"Prezident İlham Əliyevin Əl-Ərəbiyə telekanalına müsahibəsində səsləndirdiyi bu tezis əslində Cənubi Qafqazda geosiyasi tarazlığın dəyişdiyini göstərir. Azərbaycan müharibədən sonra qalib tərəf kimi regionda yeni reallıqlar yaradıb və indi əsas məqsəd bu reallıqları hüquqi sənədlə möhkəmləndirməkdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.Onun sözlərinə görə, Prezidentin sülh müqaviləsinə dair mövqeyi həm beynəlxalq auditoriyaya mesajdır, həm də Ermənistana bir çağırışdır: uzunmüddətli sabitlik yalnız qarşılıqlı tanınma və bir-birinin suverenliyinə hörmət əsasında mümkündür: "Eyni zamanda, bu açıqlama Azərbaycanın regional əməkdaşlığa açıq olduğunu nümayiş etdirir. Çünki Bakı müharibədən sonra revanşist ritorikaya yox, iqtisadi inteqrasiya və kommunikasiya xətlərinin açılmasına üstünlük verir. Sülh müqaviləsi imzalansa, bu, təkcə iki ölkə arasında deyil, həm də bütün region üçün yeni iqtisadi imkanlar yaradacaq. Belə bir sənədin imzalanması həm Türkiyə, həm də Avropa İttifaqı, hətta Yaxın Şərq ölkələri üçün də strateji əhəmiyyət daşıyır, çünki Cənubi Qafqaz enerji təhlükəsizliyində mühüm tranzit zonadır. Burada diqqətçəkən məqam odur ki, Azərbaycan artıq qlobal mətbuata çıxaraq öz mövqeyini beynəlxalq ictimaiyyətə izah edir. Bu, ölkənin diplomatik fəallığının artdığını və proseslərin yalnız ikitərəfli deyil, beynəlxalq kontekstdə də izlənildiyini göstərir.Nəticə etibarilə, Prezidentin bu tezisi bölgədə sülhün labüdlüyünü önə çəkir və Ermənistan üçün bir seçim qoyur: ya regional əməkdaşlıqdan faydalanmaq, ya da təcrid vəziyyətində qalmaq. Azərbaycanın iradəsi isə açıq şəkildə bəyan olunub – sülh müqaviləsi təkcə ikitərəfli münasibətlərin normallaşması deyil, həm də yeni regional təhlükəsizlik arxitekturasının əsasını qoyacaq".
Müəllif: Ziya Hikmətoğlu