PDF Oxu

MİA

  • 4 455

Əcnəbi ekspertlər: Azərbaycan Fransanı regiondan qovdu - ŞƏRHLƏR

image

Fransanın Azərbaycana qarşı başlatdığı, yalan və axmaqlıqla dolu, mümkün olan hər şeyin qarışdığı kampaniya: səfirin çağırılması və yenidən geri qaytarılmasından tutmuş, Yeni Kaledoniyada Fransanın maraqlarına zərbə vurmaq ittihamlarına qədər, təbii ki, yalnız gülüş yaradır. Parisin bu cür üsullarını əm yumşaq halda qeyri-adekvat hərəkətlər kimi qələmə vermək olduqca məqsədəuyğundur.

Paris bu cür zəhərli siyasətlərlə nəyə nail olur? Əcnəbi ekspertlər “Caliber” analitik mərkəzinə şərhlərində Fransanın Azərbaycana qarşı siyasətini şərh ediblər. Şərhləri oxucularımıza təqdim edirik.

“Fransanın getdikcə dünya dövləti statusunu itirir”

Tarix elmləri namizədi, fransızşünas alim, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Elmlər İnstitutunun dosenti İqor İqnaçenkonun fikrincə, Fransanın hərəkətləri bir sıra komponentlərdən qaynaqlanır. Həm də ona görə ki, Makronun qarşıdan Avropa Parlamentinə seçkiləri var.

“Hazırda Makron “Milli Birlik”dən olan Marin Le Penin xeyli gerisindədir və o, əlbəttə ki, uduzmaq risklərini hansısa yolla minimuma endirməlidir, çünki Avropa Parlamenti seçkilərində Makronun partiyası Marin Le Penin partiyasına uduzsa, bu, öz işinə təsir edəcək. Fransada daxili siyasi tarazlıq, yəqin ki, artıq Makronun xeyrinə olmayacaq. İndi onun siyasətinin Fransa əhalisi tərəfindən qəbul edilməməsinin çox ciddi faizi var və açıq-aydın, Makron indi özünü sərt, güclü lider kimi göstərməyə çalışır və onun xarici siyasətin müxtəlif sahələrində ritorikası məhz bu seçkilərdən, daha doğrusu seçkiqabağı strategiyalardan qaynaqlanır”,- deyə politoloq qeyd edib.

Digər tərəfdən, İqnatçenkonun sözlərinə görə, Fransa-Azərbaycan münasibətlərindəki problemlər aradan qaldırılmayıb, üstəlik, onlar uzun müddətdir mövcuddur və burada Fransanın getdikcə dünya dövləti mövqeyini, statusunu itirdiyini görmək olar, hansı ki, bu status Şarl de Qollun dövründə uzun illər vərdiş halına gəlib.

“Yəni, Fransa indi də Beşinci Respublika mifində yaşayır, baxmayaraq ki, reallıqda siyasi vəziyyət tamamilə fərqlidir. Əgər əvvəllər Fransanın Afrikada rəqibi yox idisə və özünü demək olar ki, bütün qitənin inhisarçısı hesab edirdisə, indi həm Çin, həm də Rusiya fəal şəkildə qitənin siyasi xəritəsini idarə edir, Fransa isə əksinə, orada öz təsirini itirir. Təbii ki, bütün bunlar Fransa rəhbərliyini əsəbiləşdirir, onun acizliyini göstərir və hesab edirəm ki, Fransanın Yeni Kaledoniyada baş verənlərə, o cümlədən Azərbaycanla münasibətlərə münasibətdə davranışı tamamilə isterikdir. İsteriya insanın öz imkanlarının acizliyindən qaynaqlanır”, - politoloq hesab edir.

Digər tərəfdən, onun fikrincə, Parisdə Olimpiya Oyunlarına ev sahibliyi etmək üzrə olan Fransa Daxili İşlər Nazirliyinin rəhbəri faktorunu da nəzərə almağa dəyər və burada təhlükəsizliyin təmin olunması açıq-aydın çox əhəmiyyətlidir. Çünki Parisdə Çempionlar Liqasının final matçında göründüyü kimi, Fransa hakimiyyəti təhlükəsizliyi təmin edə bilmədi.

“Bildiyiniz kimi, fransızlardan bununla bağlı çoxlu tənqidlər oldu. Ona görə də istisna etmirəm ki, Parisdə belə isterikalar həm ölkədə, həm də onun bütün ərazilərində təhlükəsizliyi təmin etməli olan, lakin açıq şəkildə bu işin öhdəsindən gələ bilməyən Fransa Daxili İşlər Nazirliyindən də gələ bilər və buna görə də Parisin xarici diplomatiyasında bu əks olunur. Bu daha çox Makronla deyil, dərin böhranda olan Fransanın bütün xarici idarəetmə sistemi ilə bağlıdır”,- İ.İqnatçenko vurğulayıb.

“Azərbaycan Fransanı “ehtiyat skamya”ya göndərdi”

Belaruslu politoloq, siyasi elmlər namizədi Sergey Tomitsin fikrincə, Fransa müxtəlif regionlarda, müxtəlif qitələrdə son təsir rıçaqlarını itirir, lakin Makron öz səhvlərindən dərs almır və səhv etməkdə davam edir.

“Fransanın Afrika dövlətlərinə qarşı həyasız, hegemon davranışının mənfi nəticələri Parisi siyasi strategiyalarını təhlil etməyə sövq etmədi. Cənubi Qafqazda da eyni ruhda davam etdi. Təəccüblü deyil ki, Fransa burada daha çox yandı, siyasi uğursuzluq bəlkə də daha açıq idi, çünki bu, uzaq Afrikada deyil, əslində, Avropanın mərkəzinə çox yaxın idi. Nəticədə, oyununa təmtəraqlı və iddialı nota ilə başlayan və nə vaxtsa nəinki İrəvanın, hətta Bakının da hörmətlə qulaq asdığı ​​Paris sürətlə regiondan qovulmuş dövlət statusuna yuvarlandı.

Parisin meydan oxuyan aqressiv diplomatiyası ona gətirib çıxardı ki, Azərbaycan Fransanı sadəcə olaraq, regiondakı vəziyyətdən qazanc əldə etməyi planlaşdıranların hamısına dərs verərək, “ehtiyat skamya”ya göndərdi. Parisin Cənubi Qafqazda danışıqlar zolağından tamamilə çıxarılması Makronun siyasətinin nə qədər dar düşüncəli olmasından xəbər verir. Parisdə nədənsə əmin idilər ki, Cənubi Qafqazın ən güclü oyunçusu olan Azərbaycan keçmiş Beşinci Respublika qarşısında hansısa yolla öz iradəsini ram etməli və öz maraqlarının zərərinə onun oyununu qəbul etməli olacaq. Hansı məntiqlə belə düşünürdülər? Makronun bu gün hansı hesablamalardan çıxış etdiyi və hansı hesablamalar apardığı tam aydın deyil.

Bir vaxtlar güclü və müdrik dövlətin siyasətinin kortəbii reaksiyalar və dişsiz intriqalar səviyyəsinə enmiş, Avropanın siyasi xəritəsində tikana çevrilmiş devalvasiyası- əslində, müasir Fransanın indiki vəziyyəti budur”- deyə S.Tomits yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər