PDF Oxu

MİA

  • 25 889

Azərbaycan Respublikasının müstəqilliyinin ilk illəri: hakimiyyət uğrunda mübarizə

image

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının ilk illərində mürəkkəb beynəlxalq və daxili şərait yarandı. Keçmiş SSRİ yeni qurum yaratmağa çalışır, qonşu xəyanətkar Ermənistan Azərbaycan ərazilərində separatçılıq və işğalçılığı genişləndirirdi, daxildə hakimiyyət uğrunda mübarizə gedirdi. T.Qaffarov yazır ki, Azərbaycan xalqının tarixində yeni dövr başlandı.

1991-ci il sentyabrın 5-də SSRİ xalq deputatlarının V qurultayı keçid dövrünün hakimiyyəti haqqında Konstitusiya Qanunu qəbul etdi və öz səlahiyyətini yüksək vəzifəli şəxslərindən təşkii olunmuş SSRİ Dövlət Şurasına və tezliklə formalaşacağı nəzərdə tutulan SSRİ Ali Sovetinə verdi. Lakin respublikalarda, o cümlədən, Azərbaycanda bu qərarın həyata keçirilməsinə qarşı ciddi mübarizə başlandı. Azərbaycanda iqtidarın imperiya tərəfdarları ilə dilbirliyi, əməkdaşlığı ona qarşı ümumxalq narazılığını daha da artırırdı. Bu, Naxçıvanda, xüsusən, aydın təzahür edirdi. Naxçıvan MR Ali Məclisi 1991-ci il sentyabrın 1-də Heydər Əliyevi, dəflərlə namizədliyini geri götürməsinə baxmayaraq, xalqın təkidli tələbi ilə Ali Məclisin Sədri seçdi. Ali Məclisin 4 sentyabr tarixli qərarı ilə prezident seçkiləri Naxçıvan MR ərazisində dayandırıldı. Xalqı yolundan döndərmək üçün Azərbaycan iqtidarı Naxçıvana ciddi təzyiqlər göstərdi. MR-ə silahlı qüvvələr yeridildi. Bir qrup zabit, parlament deputatlarından ibarət böyük bir dəstə Naxçıvana göndərildi ki, yerli hakimiyyət orqanını qərarını dəyişməyə məcbur etsin. Lakin Ali Məclisin Sədri Heydər Əliyev yerli televiziya vasitəsi ilə bəyanat verib xəbərdarlıq etdi ki, Naxçıvana təzyiq üçün gələn qüvvələr muxtar respublikanı tərk etməlidirlər, əks-təqdirdə bütün əhali ayağa qalxacaqdır. İqtidar geri çəkilməyə məcbur oldu. Naxçıvan MR Aii Məclisi 1 oktyabr tarixli qərarı ilə keçid dövrü ittifaq orqanlarında Azərbaycan Respublikasının iştirakını qeyri-mümkün saydı. Respublika rəhbərliyinin müstəqillilik məsələsində qeyri-ardıcıl mövqeyini ittiham etdi.

Digər respublikalar kimi, Azərbaycan da SSRİ Dövlət Şurasına öz nümayəndələrini yalnız məşvərətçi səlahiyyəti ilə göndərdi. Yeni ali qanunverici orqan təşkil etmək mümkün olmadı. Respublikalarda dövlət müstəqilliyi uğrunda mübarizə daha da genişləndi.

Sentyabrın 8-də Azərbaycanda prezident seçkiləri keçirildi. Demokratik qüvvələr bu seçkiləri boykot etməyə çağırmışdı. Prezident seçkiləri Naxçıvan Muxtar Respublikası ərazisində keçirildi. Seçkinin nəticələri saxtalaşdırıldı və Ayaz Mütəlibov yenidən prezident "seçildi".

Xalqın rəğbətini qazanmağa çalışan I katib-prezidentin təşəbbüsü ilə sentyabrın 14-də artıq tam iflasa uğramış Azərbaycan Kommunist Partiyası XXXIII fövqəladə qurultayını çağırıb, özünü buraxdı.

Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr sessiyasında "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı" yekdilliklə qəbul edildi. Mühafizəkarların ciddi- cəhdlərinə baxmayaraq, müxalifətin təklifi ilə sessiya Qorbaçovun yeni ittifaq üçün iqtisadi baza yaratmaq məqsədi ilə irəli sürdüyü iqtisadi birlik haqqında vahid müqavilə bağlamaq təşəbbüsünə Azərbaycanın qoşulmasına etiraz etdi. Azərbaycan başqa respublikalarla birtərəfli iqtisadi müqavilələr bağlanmasına üstünlük verdi.

Noyabrın 14-də Moskva yaxınlığındaa Novo-Oqoryevada yeddi respublika, o cümlədən, Azərbaycan rəhbərləri yeni dövlətlərarasi birlik - "Suveren Dövlətlər İttifaqı"nı yaratmaq haqqında niyyətlərini bildirdilər. Respublikalarda, o cümlədən, Azərbaycanda demokratik qüvvələr buna qarşi qəti mübarizəyə qalxdılar. Hazırlanmış müqaviləyə Qorbaçovdan başqa heç kim imza atmadı.

Demokratik qüvvələr düşmənlər tərəfindən müstəqil Azərbaycanı diz çökdürmək üçün təzyiqlərin artdığı şəraitdə iqtidarı fəaliyyətsizlikdə təqsirləndirir, vətəndaşları hakimiyyətə tabe olmamağa çağırır, qəti tədbirlər görülməsini tələb edirdi. İqtidar artıq dövləti idarə edə bilməciyini başa düşürdü.

AXC, nə vasitə ilə olursa-olsun, hakimiyyətə gəlməyə, iqtidar isə müəyyən güzəştlərlə hakimiyyəti əlində saxlamağa çalışırdı. İqtidarı və AXC-ni yaxınlaşdıran bir mühüm səbəb də vardı: onlar xalq içərisində Heydər Əliyevin böyük siyasətə qaytmasını tələb edənlərin sayının durmadan artmasından narahat idi. AXC-nin səsi az olduğundan sözünü keçirə bilmədiyi, parlamenti buraxmağı, paritet əsasda Müvəqqəti Milli Şura yaratmağı, iqtidar isə belə güzəşt əvəzində sabitlik yaratmaq, yerlərdə möhkəmləndirmək üçün təsərrüfatı idarəetmənin təşkili, yerli dövlət hakimiyyəti idarəetmə orqanları yaradılması və ləğvi işində müstəqillik tələb edirdi. AXC Heydər Əliyevin nüfuzundan istifadə etmək üçün Milli Şuraya daxil olmağı təklif etmişdi, lakin rədd cavab almışdı. Oktyabnn 3-də prezident və demokratik qüvvələrin liderlərinin görüşündə Milli Şuranın yaradılması haqqında razılıq əldə olundu. Parlament üzvlərindən 43 nəfər gizli müşavirə keçirib parlamenti buraxmaq təhlükəsi yaranarsa, prezidentə qarşı birləşməyi qərara almışdılar. Başqa cür düşünən deputatları təhqir edən, hətta döyən davakar piketçilərin mühasirəyə aldığı parlament binasında oktyabrın 8-də keçirilən Ali Sovet sessiyasında parlamenti müdafiə edən qüvvələrə ciddi zərbə vuruldu.

Prezident yerlərdə tərəfdarları ilə möhkəmlənmək üçün dövlət hakimiyyət və idarəetmə orqanlarının quruluşunu və fəaliyyətini təkmilləşdirmək adı ilə oktyabrın 18-də rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyəti başçıları vəzifəsi təsis etdi və bu vəzifəyə özünə dayaq hesab etdiyi adamları qoydu. Prezident İdarəsi yaradıldı. Dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis olundu. İlk dövlət katibi akademik Tofik İsmayılov təyin edildi. Lakin nə bu tədbirlər, nə də əhalinin sosial vəziyyətini yaxşılaşdırmağa yönəldilsə də dərin infilyasiya şəraitində heç bir real təsirə maiik olmayan bəzi sosial güzəştlər A.Mütəliibovun mövqeyini möhkəmləndirə bilmədi.

Oktyabrın 30-da qəbul olunmuş Milli Şura haqqında Qanun parlamentin bir orqanı kimi nəzərdə tutulan bu şuraya, əslində, elə bir real səlahiyyət vermədi. Milli Şura 12 nəfər deputatdan təşkii olunmalı idi. Bu, cəmi 30-a qədər səsi olan müxalifətə yenə də üstünlük əldə etmək imkanı vermirdi.

Yuxarı Qarabağda Xocavənd kəndinin düşmən tərəfindən ələ keçirilib vandalizmə məruz qalması ilə əlaqədar vəziyyətlə yerində tanış olan respublikadan bir neçə yüksək vəzifəli şəxsi, o cümlədən, dövlət katibini, daxili işlər nazirini, baş prokuroru, habelə, SSRİ Müdafiə Nazirliyi nümayəndələrini, Rusiya və Qazaxıstan müşahidəçilərini oradan Ağdama gətirən vertolyotun noyabrın 20-də vurulub salınması respublikada siyasi vəziyyəti daha da gərginləşdirdi. Noyabrın 26-da Ali Sovet Milli Şura haqqında qanuna yenidən baxdi və bu şuranın səlahiyyətlərini məhdudlaşdıran bəzi maddələri dəyişdirdi. Paritett əsasda 25 nəfər "demblok" nümayəndələrindən və 25 nəfər başqa deputatlardan ibarət Milli Şura yaradıldı.

T.Svyatoçovesi bu illəri belə təsvir edir: "Çox keçməmiş, şübhəli seçki qələbəsinin saxtakarlığı adi olmayan şərait zəminində yenidən özünü büruzə verdi. Yüksək rütbəli hökumət işçilərini aparan vertolyot Qarabağ səmasında vuruldu və bu hadisə müstəqillik dövründə Bakıda ilk siyasi böhranı sürətləndirdi. Başında durduğu iqtidarın şübhəli qanuniliyini qəbul etməklə, Mütəllibov 1991-ci il noyabrın sonunda nomenklatura və müxalifətin bərabər təmsil olunduğu 50 nəfərdən ibarət Milli Məclis yaradılmasına razılıq verdi. Mahiyyət etibarilə, Ali Sovet yenə də qüvvədə qalsa da, məclis Ali Soveti hakimiyyətin mərkəzləşdiyi bir orqan kimi sıxışdırıb aradan çıxardı, faktikı olaraq, qeyri-iradi hərəkətlə Ali Sovet Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi və ermənilər buna cavab olaraq, dekabrın 6-da müstəqil Dağlıq Qarabağ respublikasını elan etdilər".

Siyasi zirəkliyinə baxmayaraq, Mütəllibov tipik səhv addımlara yol verməməklə uçuruma doğru getməkdə davam edirdi. Buna bir misal: o, qabaqcadan ölkə daxilində heç bir razılıq-filan olmadan, Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olması kimi bir məsuliyyətin altına girdi. Lakin Mütəllibovun taleyini həll edən real məsələ milli hərəkatın, başlanması üçün katalizator rolunu oynayan, bu gün sabah, axır ki, partlayışa gətirib çıxara bilən bombaya çevrilmiş Dağlıq Qarabağ münaqişəsi oldu. Təkcə bu məsələnin qəti həllinin olmaması ilə iş bitminrdi. Azərbaycanın öz vəziyyəti də getdikcə açıq-aşkar pisləşirdi.

1918-ci ildə olduğu kimi, azərbaycanlılar indi də yaxşı anlayırdılar ki, onların hərbi təcrübəsinin olmaması rus üsuli-idarəsinin məkrli nəticələrindən irəli gəlir. Bu heç də o demək deyildi ki, çarın vaxtında olduğu kimi, azərbaycanlılar icbari xidmətdən bütünlüklə azad olunurlar, lakin onlar, bir qayda olaraq, sovet vətəndaşı kimi hərbi xidmət borclarını tikinti batalyonlarında yerinə yetirirdilər. Moskva tərəfidən azərbaycanlılara qarşı göstərilən etibarsızlıq müinasibəti ermənilərə şamil olunmudu. Ermənilər mütəşəkkil hazırlıqları, təchizatları və sahə komandirləri hesabına döyüşdə, bir qayda olaraq, üstünlük qazanırdılar.

Dağlıq Qarabağda vəziyyət pisləşdikcə Milli Ordunun təşkil edilməsində Mütəllibovun təsəvvür edilməyəcək dərəcədə ləng hərəkət etdiyi aydın oldu. Beş ay ərzində dörd müdafiə naziri hər cür çatışmazlığa- təlim görməmiş kadr ehtiyatına, silahlara, hərbi geyimə, yerli zabitlərə, nəhayət, axırıncısı, lakin bunlardan az əhəmiyyətli olmayan, hərbi intizamla bağlı ehtiyacı aradan qaldırmaq yolunda çalışdı.

Martın 5-də parlament fövqəladə sessiyada toplaşdığı zaman parlament binası divarlarının o biri üzü tərəfində AXC kütləvi mitinq keçirirdi. İki gün davam edən manevretmədən və qarşılıqlı surətdə irəli sürülən kəskin ittihamlardan sonra Mütəllibov istefa verdi. Qanunverici orqanlar tərəfindən Mütəllibova, alicənablıq göstərilərək, ona öz bağından, mənzilindən istifadə etməyə icazə verildi, təqaüd kəsildi və o, doqquz nəfər mühafizəçi ilə təmin olundu. Bütün siyasi ehtiraslara baxmayaraq, azərbaycanlılar onlara xas olan təmkinlilik və mülayimlik ənənisini saxladılar və qisas ab-havasının hökm sürdüyü bir yerdə - qonşu Gürcüstanda olduğu kimi, vətəndaş müharibəsi doğuracaq hərəkətlərə də yol verilmədi.

Prezidentlik müvəqqəti olaraq Yaqub Məmmədovun əlinə keçdi ki, bu da hakimiyyət uğrunda yeni seçkilərin keçirilməsini şərtləndirdi. Erməni qüvvələri Şuşanı ələ keçirdikdən sonra Mütəllibov öz əvvəlki mövqeyini bərpa etmək üçün dövlət çevrilişinə cəhd etdi. Mayın 14-də Ali Sovet Mütəllibov hakimiyyətini bərpa etdi və seçkiləri dayandırdı. Buna AXC Ali Sovetin binası üzərinə güclü hücumla cavab verdi. Mütəllibov qaçdı və Ali Sovet öz səlahiyyətlərini Milli Məclisə verərək, öz-özünü buraxdı. Y.Məmmədov İsa Qəmbərin xeyrinə öz prezidentlik vəzifəsinin icrasını dayandırdı.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər