Ölkəmizdə demokratik şərait daha geniş anlamda təsbit edilir
Cəmiyyətin inkişaf təzahürlərini özündə ehtiva edən prinsiplərdən ən başlıcası hesab edilən seçki məsələsi də dövlətimizin qarşısında dayanan ən ümdə vəzifələrdən hesab olunur. Elə bu məqsədlə də Azərbaycanın seçki qanunvericiliyində mütəmadi olaraq aparılan təkamül nəzəriyyələri birbaşa vətəndaşların istək və arzularının tərənnümü kimi xarakterizə edilir. Seçki Məcəlləsinin həssaslıq və prinsipiallığını nəzərə alan dövlətimiz bu istiqamətdə zəruri olan məqamları yerinə yetirir.
1993-cü ildən bu günə kimi Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası tərəfindən də vətəndaş iradəsinin tərənnümünə geniş yer verilir. Qarşıdan isə yerli özünüidarəetmə orqanlarına seçkilər gəlir. İnanırıq ki, ölkəmizdə formalaşmış olan seçki ənənələri və seçki mədəniyyəti bu prosesin də şəffaflığının təmin edilməsinə imkan yaradacaq. Elə bu məqsədlə də YAP-ın rayon təşkilatlarında müəyyən işlər görülür və görülməkdədir.
Ramiz Tatarov: "Mövcud imkanlar Seçki Məcəlləsinə də əsaslı şəkildə təsir göstərir"
Xalqın istək və arzularının yeganə tərənnümü olan seçkilərin tam demokratik keçirilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılmaqdadır. Bunun bariz nümunəsinin ölkədə bu günə qədər keçirilmiş bütün seçkilərin vətəndaş iradəsini ifadə etməsi ilə bağlı olduğunu qeyd edən Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş demokratik dəyərlərin günü-gündən daha da inkişaf etdirildiyini bildirdi. Ulu öndər Heydər Əliyev də Azərbaycan xalqının müasir dövrümüzdə yeganə xilaskarı və ümummilli lideridir. Onun müəyyənləşdirmiş olduğu milli strategiya bu gün Prezident İlham Əliyevin böyük səyi və bacarığı nəticəsində daha geniş aspektdə öz anlamını tapmaqdadır. Demokratik dəyərlərin tərənnümü də ulu öndərin başlıca məramlarından biri olmuşdur. Elə bu məqsədlə də Azərbaycana sivil dəyərlərin gətirilməsi və inkişaf mərhələsi başlanmışdır. Bu gün isə bu istiqamətdə əldə olunan nəticələr və qarşıya qoyulan vəzifələr daha məqsədli formada yerinə yetirilir. Ölkəmizdə demokratik dəyərlərə bariz töhfə olan Seçki Məcəlləsinin hazırlanmasında dövlətimiz həmişə yüksək peşəkarlıq nümayiş etdirmişdir. YAP tərəfindən keçirilən bu seçki proseslərinin hər biri ayrı-ayrılıqda böyük anlam kəsb edir. Bu mənada YAP Ağstafa rayon təşkilatında da, respublikamızın hər yerində və bu günə qədər keçirilmiş seçkilərdə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də ciddi nəticələrin əldə edilməsi istiqamətində vacib addımlar atılıb. Rayon ərazisində fəaliyyət göstərən 108 saylı Ağstafa 1-ci və 106 saylı Ağstafa-Tovuz 2-ci seçki dairəsinin 36 məntəqəsində qarşıdan gələn seçkiyə hazırlıqla bağlı ciddi işlər görülür. Eyni zamanda, rayon ərazisində yerli özünüidarəetmə orqanlarında layiqli şəxslərin namizəd olması üçün də artıq müəyyən məsləhətləşəmələr aparılmaqdadır.
"Seçki siyahılarının dəqiqləşdirilməsi və qarşıdan gələn bələdiyyə seçkilərinin də, digər seçkilər kimi, rayonumuzda yüksək səviyyədə keçirilməsi üçün ən zəruri və xırda detallara əməl edilir" deyən R.Tatarov bu seçkinin də tam demokratik və şəffaf formada keçiriləcəyinə əminliyini ifadə edib.
Meydanəli Yolçuyev: "Cəmiyyətin istək və arzuları seçkidə üzə çıxır"
"Dövlətimizin demokratik dəyərlərlə idarə edilməsi və dünya miqyasında layiqli formada təmsil olunması üçün ən prinsipial vəzifələr yerinə yetirilir. Seçki Məcəlləsi də bu istiqamətdə ən ümdə vəzifələrdən biri kimi xarakterizə olunur" deyən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev ölkəmizdə bu günə qədər keçirilmiş bütün seçki proseslərində vətəndaşların istək və arzularının geniş anlamda tərünnüm olunduğunu dilə gətirib. Qeyd edib ki, cəmiyyətin formalaşmasında və inkişafında seçki prosesi çox önəmlidir və ona görə də, dövlətimiz tərəfindən mühüm addımlar atılır: " Cəmiyyətimiz inkişaf etdikcə istənilən məsələnin həlli artıq mümkün görünür. Milli strategiyamızın müəyyənləşməsi və dövlətçiliyimizin möhkəm təməllər üzərində bərqərar olunması ulu öndərin adı ilə bağlı olduğu üçün buradakı demokratik göstəricilər də Onun adı ilə bağlıdır. Ölkəmizin dərin köklər üzərində bərqərar olunmasını və zəngin tarixi irsə malik olmasını nəzərə alan ulu öndər Heydər Əliyev həmişə milli kimliyimizin beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində səylər göstərib. Eyni zamanda, bir zərurəti də nəzərə almaq lazımdır ki, Azərbaycanda milli dövlətçiliyin qurulması təkcə tarixi köklərlə izah olunmur. Burada, həmçinin, demokratik dəyərlərin də, təzahür tapması vacib amil kimi qiymətləndirilir. Ona görə də, ulu öndərimiz Heydər Əliyev Azərbaycanda demokratik dəyərlərin təbliğində və formalaşmasında daima mühüm addımlar atıb. Bu gün də məhz həmin strategiyanın tərəfləri özünü göstərməkdədir. Çünki ulu öndər Heydər Əliyevi ən layiqli davamçısı olan Prezident İlham Əliyev müəyyənləşmiş olan inkişaf konsepsiyasını daha da irəliyə aparmaqla dövlətimizin sivil dəyərlərə töhfəsi üçün əlindən gələni əsirgəmir. Seçki Məcəlləsinin də günün tələblərinə uyğunlaşması yuxarıda sadaladığımız məsələlərin tərkib hissəsidir. Çünki demokratik dəyərlərlə idarə olunan bir ölkədə Seçki Məcəlləsinin geniş anlamda təzahür olunması vacibdir. Bu baxımdan da, ölkəmizin hər yerində olduğu kimi, Qaradağ rayonunda da keçirilmiş seçkilərin hər biri ayrı-ayrılıqda şəffaflığı və demokratikliyi ilə səciyyələnib. Rayon ərazisində mövcud olan 14000 nəfər seçici 2 dairə üzrə paylanaraq səsvermədə iştirak edir. 100 saylı Daşkəsən 1-ci, 101 saylı Daşkəsən 2-ci seçki dairəsində hazırda seçkinin gadişində qarşıya çıxan məsələlərin həlli istiqamətində işlər görülür. Eyni zamanda, 100 saylı Daşkəsən 1-ci seçki dairəsi üzrə 12, 101 saylı Daşkəsən 2-ci seçki dairəsi üzrə isə 28 məntəqənin fəaliyyəti bir daha nəzərdən keçirilir. Bu günə qədər, respublikamızın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da seçki prosesi çox yüksək səviyyədə keçirilib". M.Yolçuyev qarşıdan gələn bələdiyyə seçkilərinin də mahiyyətinin eyni olacağına ümid bəslədiyini dilə gətirib. Bələdiyyə seçkiləri ilə bağlı rayon təşkilatında qarargahın yaradıldığını və qərargah üzvlərinin müəyənləşdirildiyini qeyd edən M.Yolçuyev bu seçkidə qadınlara və gənclərə daha çox yer veriləcəyini də bildirib.
Altay İsmayılov: "Ölkəmizdə demokratik prinsiplər daha geniş anlamdadır"
"Müasir Azərbaycan dövlətinin əsas qayəsi olan vətəndaşların hüquq və azadlıqlarının təbliği ilə bağlı yetərli addımlar atılıb. Elə bu baxımdan da, Seçki Məcəlləsi ölkəmizdə daha geniş anlamda və aspektdə təbliğ olunmaqdadır" deyən YAP Göygöl rayon təşkilatının sədri Altay İsmayılov ölkəmizin demokratik dəyərlərə daha böyük töhfələr verdiyini bildirib. Qeyd edib ki, cəmiyyətimiz inkişaf etdikcə, burada proseslər də daha geniş anlamda öz yerini tutur. Müstəqilliyinin ilk illərində müəyyən çətinliklərlə üzləşən dövlətimizin və xalqımızın ulu öndər Heydər Əliyevin qətiyyəti və mətinliyi sayəsində bu gün dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilidiyini qeyd edən A.İsmayılov Azərbaycanda aparılan genişmiqyaslı işlərin Prezident İlham Əliyevin rəhbərliyi altında daha da sürətləndirildiyini bildirdi. Qeyd etdi ki, Seçki Məcəlləsinin ölkə vətəndaşlarının istək və arzularının təzahürü olması baxımından prinsipiallığını nəzərə alaraq dövlətimiz bu yöndə ən vacib addımlar atıb. "Ona görə də, inanırıq ki, qarşıdan gələn bələdiyyə seçkiləri də digər seçkilər kimi tam demokratik və şəffaf şəkildə keçiriləcək" deyən A.İsmayılov YAP-ın apardığı hər bir işin sırf vətəndaş mövqeyinə əsaslandığını vurğulayıb. Göygöl rayonunda 3677 seçicinin 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin və 46 seçki məntəqəsində qeydiyyatda olduğunu bilirən A.İsmayılov bu seçkilərdə daha çox qadınlara və gənclərə üstünlük veriləcəyini vurğulayıb. Keçən ay Göygöldə 11 rayonun nümayəndəsinin iştirakı ilə keçirilən YAP-ın zona müşavirəsində qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı konkret məsələlər ətrafında müzakirələr aparıldığını qeyd edən A.İsmayılov bu seçkinin də yüksək seçici fəallığı ilə yekunlaşacağına əminliyini ifadə etdi.