bacara bilər. Paşinyan indi yenə yalançı təhlükəsizlik hissi ilə ruhlandırıla bilər, ona deyirlər ki, siz vuruşun və biz sizin anti-Rusiya mövqeyinizin müqabilində sizi dəstəkləyəcəyik, hər şeydən qurtula bilərsiniz. Yalnız Paşinyan unudur ki, Qərbdə heç kim Ermənistan üçün həqiqətən döyüşməyəcək. Heç kim Ermənistana kömək üçün qoşun köçürmək fikrində deyil. Ermənistanın dənizə çıxışı belə yoxdur. Ona görə də bu vəziyyətdə münaqişə Ermənistanın sürətli məğlubiyyəti ilə başa çatacaq.

- Yəni, yalnız güc ssenarisi realdır?

- Əslində, yox. Əgər buna baxmayaraq Ermənistanda real siyasi böhran baş versə və Paşinyan öz oyunları ilə erməni cəmiyyətini bezdirsə, Ermənistan uzunmüddətli daxili siyasi mübarizə ssenarisinə qərq ola bilər. O zaman Azərbaycanın Qarabağın qalan hissəsinə də tam hakim olmaq üçün gözəl imkanları olacaq.

- Azərbaycan çoxdandır ki, Ermənistanın təxribatlarına son qoyulmasını gözləyir...

- Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə bağlı addımı Bakı ilə İrəvan arasında uzunmüddətli vəziyyətin tamamilə məntiqi nəticəsidir və bunu “Paşinyanın oyunun nəticəsi” kimi qələmə vermək olar. Vəziyyəti qarşılıqlı məqbul kompromislə tam sülh yolu ilə həll etmək üçün onun bütün imkanları var idi. Ermənistanın baş naziri güzəştə getməmək üçün hər şeyi etdi. Nəticədə, hər şey Azərbaycanın bu vəziyyətdə məntiqi keçid məntəqəsi quraşdırması ilə bitdi.

- Bu vəziyyətdə Rusiyanın mövqeyinə münasibətiniz necədir? Moskva Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasından sonra kifayət qədər balanslı bəyanat verdi...

- Rusiya 2020-ci ildən qarantı olduğu atəşkəsi dəstəkləmək istəyir. Rusiya Federasiyası yeni hərbi münaqişənin başlanmasında maraqlı deyil. Rusiyanın bəyanatı isə Ermənistana dolayısı ilə xəbərdarlıqdır ki, sizin yerinizə heç kim döyüşməyəcək. Bu bağlılıqda Moskva ilə Bakı arasında anlaşma var. Bu, İkinci Qarabağ müharibəsi zamanı nümayiş etdirilib.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər