Xəbərlər

  • 1 173

"Real"dan qorxmuruq - Qvardioladan İDDİALI AÇIQLAMA

image

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 final mərhələsinin "Real"la cavab oyunu haqda danışıb. İspaniyalı mütəxəssis bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ÇL-i ən çox qazanan (14) Madrid təmsilçisindən çəkinmirlər: "Real"a çox hörmət edirik, amma qorxmuruq. Əgər onlar qalib gəlsələr, təbrik edib, gələcəkdə uğurlar arzulayacağıq. Qarşılaşmaya hazır olmalıyıq. Oyun başlayana qədər kimin və necə oynayacağını bilə bilmərik. İlk oyundakından daha yaxşı nəticə qazanmalı olacağıq. Həmin oyunda “Real” hər şeyi yaxşı bacardı. İndi isə vəziyyəti düzəltmək lazımdır”.

Mətləb Salahov

Digər xəbərlər