PDF Oxu

Xəbərlər

  • 244

“İctimai iştirakçılıq haqqında” qanun layihəsinə həsr olunmuş ictimai müzakirə keçirilmişdir

image

Aprelin 2-də Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) ilə əməkdaşlıq şəraitində "İctimai iştirakçılıq haqqında" qanun layihəsinə həsr olunmuş ictimai müzakirə keçirilmişdir.

AHK-in sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək bildirmişdir ki, tədbirin məqsədi qanun layihəsini milli və beynəlxalq vətəndaş cəmiyyətinə təqdim etməklə aidiyyəti qurumların fikir və təkliflərini öyrənməkdir.

Bildirilmişdir ki, qanun layihəsi vətəndaşlarla məsləhətləşmələr aparmaq üçün Azərbaycan hökumətinə ictimai müzakirələr, ictimai dinləmələr, ictimai rəyin öyrənilməsi və ictimai ekspertiza kimi vasitələrdən istifadə etmək imkanı yaradır. Qanun layihəsi, həmçinin mövcud vasitələrin bir aktda cəmləşməsində onların tənzimlənməsinin təkmilləşdirilməsində mühüm rol oynayır.

yap.org.az

Digər xəbərlər