PDF Oxu

MİA

  • 2 654

Hüquqi dövlət quruculuğu və Qərbdə əxlaqi-mənəvi deqradasiya

image

Erotik, vahiməli, liberal və konservativ, totalitar və demokratik baxışların toqquşmasını, cəmiyyətdə mövcud problemləri, inlellektual və antiintellektual, mənəvi-əxlaqi ziddiyyətləri əks etdirən KİV onların həlli yollarını göstərməklə cəmiyyətə, dövlətə və insanlara kömək edir. Gənc nəslin əxlaqi deqradasiyasına səbəb KİV və internet şəbəkəsinin məhvedici təsiridir. Gənclər üçün bəzi ölkələrdə, həmçinin Rusiyada da vətənpərvərlik mənasız sözə çevrilib, onlar öz gələcəklərini cənnət hesab etdikləri başqa ölkələrə bağlayırlar.

Avropa ölkələrində əxlaqi - mənəvi deqradasiya ən yüksək həddinə çatıb. KİV-in verdiyi məlumata görə, Norveçdə ağlamağı emosional qeyri-stabillik əlaməti kimi qanunvericilik qadağan edib. Məhkəmədə analıqdan məhrum edilmiş qadın ağladıqda onu dəli hesab edirlər.

Almaniyada cinsi pozğunluq adi normaya çevrilib. Burada homoseksualizm praktiki olaraq normal cinsi əlaqə sayılır. Hamburqun və Berlinin keçmiş merləri açıq-aşkar homoseksualist idilər. Hollandiya evtanaziyanın leqallaşdığı ölkələrdən biridir. Artıq 3 mindən artıq insan bu hüquqdan istifadə edib. Son illərdə Hollandiya telekanalı BNN də aparıcı Denis Storm və Valerno Zeno verilişdə bir-birlərinin ətini yemişlər. Böyük Britaniyada İsveçrəyə istehsal olunan uşaq prezervativlərinin satışına icazə verilib. İsveçin paytaxtı Stokholmda ölənlərin 90%-i yandırılır. Onlardan 45%-nin külünü qohumları götürmürlər. Dəfn olunanların əksəriyyəti "mərasimsiz" basdırılır. Danimarkada təkcə insanlarla deyil, heyvanlarla da seksual əlaqə üçün xüsusi yerlər var.

Göründüyü kimi, Avropada əxlaqsızlıq həyat tərzinə çevrilmiş, hətta bu mənəviyyatsızlıq qanunvericilikdə də təsbit olunmuşdur. Bu regionda artıq maddi və mənəvi tələbatın vəhdəti pozulmuş, əxlaqi fəsadlar və naqisliklər kəskin şəkil almışdır. Elm, texnika İKT, sənaye sahələrində uğurlar qazanan Qərb mənəviyyatsızlığa və əxlaqsızlığa görə də "yüksək" yer tutur.

Qərbdə əxlaqi deqradasiyanı məhz KİV təbliğ edir. "Radio, televiziya, qəzet və jurnallar iffət, mənəvi saflıq keyfiyyətlərini təbliğ etmək əvəzinə, pozğunluq və əxlaqsızlığı yaymaqla məşğul olurlar. Bu işdə bir qədər də uzağa gedərək "yeni" əxlaqi normalar haqqında göstəriş verirlər... "Mütləq azadlıq" adı altında əxlaqsızlığı təşviq edib, şərəfsizlik və qeyrətsizliyi adi "insani norma" kimi geniş surətdə təbliğ edirlər".

Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev yazır ki, Qərb KİV ailə dəyərlərini, mənəvi paklığı, abırı, həyanı əhəmiyyətsiz hesab edir, mütləq azadlığı, şəhvətpərəstliyi, nəzarətsiz cinsi ehtiraslığı təbliğ edir ki, bunlar nəticədə cəmiyyətdə psixoloji gərginlik, stress, əsəb, zöhrəvi xəstəlik, SPİD xəstəliklərini, narkomaniya, alkoqolizm, intihar hallarını artırır. İctimai həyatda insanların düşüncələrinə, millətin təfəkkür tərzinə təsir edən KİV əxlaqi fəsadlar yaradan, milli-mənəvi dəyərləri dağıdan ən güclü amil kimi çıxış edir, əxlaqi deqradasiya və deformasiya mühiti formalaşdırır: "Əxlaqsızlıq mühitində böyüyən şəxs hökmən mütləq azadlıq və cinsi həyatda məsuliyyətsizlik hisslərinə yiyələnir və onun üçün iffət məfhumu öz mənasını itirir. Əxlaqi rəzalətlərə düçar olanlar özlərindən sonra nəfsani istəklərə əsir olan əxlaqsız adamların dünyaya gəlməsinə səbəb olurlar ki, bunlar da vicdanın və sağlam əqlin əmr etdiyi bütün vəzifələri öz çiyinlərindən atırlar".

KİV-in yaratdığı əxlaqi deqradasiya mühiti mənəvi məsuliyyətsizlik və mənəviyyatsızlıq, vicdansızlıq, xəstə şüurun yaranmasına gətirib çıxarır.

"Normadan kənara çıxan davranış" termini fəlsəfə elmində XIX-XX əsrlərdə işlənməyə başlanmışdır. Qərb sosioloqu E.Dürkheym tədqiq etdiyi ictimai hadisələrdən intiharı və anomaliyaları bu cür davranış tipinə aid edib. Filosoflarla yanaşı, bu termin kriminalistlər tərəfindən araşdırılmışdır. "Normadan kənar davranış" anlayışı cinayətkarlığı, alkolizmi, narkomaniyanı və s. əhatə edir. Bəzən buraya psixi anomaliyaları və fiziki çatışmazlıqları da daxil edirlər.

Sovet cəmiyyətində bu termin "kommunist əxlaqının antipodu, "anti-ictimai", "cəmiyyət əleyhinə davranış" adlanırdı. Əxlaqi deqradasiyaya daxil olan normadan kənar davranış bəşəriyyətin maraqlarına qarşı yönəlmiş fəaliyyətdir. Bu davranış tipi əxlaqi dəyərlərin bu və ya digər dərəcədə nüfuzdan düşməsini səciyyələndirir. Fəlsəfi-etik sahənin tədqiqatçıları göstərirlər ki, əxlaqın tənzimləyici gücünün zəifləməsi müxtəlif intensivliklə və müxtəlif mərhələlərdə baş verir: "Birincisi, əxlaqi normaların məcmuusu fərd tərəfindən əsasən düzgün mənimsənilə bilər, lakin onun davranışına bu və ya digər şəraitdə təsir etməyə bilər. İkincisi, əxlaqi normaların məcmuusu təhrif olunmuş mənimsənilə bilər. Üçüncüsü, fərd dəyərlərə əsaslanan əxlaqi normaların bütün məcmuusuna kəskin mənfi düşmən münasibəti bəsləyir. Dördüncüsü, fərd əxlaqi normalara və dəyərlərə laqeyd münasibət bəsləyir. Burada əxlaqi normaların məcmuusuna düşmən və laqeyd münasibət bəsləyən onu təhrif olunmuş şəkildə mənimsəyən şəxsiyyət modeli əxlaqi deqradasiyaya yol verən şəxs hesab olunur.

Müasir Rusiya KİV-də əxlaqi deqradasiya - "əxlaqın yox olması" termini işlənir. Gənc analar öz uşaqlarını balkondan atırlar - bu, artıq əxlaqi deqradasiya həddinin cinayətə keçməsidir. RF EA-nın Psixologiya İnstitutunun direktor müavini, professor A.V.Yureviç əxlaqi deqradasiyaya qadınlar, qocalar, uşaqlar üzərində zorakılığı, uşaq cinayətkarlığını, rüşvətxorluğu, korrupsiyanı, dələduzluğu daxil edir və araşdırmalara əsasən göstərir ki, 1990-2000-ci illərdə şəxsiyyət kimi formalaşan 30-40 yaşlarında olan şəxslərdə mənəvi deqradasiya adi həyat tərzinə çevrilib. Bu insanların 80 faizi dələduzluğa mütləq şəkildə normal münasibət bəsləyirlər. Onlar belə fikirləşirlər ki, hansı yolla olursa-olsun, əsası pul qazanmaqdır. KİV-də təbliğ olunan "yaxşı bandit" obrazı - öldürən, soyğunçuluq edən insan yaxşı insan kimi təqdir olunur. Buna görə də gənclər arasında "xeyir" və "şər" kateqoriyalarını "möhkəm" və "qeyri-möhkəm" (krutoy, ne krutoy) kateqoriyaları əvəz edir. Gənclər xeyir və şəri sırf praqmatik mənada başa düşürlər. Əxlaqi deqradasiya uzun sürən prosesdir. Bəlkə də istehlakçılıq şüuru əxlaq qanunlarını pozur.

Qərbdə protestant əxlaqi ənənələri tədricən pozulmağa başlayır. Qərb sivilizasiyası özünün bir çox uğurlarına görə məhz protestant etikası və əxlaqına borcludur. İndi onu istehlak cəmiyyəti əvəz edir. Rus tədqiqatçılarının fikrincə, Qərb ölkələrində əxlaqın tənəzzülü, onların sivilizasiyalılığı və vətəndaşların öz azadlıqlarını ağılla məhdudlaşdırmaq qabiliyyətləri sayəsində Rusiyadakı kimi deyil. Müasir Rusiya cəmiyyətində elə mənəvi elita formalaşıb ki, onlar öz nümunələri ilə müəyyən normalar yaradırlar.

Bəhruz Quliyevin fikrincə, KİV, o cümlədən, onun tərkib hissəsi olan televiziya təkcə ictimai rəyi formalaşdırmır, o, həm də informasiya yayımı və mədəni-əyləncə vasitəsidir. Özəl KİV hansı informasiyanı çap etməyi özü həll edir. KİV-ə dövlət tərəfindən nəzarət edilməməsi medianın cəmiyyətə, mənəviyyata pozucu təsir göstərməsinə şərait yaradır. KİV milli-mənəvi dəyərlərin qorunub saxlanmasında, insanın dünyagörüşü, mənəvi və psixi keyfiyyətlərinin formalaşmasında ölkə miqyasında baş verən hadisə haqqında rəy yaradılmasında həlledici rol oynayır. Televiziya verilişləri, nümayiş etdirdiyi filmlər və seriallar vasitəsilə gənclərə müsbət təsiri ilə yanaşı, onların mənəviyyatını poza da bilir. KİV seksual pozğunluq təbliğ edir, insanlarda istehlak şüurunu formalaşdırır. Yalan informasiya yayımı istehlak şüurunun manipulyasiyasına gətirib çıxarır, o cümlədən, son dərəcə mənəviyyatsızlıq və vicdansız rəqabət mühiti yaradır. KİV-də saysız-hesabsız zorakılığın, ölüm və işgəncələrin təbliği insanlarda aqrressivlik və nifrət əhval-ruhiyyəsi əmələ gətirir.

Rusiya tədqiqatçıları M.A.Antilov və A.A.İspolatova birgə yazdıqları "Mənəvi deqradasiya müasir cəmiyyətin aktual problemi kimi" məqaləsində göstərirlər ki, insanlığın etik normalar, davranış qaydaları ilə tənzimlənən daxili-mənəvi keyfiyyəti, mədəniyyətin əsas aspekti olan mənəviyyat sahəsində deqradasiya, deformasiya artıq ümumbəşəri bəlaya çevrilib. KİV-in insanların ağıl və mənəviyyata təsirini diqqətə çatdıran Rusiya filosofu İ.A.İlyinin fikrincə, "mətbuat azadlığı, əxlaqsızlıq, pozuculuq, həyasızlıq və iyrənclik üçün azadlıq demək deyildir".

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər